Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə16/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   12   13   14   15   16   17   18   19   ...   139
Məhsəti  xanım.  El  anası  hüququnu  hünərilə,  siyasətilə,  uzaqgörənliyilə 

qazanaraq, xalqının unudulmazı adını yaşadan, mənəvi dünya sahibi olanlardan biri də 

Məhsəti  xanım  Gəncəvidir.  XII  əsrdə  Gəncədə  dünyaya  gələn  Məhsəti  xanım 

xalqımızın  musiqi-şeir  aləmində  qol-qanad  açan,  nur  saçandı.  Təkcə  Azərbaycanda 

deyil, Yaxın Şərq ölkələrində onun rübailəri geniş yayılmışdır. Məhsəti xanım mərdlik 

nümunəsi,  rübai  şahzadəsidi.  Onun  bizə  gəlib  çatan  o  qədər  də  çox  olmayan,  lakin 

əvəzsiz  könül  inciləri  -  rübailərində  çox  mətləblər  aşkarlanır.  Dövranla,  zamanla, 

həyat və kainatla bağlı məlumatlar daha çox diqqəti cəlb edir. 

   Bu dünya bir qızıl kuzəyə bənzər

     Suyu gah şirindir, gah da ki, zəhər. 

    Çox da öyünmə ki, uzundur ömür, 

Əcəl köhlənində hazırdır yəhər! 

Məhsəti  xanımın  könüloxşayan,  qəlbə  nüfuz  edən  rübailərində  təlim-tərbiyə

 

məsələlərilə  əlaqədar  ibrətamiz  fikirlər  də  diqqəti  çəkir.  O,  valideynlərə  övlad 



tərbiyəsilə ciddi məşğul olmağı, bəzi pis adət-ənənələrdən çəkindirməyi tövsiyə edir. 

Zəngin biliyi, geniş müşahidə qabiliyyəti, istedadı ilə seçilən Məhsəti xanımın

 

rübailərində həyatı, gözəlliyi, sevgi-məhəbbət yanğılarını daha dərindən duyan, sevən 



qadının  ürək  çırpıntılarını,  iztirablarını,  uğurlarını,  sevincini  oxuyuruq.  Onun

 

elmin 



müxtəlif sahələri ilə bağlı rübailəri də çox maraqlıdır. 

Şairin  bizə  məlum  olan  könül  əmanəti  el  anasının  cəsarətindən,  hünərindən, 

istəyindən,  məşəqqətlərə  sinə  gərməsindən,  dözülməzliyə  düçar  olmasından  xəbər 

verir. Nəsillərin gör-götür dünyasına cevrilir. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin