ruhunu itirmədi, saxladı, yaşadı, yaratdı. Şərəfli adını, əməlini uca tutdu. Tariximizə
yaraşıq oldu, onu daha da zənginləşdirdi. Təkcə elə-obaya deyil, dövlətə də başçılıq
etdi. Dövlət başçılarına yol göstərdi, məsləhət verdi, əməlini, istəyini uğurladı. Dar
gündə, dar ayaqda arxa durdu, at belində qılınc-qalxan gəzdirdi, qanlı döyüşlərə atıldı,
massagetlərin at minən, düşməndən qisas alan ağbirçək anaları olsa da, onların heç
biri Tomrisə bərabər olmamışdır. Ölkənin azadlıq çırağını yandıran, əmin-amanlığını
və müstəqilliyini qoruyan Tomris ana həmişə qələbə bayrağını uca tutmuşdur. O,
mübarizəli tariximizdə el anası, inadlı, cəsarətli sərkərdə, uzaqgörən diplomat,
96
təmkinli, tədbirli, inamlı hökmdardı...
Eradan əvvəl VI əsrin ortalarında neçə-neçə ölkələri fəth edən İran dövlətinin
başçısı Kir Tomrislə əlaqəyə girmək və massagetləri ələ keçirmək üçün hiyləyə əl atır.
Dul qadın Tomrislə həyat qurmaq istədiyini bəyan etsə də, rədd cavabı alır. Belə
olduqda Kir qəzəblənir, hədə-qorxuya əl atır və massagetlərin üzərinə hücum
edəcəyini bildirir. Tomris cavabında "Gəl bu işindən əl çək, öz dövlətinə şahlıq et və
bizim öz ölkəmizdə hökmranlıq etməyimizə paxıllıq eləmə... Əgər sən bizim
üzərimizə yürüş etmək həvəsindəsənsə, onda Araz çayı üzərində körpü saldırmağı
dayandır. Müqavimətsiz çayı keç, gəl ölkəmizə, biz çaydan üçgünlük məsafəyə geri
çəkilərik. Əgər sən bizi öz torpağına buraxmaq istəsən, onda sən də belə et". Ana səbri
tükənməz, ana hökmü yenilməz, nifrəti güclü, ana intiqamı sonsuz.
Şah, Tomris ananın bu məsləhətini və qənaətini eşidən kimi təşvişə düşür.
Əyanlarını başına toplayaraq məsləhət-məşvərət keçirir. Kir Araz çayını keçir və
hücuma başlayır. Hiylə nəticəsində Tomrisin oğlu, qoşununun sərkərdəsi Sparqapis
namərdcəsinə əsir alınır. Tomris ana "Qisası qiyamətə qoymazlar" inadını yaşayır. El-
obanı silaha sarınmağa, düşməndən intiqam almağa səsləyir.
Elin razılığı ilə öz carçılarını yenidən Kirin yanına göndərib dedirtdirir:
"Qaniçən Kir, bu hünərinlə öyünmə, şərab sənin də əqlini başından alar. Şərabın
təsirilə sərxoş olanda siz iranlılar da nalayiq sözlər işlədərsiniz. Sən mənim oğluma
döyüş meydanında mərdi-mərdanə, kişi kimi yox, zəhərin gücünə, hiylə ilə qalib
gəldin. İndi gəl mənim xeyirxah məsləhətimi dinlə: sən massaget qoşununun üçdə
birini namərdcəsinə məhv etdin, yaxşısı budur ki, oğlumu geri qaytar və nə qədər ki,
əlim dəyməyib sağ-salamatsan, üzüsulu mənim torpağımdan çıx get! Əgər
dediklərimə əməl etməsən, onda and olsun massagetlərin günəş tanrısına ki, nə qədər
acgöz olsan da səni qanla doyduracam".
Tomris dərhal qoşununu çəkdi, düşmən üstünə yeridi. Döyüşdə qan su yerinə
axdı. Tarixdə görünməmiş qırğınlar oldu. Bu dəhşətli döyüşdə massagetlər qələbə
çaldılar.
Kir döyüşdə həlak oldu. Qan çanağı qanda çatladı. Tomris Kirin cəsədini
basdırdı və onun başının şərab tuluğuna soxulmasını əmr etdi. Kirə istehza ilə dedi:
"Mən döyüş meydanında qələbə çalıb sağ qalsam da, hər halda sən məni məhv etdin -
oğlumu hiylə ilə əsir aldın. İndi bax budur aqibətin. Hədələdiyim kimi də edirəm:
"Səni qanla doyururam".
Minilliklərdən xəbər verən ilk orta əsrlərdə kamilləşən, dastanlaşan "Kitabi-
Dədə Qorqud" xalqımızın, türk dünyasının əzəmətli abidəsidir. Bu qəhrəmanlıq,
vətənpərvərlik çələngi ağbirçək analarımızın, qız-gəlinlərimizin etibar-ilqar ucalığı,
ismət, sədaqət örpəyidir. Dastanda ana övlad məhəbbətilə alışıb şölələnən şam-
çıraqdır, öyüd-nəsihət verən, kamala yetirən, düzgün, işıqlı yol göstərəndir.
Dostları ilə paylaş: