deməkdir. Çünki, zərrənin, cüzvün, fərdin incidilib alçaldılmasının ağrısı bütövlükdə
küllə, cismə təsir edir. Bir halda ki, bütün yaradılmışların vücudu vəhdətdədir, bir
halda ki, fərd və cəmiyyət, cəmiyyət və kainat, bütövlükdə yaradan - Həqq bir candır,
forma və məzmunundan asılı olmayaraq, bütün təzyiq, təsir, zülm, işgəncə, talan və
262
qırğınlar tarixin arxivlərinə göndərilməlidir.
İ.Nəsimi poeziyasında bu fəlsəfi təlimin müddəalarını şərh və təbliğ edir, bəşər
övladını tiranlığa qarşı cihada kökləyirdi. Hürufilik təliminin leytmotivinə çevrilən:
"Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri laməkan mənəm, Kövnü məkana sığmazam.
Ərş ilə fərşi, kafi-nun, Məndə bulundu cümlə çün,
Kəs sözünü vü əbsəm ol, şərhi-bəyanə sığmaram..."
nidalı hayqırtıları dövrün bütün din və xurafat dəllallarının, iddialı tiranlarının, o
cümlədən böyük fateh kimi aləmi vahimə içində saxlayan Teymurləngin canına lərzə
saldı. Axı İ.Nəsimi aləmə elan edib əsaslandırırdı ki, həqq dünya da, onun əksi olan
(panteizmə görə) fani dünya da "mən"də, yəni insandadır, onda yerləşir. Ona görə də
o, elə məkansız gövhərin - Allahın, həqqin özüdür. Bu Həqq isə şərhə
sığışmır. Onun
izahı yoxdur. Bu Tanrı-insan "məni" dünyanın yaradılışını - "kün"
sözünü, "kaf" və
"nun" hərflərini də özündə təcəssüm etdirmişdir.
Göründüyü kimi, İ.Nəsimi islamı qorumaq və ucaltmaq adı altında insanlara
zülm və işgəncə verənləri, talayanları, dağıdıcı müharibələrlə milyonların məhvinə
bais olanları elə Qurana, İslam qanunlarına istinadən ifşa edirdi. O, bəşəriyyətə sülh,
qardaşlıq, haqq-ədalət, insana və insanlığa sevgi, məhəbbət təbliğ edirdi. Bu sevgi isə
ilahi sevgi ilə çox yaxın və doğma idi.
Dövrün qarafikirli, qan əqidəli başları üzərində dəhşətli göy gurultusu, ildırım
şaqqıltısı təsiri buraxan bu ideya - fəlsəfi və ədəbi-estetik təlim də, onun daşıyıcıları
və tərəfdarları da təqib və işgəncə hədəfinə çevrildilər, əzildilər, qırıldılar,
öldürüldülər, lakin susmadılar. Öz arzu, ideal və amallarının həyat, ədəbiyyat haqqını
təsdiq və təmin edə bildilər. Kişvəri, Həbibi, Ş.İ.Xətayi, M.Füzuli, M.V.Vidadi, Raci,
Qumri, Seyid Nigari, Ə.Nəbati və b. bu estafeti öz yaradıcılıqlarında əsrə, zamana
uyğun şəkildə davam və inkişaf etdirirdilər[16].
XV əsrin axırları, XVI əsrin əvvəllərində yaşayıb-yaradan KiĢvərinin
yaradıcılığında sələflərinə məxsus azadfikirlilik meyli və ideyası üstünlük təşkil
edirdi. O, insanın ruhi və əqli qabiliyyətinə qarşı heç bir qadağa tanımırdı. Ona görə
şairin lirik qəhrəmanı özünün hiss və duyğularında, məşuquna münasibətlərində
sərbəst və səmimidir. İnsana, onun cismani və mənəvi-əxlaqi gözəlliklərinə, əqli
kamilliyinə, humanizmə vurğunluq Kişvəri lirikasının əsas xəttini təşkil edir.
Kişvərinin dili, yaradıcılığının poetik strukturu da türk təfəkkürünün, onun
ədəbi dilinin inkişafında özgün və əhəmiyyətli rol oynadı, gələcəkdə milli düşüncə
tərzinin, özünüdərkin formalaşmasına əhəmiyyətli zəmin hazırladı.
Kişvərinin dostu olub, indiki Ucar rayonunun Bərgüşad kəndində doğulan
Dostları ilə paylaş: