Azərbaycan xalqının ümummilli lideri


Nizami  Gəncəvi  (1141-1209)



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə57/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   53   54   55   56   57   58   59   60   ...   139
Nizami  Gəncəvi  (1141-1209)  yaradıcılığı  İslam  Şərqi  renessansının  tərkib 

hissəsi  olmaqla,  Azərbaycan  intibahının  zirvəsi  hesab  edilir.  Şairin  poetik  irsi 

özünəqədərki  Şərq  və  dünya  ictimai-bədii  fikrinin  mühüm  uğurlarını  özündə  əks 

etdirməklə  qalmamışdır.  Onun  lirikasında  və  poemalarında  irəli  sürülən  fikir  və 

ideyalar,  bütün  bunların  bədii-estetik  ifadəsi  özünün  vüsətli  fikir  tutumu,  romantik 

ənginliyi  baxımından  yeni,  orijinal  və  yüksək  bir  mərhələ  təşkil  edir[8].  Odur  ki, 

N.Gəncəvinin "Xəmsə"si və qəzəl, qəsidə, rübailərdən ibarət olan lirikası daim  maraq 

və diqqət mərkəzində olmuşdur. Çünki əgər Xəmsəyə daxil olan poemalarda  Nizami 

dühası  özünün  ideya-estetik  ifadəsini  epik  planda  tapırsa,  "lirik  əsərləri  öz  ideya 



252 

 

dərinliyi,  forma  gözəlliyi  bədii  təsir  gücü 



etibarilə  şairin  ölməz  dastanlarından  əsla  geri 

qalmır"[9].  Burada  lirik  qəhrəmanın  qəlb   

çırpıntıları      arzu      və      idealları      real    bədii 

lövhələrlə təsvir və tərənnüm olunur. Həmin fikir 

və  duyğular  həm  də  romantik  ruhu  etibarı  ilə 

diqqəti  cəlb  edir.  Bu  poeziyanın  fəlsəfi 

məzmununu  humanizm,  halallıq,  fədakarlıq, 

ülvilik,  mübarizlik  və  işıqlı  sabaha  haqqın, 

ədalətin  təntənəsinə  dərin  və  sarsılmaz  inam 

təşkil edir. Lirik "mən"in şəxsində insanın daxili, 

ruhi aləminə nüfuz edilərək onun saflığı, ülviliyi, 

sevgisinin  ilahi  məzmunu  üzə  çıxarılır.  Nəticə 

etibarilə  insana,  onun  varlığına  və  hüquqlarına 

hörmət  və  məhəbbət  ideyası  bədii-fəlsəfi 

məzmunda təqdim edilir. 

N.Gəncəvinin məhəbbət lirikasının əsasını 

real,  həyati  duyğular  təşkil  etsə  də,  o,  ideya-

fəlsəfi məzmunca panteizmə, sufizmə biganə deyil. Bu hal, yəni real məhəbbətin ilahi 

eşq  səviyyəsi  öz  əksini  Məcnunun  Leyliyə  vurğunluğunun  bədii-estetik  ifadəsinin 

ideya-fəlsəfi məzmununda tapır. Çünki, Nizaminin fəlsəfi baxışlarında dörd ünsür və 

ruhun  varlığı  qəbul  edilsə  də,  onlar  ayrılıqda  deyil,  vəhdətdə  və  "əqli-küllün"  real 

həyatın  və  maddi  varlığın  hərəkətverici  qüvvə  kimi  dərk  və  qəbul  edilməsinə 

əsaslanırdı[10]. 

Beləliklə,  N.Gəncəvinin  insana,  onun  mənəvi-əxlaqi  dünyasının  paklığına 

hörmət və ehtiram dolu məhəbbət lirikasının dayaqları real həyatdırsa, onun ümid və 

idealları ilahi varlığa, ruhun  öz  ilkinliyinə  qovuşmasına, bununla  da  kamillik,  kamil 

insan  zirvəsinə  doğru  yönəlmişdir.  Şairin  təqdim  etdiyi  bu  ülvi  duyğulu,  ilahi  eşq 

sevdalı  kamil  qəhrəmanı  təbii  olaraq  humanizm  ideyalarının  daşıyıcısı  və  ifadə 

edicisidir.  Ona  görə  o,  adil  və  cəsarətli,  həqiqətpərəst  və  ədalət  tərəfdarıdır,  zahid 

kimi qəzəb və ölümün gözünə dik baxır, qarı kimi Sultan Səncəri ədalətə və insanlığa 

xidmətə  çağırır,  bayquşların  timsalında  Nuşirəvana  ölkəni  abad  etmək,  tərəqqi  və 

inkişafa yönəltmək borcunu yada salır və s. 

Ədəbiyyatşünaslıqda  "Xosrov  və  Şirin"  poemasından  danışılarkən  o,  əsasən 

əyləncələrə  meyilli,  yüngülxasiyyət,  ziddiyyətli,  lakin  inkişafda  olan  bir  obraz  kimi 

xarakterizə  olunur[11].  Əslində  isə  Xosrovun  əyləncələrə  meyilliyi  onun  yüngül

 

xasiyyətliliyindən  irəli  gəlmir.  Bu  cür  hallar,  yəni  hardasa  bir  qədər  ipə-sapa 



yatmazlıq,  ağlına  gələn  fikri  fərqinə  varmadan  həyata  keçirmək  və  s.  yeniyetməliyə, 

gəncliyə  məxsus  fərdi  keyfiyyətlərlə  daha  çox  bağlıdır.  Çünki,  Xosrov  da  vəliəhd, 

hökmdar olmaqdan qabaq insandır. Özü də qayğıdan uzaqlığı onun həm də hökmdar 

atasına arxalanmasından, özünü güvəncli hiss etməsindən də irəli gəlir. Bütün bunlar 




253 

 

isə    Xosrovun  yüngülxasiyyətliliyinə  dəlalət  etməkdən  çox  N.Gəncəvi  tərəfindən 



onun  bir  fərd,  bir  xarakter  kimi  hərtərəfli  təsvir  və  təqdimetmə  meyil  və  istəyindən 

doğur.  Bununla  belə  Nizami  onun  bu  xüsusiyyətlərinə  ictimai  münasibətin 

həssaslığını  da  nəzərə  çatdırmağı  unutmur.  Belə  ki,  Nizamiyə  görə  Xosrovun  başqa    

gənclər kimi laübalı vaxt keçirməyə haqqı yoxdur. Çünki, o, digər həmyaşıdlarından 

fərqli olaraq, vəliəhddir. Ölkənin və xalqın taleyi gələcəkdə ona tapşırılacaq. Gələcək 

məsuliyyətli  və  taleyüklü  vətəndaşlıq  vəzifələrinə  isə  elə  yeniyetməlik  və  gənclik 

dövründən  hazırlaşmaq  lazımdır.  Ona  görə  də  N.Gəncəvi  Xosrovun  təbii  insani 

davranış və addımlarının hər birinə ictimai münasibətin həssaslığını bu qədər qabarıq 

verməklə  öz  sənətinin  həqiqətpərəstliyinə,  reallığına  sadiqlik  nümayiş  etdirmişdir. 

Yəni Xosrovu birinci növbədə yeniyetmə, gənc bir fərd kimi təqdim etmiş, əsər boyu 

isə onun bir insan və hökmdar kimi təkamül və inkişaf mərhələlərini oxucunun gözü 

qarşısında təbii və aydın lövhələrlə canlandırmışdır. 

Sultan  Səncər,  Ənuşirəvan,  Hörmüz  və  başqalarının  bir  hökmdar  kimi  hər 

hansı  situasiyada  müdriklik  göstərib kimisə  dinləyə bilmələri onların  həm də  yetkin 

yaş dövrlərindən irəli gəlir. 

N.Gəncəvi  "Xəmsə"  boyu  hökmdar  obrazının  təkamülü  ilə  ölkədəki  vəziyyət 

arasındakı  paralelliyi  izləyir,  təsvir  və  təqdim  edir.  Şair,  Xosrovun  yeniyetməlik  və 

gənclik dövrlərinə xas əyləncələrdən adil və  yetkin hökmdar səviyyəsinədək keçdiyi 

inkişaf  mərhələlərini  göstərdiyi  halda,  Bəhramı  bir  qədər  sonrakı  mərhələdə  -  taxt-

tacda  ikən  təqdim  edir.  Xosrovdan  fərqli  olaraq,  Bəhramın  əyləncələri  onun  taxt-

tacdakı  uğurlarından  sonra  təsvir  edilir.  Bununla  Nizami  sanki  insanın  -  hökmdarın 

istənilən  əqli  və  ideya-mənəvi  inkişaf  dövründə  əyləncəyə  olan  meylinin  təbii  və 

sönməz olduğunu göstərmək istəmişdir. Eyni zamanda bu meyil və həvəsin, şöhrətdən 

doğan başgicəllənmənin ağrısını hər kəs kimi hökmdar - Bəhram Gur da çəkir. Ancaq 

yetkinlik, kamillik və digər üstün keyfiyyətləri ona hər şeyi yoluna qoymağa kömək 

və imkan verir. 

"Xəmsə"də  İskəndər  isə  yetkinlik  mərhələsindən  kamilliyə  doğru  axtarışlar 

dövründə  təqdim  edilir.  Bu  zaman  N.Gəncəvi  "İqbalnamə"də  təqdim  edəcəyi  ideal 

cəmiyyətin  ilkin  nümunələri  ilə  oxucunu  tanış  edir.  Əgər  "Xosrov  və  Şirin"də 

Məhinbanunun  və  Şirinin  hakim  olduğu  məkanda  belə  bir  cəmiyyətin 

mümkünsüzlüyünə  işarələr  varsa,  "İskəndərnamə"də  Nüşabənin  sarayında  və 

ölkəsində, həmçinin xoşbəxtlər diyarında həmin arzu olunan ölkənin ilkin və bir qədər 

ibtidai  nümunəsi  ilə  tanış  oluruq.  Bununla  şair  "İqbalnamə"də  İskəndərin  qurduğu 

dövlətin heç də xəyal olmayıb, mümkünlüyü ideyasını əsaslandırır. Belə bir cəmiyyət 

isə hissin, ehtirasların yox, ağlın, elmin, bütövlükdə zəka səltənətinin bərqərar olduğu 

bir şəraitdə mümkündür. 

Maraqlıdır  ki,  N.Gəncəvi  ideal  insan,  hökmdar  və  cəmiyyətin,  əmin-amanlıq 

və  ədalətin,  insana  qayğı  və  hörmətin  hökm  sürdüyü  cəmiyyətin  başlanğıc  və  ilkin 

mərhələlərini əsasən qadın hökmdarların timsalında təqdim edir. Bununla şair qadına 

anaya xas şəfqət və məhəbbətin ideya-bədii rəsmini çəkmiş və onların bəşər övladının 




254 

 

taleyində, onun iqbalının təminatında oynadıqları şəfqətli rolu göstərməyə çalışmışdır. 



Bütövlükdə  N.Gəncəvinin  humanizm  və  insanlıq,  məhəbbət  və  gözəllik,  ədalət  və 

əmin-amanlıq,  insanın  ilahi  varlıq,  axtarışları  onun  həm  lirikasında,  həm  də 

"Xəmsə"si boyu davam edib tamamlanmışdır. Bu barədə professor

 

Rüstəm Əliyev çox 



gözəl  yazmışdır:  "Heç  də  təsadüf  deyildir  ki,  zaman  keçdikcə  Nizaminin  poemaları 

nəsə tam, bütöv bir əsər kimi dərk edilməyə başladı. Çünki bu əsərlər həqiqətən bir-

biri ilə üzvi surətdə bağlı idi və özünəməxsus bir silsilə təşkil edirdi, ideya və bədiilik 

cəhətdən  aydın  ifadə  olunmuş  vəhdətə,  tamlığa  malik  idi.  Artıq  şairin  ölümündən 

sonra bu silsilə "Xəmsə" ("Beşlik") adını aldı"[121. 

Bu  ədəbi  xəzinədə  əbədi  qərar  tutan  Nizami  Gəncəvi  dühasının  şəfqətli  və 

istiqamətverici  hikmət  nuru  sonrakı  dövrlərdə  onun  xələfləri  tərəfindən 

Azərbaycandan  qat-qat  geniş  bir  məkanda  davam  və  inkişaf  etdirildi,  yeni-yeni 

məzmun  və  ideyalar  kəsb  etdi.  Həmin  prosesin  bu  gün  olduğu  kimi  gələcəkdə  də 

davam  edəcəyinə  əsas  verən  cəhətlərdən  biri  də  orta  əsrlərdə  Azərbaycan  ictimai-

əbədi düşüncəsinin davamlı inkişaf mərhələlərinin hər birinin özgün və orijinal tərzdə 

üzə  çıxmasıdır.  İntibah  düşüncə  dalğasının  təsirinin  güclənməsində  ərəb  xilafəti 

daxilində  elm  və  ticarətin  inkişafı  və  mövcud  olan  dövlətlərin  tərəqqisi  də  az  rol 

oynamırdı. Odur ki, XIII əsrin ortalarına doğru mədhiyyə ədəbiyyatı davam və  həm 

sənətkarlıq,  həm  də  ideya-məzmun  cəhətindən  inkişaf  etməklə  yanaşı,  yeni  düşüncə 

və yaradıcılıq meyilləri də qabarıq nəzərə çarpmağa başlayırdı. 

Məsələn, dövrün görkəmli şairlərindən olan Zülfüqar ġirvaninin (1190-1304) 

şəxsində  mədhiyyə  ədəbi  ənənələrinin  inkişafını  və  yeni-yeni  çalarlar  kəsb  etdiyini 

görmək  olar.  Mənbələr  onun  altı  dildə  "Divan"  müəllifi  olduğunu  göstərsələr  də, 

bunlardan yalnız farsca olan "Divan" günümüzə qədər gəlib çatmışdır. 

Zülfüqar  Şirvaninin  əldə  olan  poetik  irsi  qəsidə,  qəzəl,  rübai,  qitə,  tərkibbənd 

və tərcibəndlərdən ibarətdir. Buradakı nümunələrdə insan və onun duyğuları, azadlıq 

eşqi  saf  və  səmimi  bir  hisslə  tərənnüm  edilir.  Şairin  təsvirlərində  məşuqun  cövr-

cəfasından bəhs edilməklə yanaşı, sevinc, şuxluq, aşiqin romantik arzularının vüsəti, 

inam,  fikir  sərbəstliyi  diqqəti  cəlb  edir.  Zülfüqar  poeziyasında  əlvan  təsvir  və  ifadə 

lövhələri,  forma  müxtəlifliyi,  süjet  orijinallığı  da  qabarıq  nəzərə  çarpır.  Məsələn,  o, 

qəsidələrində  bir  qayda  olaraq,  əvvəlcə  gözəlin,  məşuqun  bədii  təsvirini  verdikdən 

sonra  mədhiyyəyə  keçir. Bu  parçada  o, insan  gözəlliyinə  qibtə, məftunluq və  səcdə, 

həm  də  lirik  qəhrəmanın  daxili  mənəvi  aləminin  zənginliyini  və

 

humanizmini  ifadə 



edir. Həmin qəsidələrin bəzisində diqqəti cəlb edən cəhət bir neçə beytdən sonra vəzn 

və qafiyənin dəyişməsidir. Qəsidənin bu növündən, yəni "qəsideyi-tulani"dən başqa o, 

üç qafiyəli qəsidələr də yaratmışdır. 

Şirvaninin  poeziyası  məhəbbət  mövzusuna  daha  artıq  meyilli  olsa  da,  burada 

fəlsəfi fıkirlər, dünyanın, kainatın dərkinə dair mühakimələr də vardır. Məsələn, şairin 

"Lamiyyə"  qəsidəsinin  girişində  dünyanın  və  kainatdakı  canlıların  maddi  və  ruhi 

olmaqla  iki  tərkibdən  yarandığı  bildirilir.  Buraya  dörd  ünsür,  ruhun  həmin  dörd 

ünsürdən  ucalığı,  lakin  bədənsiz  mövcud  ola  bilməsi  qənaətləri  də  daxildir.  Şair  öz 




255 

 

oxucusundan ağıl və nəfsini tərbiyə və idarə etməsini təmənna edir. Bildirir ki, buna 



nail olan kəslərin ruhları onların vəfatlarından sonra ən uca zirvədə qərar tutacaqdır. 

Z.Şirvaninin poeziyası Qətran Təbrizi, Ənvəri, Xaqani və Nizami ənənələrinin 

yeni məzmun və formada davamıdırsa, Hümam Təbrizinin (1201-1314) yaradıcılığı 

intibah düşüncəsinin yeni istiqamətli ideya-fəlsəfi məzmun keyfiyyətləri ilə təzahürü 

kimi diqqəti cəlb edir. Şairin yaradıcılığının ərəb və fars dillərində olan nümunələri, 

dini-fəlsəfi  baxışlarına  görə  o,  Elxani  hökmdarı  tərəfindən  qətlə  yetirildikdən  sonra, 

Rəşidəddin Fəzlullah tərəfindən toplanaraq divan şəklinə salınmışdır. Bu poetik irsdə 

əsasən azad sevgi tərənnüm edilir. Özü də Hümamın lirik qəhrəmanı insana sevgisini 

Allah  sevgisinə  bağlamır.  O,  insan  saflığını,  onun  daxili  və  zahiri  gözəlliyini  bütün 

gözəlliklərdən üstün tutur. 

H.Təbrizinin  şeirlərində  məhəbbətin  təsvirinin  bitdiyi  yerdə  insan  nəfsinin 

törədə  biləcəyi  xətalardan  qorunmaq  yolları  barədə  öyüd-nəsihətlər,  dövrün 

hakimlərinin qanunsuzluqlarından, zülmkarlıqlarından, ilan xislətli olmalarından və s. 

şikayətlər,  habelə  onlara  bəd  əməlləri  müqabilində  təhdid  dolu  xəbərdarlıqlar  özünə 

yer alır. 

Hümam Təbrizi öz sələfi Nizami Gəncəvi irsinə və ənənələrinə daha çox bağlı 

olmaqla  yanaşı,  bu  ənənələrə  və  Azərbaycan  ictimai-fəlsəfi  və  ideya-estetik  fikrinə 

gətirdiyi  yeni  daha  sərbəst  düşüncə  və  bədii  ifadə  tərzi  ilə  diqqəti  cəlb  edir.  O, 

əqidəsindən,  yəni  insan  düşüncəsinin  islam  ehkamlarından,  Quran  ayələrindən  asılı 

olmayıb tamamilə sərbəst şəkildə özünü ifadə edə bilməsi fikrindən təqiblər və ölüm 

təhlükəsi ilə üzləşəndə belə dönməmişdir. Hümam bu sabitqədəmliyinə və əqidəsinə 

qəti  inamına  görə  qətlə  yetirilsə  də,  onun  irəli  sürdüyü  ideyalar  İslam  Şərqi 

dünyasında  və  Azərbaycan  ictimai-bədii  fikrində  islam  ehkamlarından  çıxmasına, 

daha  doğrusu,  islami  ideyaları  daha  çox  həyatın,  real  aləmin  dərkinə  və  insanlığın, 

onun  ümid,  arzu  və  tələblərinin  ictimai-fəlsəfi  dərkinə  tətbiqetmə  meylinə  stimul 

verdi, zəmin yaratdı. 

Bu  zəmin  üzərində  meydana  çıxan  cəhətlərdən  biri  anadilli  yazılı 

ədəbiyyatımızın  yaranmasıdır.  Həmin  ədəbiyyatın  ilk  məlum  və  istedadlı 

nümayəndəsi  Ġzzəddin  Həsənoğludur.  İ.Həsənoğlunun  doğum  və  ölüm  illəri  dəqiq 

bilinməsə də, mənbələr onun XIII əsrdə yaşayıb yaratdığını, Əsfəraində doğulduğunu, 

Azərbaycanda,  Rumda,  Hindistanda  məşhur  olduğunu  və  əsərlərinə  çoxlu  nəzirələr 

yazıldığını göstərirlər. Şairin poetik irsi daim diqqət mərkəzində olmuş, son iki əsrdə 

isə mütəxəssislərin səyi ilə hələlik dörd qəzəli üzə çıxarılıb ədəbi ictimaiyyətə təqdim 

edilmişdir.  Bunlardan  üçü  -  "Apardı  könlümü...",  "Necəsən,  gəl,  ey  yüzü  ağım 

bənim",  "Əcəb  bisəm..."  Azərbaycan  dilində,  biri  isə  "Rəhmsiz  xəlq  olunubdur  o 

nigarım,  nə  edim?"  fars  dilində  yazılmışdır.  İ.Həsənoğlunun  qəzəlləri  dil  və  ifadə 

zənginliyi,  fikir  dərinliyi  və  duyğu  zərifliyi,  şeir  texnikasının  mükəmməlliyi  ilə 

diqqəti  cəlb  edərək,  o  dövr  Azərbaycan  dili  və  ictimai-bədii  düşüncə  səviyyəsi 

haqqında oxucuda aydın təsəvvür yaradır. 

İ.Həsənoğlunun  lirik  qəhrəmanının  sevgilisi  real,  həyati  gözəldir.  O,  məğrur, 




256 

 

qürurlu  və  son  dərəcə  füsunkardır,  bənzərsizdir.  Aşiqin  hər  dilinə  aldanan  deyil. 



Çünki ağıllı və öz qədrini biləndir. Bütün bunları bildiyi və qiymətləndirdiyi üçündür 

ki,  aşiq  məşuqunun  təbiətindən  gələn  cövrü  cəfalara  mətanətlə  dözür  və  bütün 

bunlardan  sanki  mənəvi  bir  rahatlıq  duyur.  Odur  ki,  şairin  poeziyası  səmimiyyəti 

insana  sonsuz  ehtiramı,  dünyəviliyi,  həyat  eşqi,  nikbinliyi  və  poetik  pafosunun 

yüksəkliyi, ideya-estetik orijinallığı ilə yadda qalır. 

İzzəddin  Həsənoğlunun  lirikasından  başqa  XIII  əsrdə  Azərbaycan  yazılı 

ədəbiyyatının başqa bir nümunəsi də məlumdur. "Dastani-Əhməd Hərami" adlanan 

bu  poemanın  bizə  çatan  yeganə  nüsxəsinin  ilk  səhifəsi  cırılıb  itdiyindən  müəllifinin 

adı  hələlik  bilinmir.  Əsər  məsnəvi  formasında  yazılsa  da,  mövzusuna,  ideya  və 

məzmununa  görə  Azərbaycan xalq dastanları ənənələrini xatırladır. "Dastani-Əhməd 

Hərami"  özündə  Azərbaycan  ictimai-bədii  düşüncəsində  epik  təfəkkürün  inkişaf 

səviyyəsini də dolğun əks etdirir. 

Poemanın  qəhrəmanları  –  Əhməd  Hərami,  Bağdad  hakimi,  Güləndam,  Xoca 

Rüstəm,  Güləfrux  və  b.  fərdi  keyfiyyətləri  ilə  yadda  qalır.  Əsərin  süjet  quruluşu 

bitkindir.  Onun  ana  xəttini  xeyirxahlığın,  haqq  və  ədalətin  qəhrəmanlıq,  saflıq  və 

sədaqətin  şər  qüvvələr,  kin-küdurət,  zalımlıq  və  qəddarlıq  üzərindəki  qələbəsi  təşkil 

edir.  "Dastani-Əhməd  Hərami"də  xüsusən  Güləndamın  şəxsində  Azərbaycan  etnik 

düşüncəsi,  ailə  mədəniyyəti  və  tərbiyə  sisteminin  təntənəsi,  saflıq,  tədbirlilik, 

xeyirxahlıq və  böyüyə  sonsuz ehtiramın  insana  son  nəticədə  uğur  gətirəcəyinə  inam 

təsdiqini tapmışdır. 

Azərbaycan  ictimai-ədəbi  və  fəlsəfi  fikrində  XIII  əsrdə  meydana  çıxan 

yeniliklər içərisində sufi-panteist ideyaların qabarıq təzahürü diqqəti cəlb edir. Bu xətt 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin