tapdı, inkişaf elədi, gücləndi, şöhrətləndi. Dövlətin başçısı Uzun Həsən Təbrizi özünə
paytaxt etdi. Uzun Həsən xalqımızın tarixinə ağıllı, tədbirli, təmkinli dövlət başçısı,
incə mətləbləri duyan, mürəkkəb şəraiti düzgün qiymətləndirən, məsləhət və
məşvərəti sevən hökmdar kimi daxil olmuşdur. Yaraşıqlı görkəmi, səxavəti,
əzmkarlığı, açıqqəlbliliyi də bir ayrı dünya. Bəzi Avropa yazarları haqlı olaraq onu
məntiqi və diplomatik danışığı ilə çoxlarını valeh etmişdi. Venesiya, Polşa, Böyük
Moskva knyazlığı, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Misir, Hindistan, Nepal
krallığı, Kipr, Qaraman əmirliyi və bir sıra başqa ölkələrin Ağqoyunlu dövlətilə geniş
Belə bir övladı dünyaya Sara xatun kimi ana gətirmiş, döşündən süd vermiş,
Bəli, anaya layiq oğul, oğula layiq ana. Süddən gələn, sümüyə yeriyən, iliyə
işləyən hikmət. Bir-birlərinin məsləhətçisi, arxalı dağı, basılmazlığı, alınmaz eli. Ana
100
müdrikliyi igid cəngavərliyində, igid qeyrəti ana ismətində.
Qılınc oynatmaq, qırğın törətmək min nalədir. Döyüşə girmək, şimşək tək
çaxmaq qəhrəmanlıqdır. Lakin dəhşətlərin qarşısını almaq, qanı su ilə yumaq daha
böyük hünərpərvərlik, uzaqgörənlikdir. Uzun Həsənin anası kimi, qoca Şərqin ilk
diplomat qadınlarından biri kimi məşhurlaşan Sara xatun.
Sara xatun oğlunun Ağqoyunlu dövlətinə sahib olmaq uğrunda apardığı gərgin
mübarizədə onun ümidi, pənahı, səcdəgahı olmuşdu. Dövlətin təhlükəsizliyi, ölkənin
əmin-amanlığı uğrunda böyük məşəqqətlərə sinə gərmiş, qələbə qazanmışdı. Bu ali
məqsəd uğrunda yeri gələndə at minib qılınc oynatmağı, lazım olmayanda qılıncını
qınında saxlamağı üstün tuturdu. Sara xatun susmağı bacardığı kimi, susdurmağı da
bacarırdı. Hədə gəlməyi də, qılığa girməyi də, məsləhətə yatmağı da eyni dərəcədə
qiymətləndirirdi. Kişi hünərli, nər qeyrətli ana vədə əməl edərdi, dediyindən
dönməzdi, qorxu-hürkü bilməzdi.
Uzun Həsənin əqidəsi, inamı, hökmü el anası Sara xatunu çox diplomatlarla
görüşdürmüş, çox elçiləri qəbul etmişdir. Şərq və Avropa ölkələrində məşhur diplomat
və görkəmli dövlət xadimi kimi tanınan Sara xatun Ağqoyunlu Azərbaycan dövlətinin
taleyində müstəsna rol oynamış, onu çox qandan-qadadan qurtarmışdır.
Uzun Həsən tədricən işğalçılıq siyasətinə başlayıb geniş əraziyə sahib olmaq
planlarını hazırlayırdı. Osmanlı imperiyasının başçısı II Mehmetin də öz arzusu,
istəyi, öz planları vardı. Ona görə də bu dövlətlər arasında narazılıq labüd idi. Çox
keçmədi zaman öz hökmünü verdi. Osmanlı qoşunu sərhədi keçdi. II Mehmet
Ərzincan yaxınlığındakı Yassıçəmən yaylağında düşərgə saldı və döyüşə girməyə
hazırlaşdı. Ağqoyunlu dövlətinin vəziyyəti çətinləşmiş, ölkənin taleyi təhlükə altına
düşmüşdü. Yeganə çıxış yolu vaxt qazanmaq, müvəqqəti sülh əldə etmək idi.
Uzun
Həsən II Mehmetin düşərgəsinə göndərilən elçilərə anasının başçılıq edəcəyini
bildirir. Bu, Sara xatuna böyük ehtiram idi. Ana ilə oğlu razılığa gəldilər,
əvvəlcədən
tədbir tökdülər, danışıqların planını cızdılar...
Elçilərin önündə gedən Sara xatun qayğılar, düşüncələr aləminə dalmışdı.
Düzəlməsi çətin, düzəlməməsi qanlar tökən, dəhşət törədən məsələlər ananın varlığına
hakim kəsilmişdi. Mənzil başına çatanadək, görüş anları yaxınlaşdıqca ananın
həyəcanı da artırdı, inamı da. Mötəbər elçilər osmanlılar tərəfindən dərin hörmətlə
qarşılandı. Rəsmi danışıq zamanı ananın baxışından ismət nuru tökülür, duruşundan
dünya mənalanırdı. Fikri aydın, məntiqi güclü, mənası dərin.
Danışıqlarda II Mehmet Sara xatuna "ana" deyə müraciət elədi, ana da ona
"oğul" deyə cavab verdi. Sara xatun ona "oğul, gəl bizim üzərimizə hücum etmək
fikrindən daşın, qan tökməkdən əl çək" - dedi. II Mehmet qadın xilqətinin inamına,
gücünə mat qalmışdı, ana ismətinin nuruna qərq olmuşdu. Məclisdə ananın ağıllı
tədbiri ehtiramla qarşılandı və təklifinə müsbət cavab verildi. 1461-ci ildə Sara xatunla
II Mehmet arasında sülh bağlandı. Ağqoyunlu dövləti öz müstəqilliyini qoruya bildi,
təhlükə sovuşdu.
Fürsətdən istifadə edən Sara xatun II Mehmetdən Trabzon dövlətinin fəthindən
101
əl çəkməsini xahiş etsə də, müsbət cavab almadı. Sara xatunun gəlininin biri Trabzon
imperatoru IV İohanın qızı Teodora idi. O, Uzun Həsənin zövcəsi olandan sonra
Dəspinə xatun deyə çağırılırdı. Sara xatun bu qohumluqdan istifadə edərək varislik
hüququnu II Mehmetdən tələb etdi. Trabzon xəzinəsindən payını alıb vətənə qayıtdı.
Şübhəsiz, bu özü də böyük qələbə deməkdi.
Ər qeyrətli, nər hünərli Sara xatun öz xalqı yolunda, oğlu uğrunda mənalı və
qayğılı günlər keçirdi. Analı dünyamızın, mübarizəli tariximizin qızıl səhifələrini
bəzədi...
Dostları ilə paylaş: