Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə62/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   58   59   60   61   62   63   64   65   ...   139
(1494-1556) 

yaradıcılığında 

daha 

da 


kamilləşdi,  dolğun  ideya-ədəbi  və  ictimai-

fəlsəfi  bir  mərhələyə  çatdı.  M.Füzuli 

yaradıcılığında  insanın  insana  məhəbbəti 

ilahi  səviyyəyə,  ilahi  eşq  fəlsəfi-estetik 

mərhələyə  qaldırıldı.  Ona  görə  şairin  lirik 

qəhrəmanı "mübtəla olduğu" "eşq azarından" 

xilas  olmağa  deyil,  həmin  dərdə  daha 

yaxından,  daha  kamil  bir  surətdə  mübtəla 

olmağa  doğru  qaçdı,  bu  məqsədlə  Tanrıya 

dualar  etdi.  Məcnunun  Leyliyə

 

olan  sevgisi 



sufiyanə,  ilahi  eşq  məzmununa  qədər 

yüksəldi.  Bu  eşqin  vüsal  həsrəti    insanın  öz 

ilkinliyinə  -  cüzvin  küllə,  zərrin  bütövə 

qovuşmaq 

yanğısında,  ancaq  reallıqla, 

həyatla  bağlı  şəkildə  ifadə  olundu.  Bütün  bu  həsrət  və  ilahi  yanğının  bədii-fəlsəfi 

ifadəsi  həm  bütövlükdə  bəşər  övladının,  həm  də  Kərbəla  müsibəti  qurbanlarının  və 

onların  tərəfdarlarının  kədəri  şəklində  üzə  çıxdı[19].  Məhəmməd  Füzuli  sufı-fəlsəfi 

Azərbaycan  poeziyasını  yüksək  və  orijinal  bir  səviyyəyə  qaldırmaqla  yanaşı,  onu 

romantik qəlbli, yüksək bəşəri duyğulu real bir insanın son dərəcə saf və səmimi, eyni 

zamanda dərin ağıl və geniş zəkaya, humanist, həssas bir qəlbə malik olan real insanın 

eşqin  şiddətindən  naləsi  ərşə  bülənd  olan  aşiqin  qəlb  çırpıntılarının  sənətkarlıqla 

ifadəsi  şəklində  təqdim  etdi.  Onun  poeziya  rübabının  xoş  təranələri  orta  əsr 

Azərbaycan  və  islam  Şərqi  insanının  daxili  dünyasının  bütün  incəliklərini  fəlsəfi 

dərinlik  ideya-estetik  bir  gözəlliklə  ifadə  etdi.  M.Füzuli  qəhrəmanlarının  mətinliyi, 

sabitqədəmliyi  və  dönməzliyi,  əqidə,  amal  saflığı  onun  xələfləri  tərəfindən  inkişaf 

etdirilib yeni-yeni çalarlarda üzə çıxdı. 

M.Füzulidən  fikir,  sənət  və  ədəbiyyat  estafetini  qəbul  edib  onu  yeni  zirvələrə 

aparan  şairlərdən  biri  Məsihidir  (1575-1655).  Onun  Təbrizdə  anadan  olması,  ancaq 

Rumda yaşayıb işləməsi və vətən həsrətli şeirlər də yazması haqda məlumat var. Şair 




265 

 

şeirlər 



"Divan"ını 

"Vəsilətül-vəsail" 

adlandırmışdır.  Onu  professor  Əliyar  Səfərli 

üzə  çıxardaraq  1998-ci  ildə  Tehranda  ön  söz, 

lüğət  və  şərhlərlə  ərəb  əlifbasında  nəşr 

etdirmişdir.  Buradakı  şeirlərdən  görünür  ki, 

Məsihi  ağıla,  ürfana,  ürfani  sevgiyə  xüsusi 

üstünlük  verirdi.  O,  insanların  gözü  qarşısında 

eşq və gözəllik nəğməkarı kimi canlanır. Şairin 

poeziya  rübabında  bəşəri  məzmun  daşıyan 

ümid və həsrət dolu bir kədər qabarıq duyulur. 

"Divan"da  həmçinin  vüsala,  özü  də  daha  çox 

ürfani  mahiyyətli  vüsala  çatmağın  yolları  və 

üsulları haqda poetik-fəlsəfi məsləhətlər diqqəti 

cəlb edir. 

Məsihini  daha  çox  şöhrətləndirən  onun 

irihəcmli  əsəri  olan  "Vərqa  və  Gülşa" 

poemasıdır.  Mövzusu  və  süjeti  folklordan 

alınan bu əsərdə məhəbbət, vəfa, əhdə sədaqət, 

qəhrəmanlıq,  haqqın-ədalətin  qələbəsinə  inam  ideyaları  təbliğ  və  tərənnüm  edilir. 

Poemanın baş qəhrəmanlarının – Vərqa ilə Gülşanın öz ideallarına qovuşmaq uğrunda 

apardıqları qəhrəmanlıq mübarizələri onları Leyli və Məcnundan fərqləndirsə də, hər 

iki cütlüyün bir-birlərinə bəslədikləri eşq sufi-ürfani mahiyyətdədir. Ancaq Məsihinin

 

qəhrəmanları  öz  sələflərindən  –  Məcnunla  Leylidən  xoşbəxtdirlər.  Çünki  onlar 



Möhsün  şahın  rəhbərliyi  ilə  yaradılan  ideal  bir  cəmiyyətdə  vüsala  yetişirlər.  Bunun 

üçün  Məsihi  yenə  folklordan  gəlmə  ölüb-dirilmə  motivlərindən  istifadə  edir,  şairin 

bədii  təxəyyülünün  məhsulu  olan  ideal  insan  və  şah  olan  Möhsün  şahın  və  onun 

qurduğu cəmiyyətin sakinlərinin duaları ilə yenidən dirilən Vərqa ilə Gülşa bir yerdə 

uzun və xoşbəxt ömür sürürlər[20]. 

Bütün bunlar göstərir ki, xalq təxəyyülü onun ideal və arzuları ilə klassik yazılı 

ədəbiyyatda  əsrlərdən  bəri  formalaşaraq  kök  salan  sufi-ürfani  düşüncə  tərzi  Məsihi 

yaradıcılığında,  onun  ideya-bədii  və  fəlsəfi  düşüncə  sistemində  qovuşaraq,  sintez 

şəklində,  yeni  estetik  tərzdə  üzə  çıxmışdır.  Bu,  Məsihi  poeziyasının  köklərinin  xalq 

ədəbiyyatına və klassik poeziya ənənələrinə dayanmaqla  yanaşı,  yeni ideya-məzmun 

və  bədii-estetik  keyfiyyətlərdə  üzə  çıxdığını  göstərir.  Beləliklə,  Məsihi  öz 

yaradıcılığında  ümumxalq  düşüncə  tərzi  ilə  klassik  yazılı  ədəbiyyatın  eyni  etnik-

mədəni  və  ideya-fəlsəfi  kökdən  olduğunun  və  bütün  bunların  vəhdətdə,  qovuşuq 

şəkildə inkişaf etməsinin mükəmməl bədii tərzini verməyin kamil nümunəsini yaratdı. 

Onun  poeziyasının  həm  lüğət  tərkibinin,  dil  strukturunun  ümumxalq  dilinə 

əsaslanması, həm də ideya-fəlsəfi, mənəvi-əxlaqi dünyagörüşü, ideya və amal sistemi 

xalq ədəbiyyatı ilə klassik yazılı ədəbiyyatın yaxınlaşmasında əhəmiyyətli rol oynadı.  

XVII-XVIII  əsrlərdə  bədii  ədəbiyyatda  ümumxalq  düşüncə  və  yaradıcılıq 




266 

 

tərzinin  kifayət  qədər  fəallaşmasını  göstərən  ədəbi-tarixi  faktlardan  biri  də  özündə 



Azərbaycan  məhəbbət  dastanlarının  təsirini  qabarıq  şəkildə  ifadə  edən  "ġəhriyar" 

dastanıdır. Əsərin mövzusu və süjetinin əsasında folklor motivləri dayansa da, hələlik 

haqqında əldə məlumat olmayan Məhəmməd adlı müəllif onu özünün estetik idealına 

uyğun ideya-bədii keyfiyyətlərlə zənginləşdirmiş, yeni ruhlu bir ədəbi nümunə yarada 

bilmişdir. Belə ki, "Şəhriyar" dastanının həm kişi, həm də qadın qəhrəmanları əsasən 

xeyirxahlıq,  humanizm,  halallıq,  səmimilik,  qəhrəmanlıq,  dostluq,  alicənablıq,  bir-

birinin  hiss  və  duyğularına,  arzu  və  istəklərinə  hörmət,  qarşılıqlı  anlayış  qabiliyyəti, 

el-oba,  vətən  sevgisi  və  s.  əxlaqi  keyfiyyətlərlə  üst-üstə  köklənmişlər.  Əsərdə  özünə 

qabarıq  yer  tutan  milli  kolorit,  etnik-mədəni  həyat  və  düşüncə  tərzi  bu  dövr 

Azərbaycan  ictimai-bədii  fikrində  və  ədəbi-estetik  təxəyyülündə  xəlqiliyin  getdikcə 

gücləndiyini  göstərir.    Odur  ki,    XVII  əsrdə  Azərbaycan  klassik  yazılı  ədəbi  dilinin 

xalq  dili  ilə  yaxınlaşdırılmasında,  onun  xəlqi  keyfiyyət  qazanmasında  dövrün  həm 

fars, həm də Azərbaycan dilində yazan qüdrətli sənətkarlarından olan Saib Təbrizinin 

və  Qövsi  Təbrizinin  böyük  xidmətlər  göstərmələrinə  təsadüf  kimi  baxmaq  düzgün 

olmazdı. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin