Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə53/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   49   50   51   52   53   54   55   56   ...   139
Təbrizinin (1030-1109) yaradıcılığında da aydın görmək olur. Mənsub olduğu xalqa 

məxsus  öyrənmək,  elmi  həqiqətləri  dərk  etmək  ehtirası  və  hər  hansı  məsələnin 

həllində  və  ya  məqsədə  çatmaq  yolunda  göstərilən  əzmkarlıq,  səbir  və  dəyanət, 

uzaqgörənlik  və  elmi  təfəkkürün  hüdudsuzluğu  bu  dahi  şəxsiyyətin  Şərq  humanitar 

elminə  verdiyi  töhfələrdə  və  fəaliyyət  bioqrafiyasında  öz  əksini  tapmışdır. 

Tədqiqatlarında  klassik  ərəb  ədəbiyyatının  beş  əsrlik  -  VI-XI  əsrlər  dövrünü  əhatə 

edən  Xətib  Təbrizinin[3]  fakt  və  təcrübəyə  üstünlük  verməsi,  elmi  həqiqət 

axtarışlarında cəsarət və əzmkarlığı və s. keyfiyyətləri onun elmi öyrənmək, bilik və 

bacarığını  təkmilləşdirmək  üçün  heç  bir  fiziki,  iqtisadi  və  mənəvi  çətinlikdən 

qorxmayıb  "Piyada  Təbrizdən  Şama  qədər"  uzun  bir  yol  qət  edib  Nizamiyyə 

mədrəsəsində  qərar  tutmasında,  həmçinin  "Əbu  Təmmam  divanının  şərhi", 

"Həmasənin  şərhi",  "Nitqin  istilahının  düzəlişi",  "Səqt  əz-zəndin  şərhi",  "On 

qəsidənin  şərhi"    "Quranda  hallanma",  "Nəhvə  aid  qısa  xülasə",  "Əruz  və  qafiyə 

elminə dair qısa

 

xülasə" və s. əsərlərində öz qabarıqlığı və orijinallığı ilə diqqəti cəlb 



edir.  Təsadüfi  deyil  ki,  alimin  həmin  əsərləri  ilə  şərqşünaslıqda  və  ərəb  dilçiliyində 

yeni tədqiqat prinsiplərinin və istiqamətinin əsası qoyulmuşdur. 

X.Təbrizinin  şərhçilik,  mətnşünaslıq  və  poetika  elminə  dair  gətirdiyi  elmi 

prinsiplərin  ənənələri  Azərbaycan  ədəbiyyatşünaslığında  davam  və  inkişaf 

etdirilməkdədir.  O,  hər  hansı  elmi  həqiqətin  üzə  çıxarılıb  əsaslandırılması  üçün 

mövcud  fakt  və  materiala  ayrılıqda,  təcrid  edilmiş  şəkildə  yox,  ona  dövrlə,  digər 

material və mətnlərlə əlaqədə, müqayisə və tutuşdurmalar prinsipləri əsasında diqqət 

yetirməyin tərəfdarı idi. Məhz həmin elmi araşdırma prinsip və üsullarla məşhur ərəb 

şairi  Əbu  Təmmamın  divanına  və  onun  böyük  zəhmət,  səbir,  diqqət  və  gərgin, 

səmərəli  əmək  sərf  edərək  ortaya  qoyduğu  "Həmasə"  əsərinə  yanaşmasının 

nəticəsində  X.Təbrizi bu  poetik  incilərin  ədəbi  tarixi  və  ideya-estetik  məziyyətlərini 

bütün parlaqlığı ilə üzə çıxartmışdır. 

Xətib  Təbrizi  təkcə  ədəbi  nümunələri,  bədii  mətnləri,  dil  faktlarını  təhlil 

etməklə kifayətlənmirdi. O, yüksək elmi və ədəbi-estetik zövqə malik olmaqla yanaşı, 

həm  də  poetik  istedad  sahibi  idi.  X.Təbrizinin  şeirlərində  zəmanənin  gərdişindən, 

nadanlıq  və  rəzillikdən  şikayət  motivləri  ilə  yanaşı,  insan  dühasının,  onun  həyat 

eşqinin  nəhayətsizliyi  haqda  bitkin  və  sabitləşmiş  qənaət  diqqəti  özünə  cəlb  edir. 

Bütövlükdə Xətib Təbrizinin elmi-ədəbi irsi ümumislam mədəniyyətinin tərkib hissəsi 

olmaqla  yanaşı,  Azərbaycan  xalqının  milli  etnik  düşüncə,  zövq  və  intellektinin  ən 

qiymətli incilərindəndir. 

Ərəb xilafətinin və islam təliminin əhatə etdiyi mədəniyyət sistemində sonrakı 



246 

 

zamanlarda  da  öz  mədəniyyəti,  intellektual  potensialı,  mənəviyyat  və  əxlaq 



dünyasının zənginliyi ilə fərqlənən və ümumislam mədəniyyətinin formalaşıb inkişaf 

etməsində  xüsusi  xidmətləri  olan  etnoslardan  biri  kimi  Azərbaycan  xalqının  da  bu 

mədəniyyət  və  düşüncə  sistemində  özünüifadə  meyli  artmağa  başladı.  Buna  ölkə 

ərazisində  yaranaraq    getdikcə  qüvvətlənən  Eldəgəzlər,    Şirvanşahlar,    sonralar 

Atabəylər  dövlətləri  də  real  ictimai-tarixi  zəmin  rolu  oynadı.  Həmin  dövrdə  saray 

ədəbiyyatı  inkişaf  etməyə  başladı.  Əbül-Üla  Gəncəvinin  rəhbərliyi  ilə  Şirvanşahlar 

sarayında  hər  biri  özəl  mövqe  tutan  Fələki  Şirvani,  Xaqani  Şirvani  və  b.  şairlər 

fəaliyyət  göstərirdilər.  Bu  şairlərin  yaradıcılıqlarının  ilk  dövrü  üçün  mədhiyyəçilik 

aparıcı istiqamət  olsa  da, fəlsəfi lirikaya  meyil də  müşahidə  olunmaqdadır. Xüsusən 

nücum, astronomiya elminə dərindən bələd olan Fələki poeziyasında dünyanın, kainat 

və insan münasibətlərinin dərkinə cidd-cəhd göstərilir. Onun poeziyası özündə XI-XII 

əsrlər  Azərbaycan  ədəbiyyatında  dünyəvi  şerin  inkişaf  mrhələlərini  izləmək  üçün 

zəngin  material  verir.  Çünki  bu  poeziya  İslam  Şərqi  ədəbiyyatının  bütün  mütərəqqi 

ənənələrini,  o  cümlədən  insan  gözəlliklərinin,  onun  daxili  aləminin  bədii  inikasında 

təbiət  lövhələrinə  müqayisəli  müraciətin  əlvan  forma  və  üsullarını  yaradıcı  şəkildə 

inkişaf etdirir. 

Əsərləri  yüksək  sənətkarlıq  keyfiyyətlərinə  malik  olan  "Fələkinin  məhəbbət 

təranələri 

ÖZ 

zərifliyi  və  səmimiliyi  ilə  şüurlarda  həkk  olub  qalır,  qəlbləri  riqqətə 



gətirir... Maraqlıdır ki, orta əsrlər Yaxın Şərq şerində bu və ya digər dərəcədə özünü 

büruzə  verən,  ənənələrdən  gəlmə  qeyri-real,  mistik  meyillərdən  Fələkinin  aşiqanə

 

lirikasında heç bir əlamət yoxdur. Onun "ay buxaqlı", "günəş camallı", "ləbləri həyat 



çeşməsi olan", "nərgiz gözlü", "zülfləri ənbər qoxuyan", "dişləri inci" gözəli təbii, real 

varlıqdır,  Yer  övladıdır.  Fələki  "Divan"ının  çox  səhifələrində  bu  gözəli  rəngarəng 

təsvir vasitəsilə poetik portreti öz inikasını tapır"[4]. 

Dövrünün  bir  sıra  tarixi  fakt  və  hadisələrini  özündə  əks  etdirməsi  ilə  həm  də

 

tarixi  mənbə  kimi  böyük  əhəmiyyətə  malik  olan  F.Şirvaninin  poeziyasının  ideya-



fəlsəfi  axtarışlarına  ictimai-tarixi  hadisələrdən  doğan  dövranın  cövr-cəfasından 

şikayət  və  haqsızlıqlara  qarşı  etiraz  motivləri  də  qarışır.  Bu  hal  onun  "Həbsiyyə" 

silsiləsinə daxil olan və həmin ad altında yazdığı şeirlərdə daha qabarıq nəzərə çarpır. 

Elə  zindan  həyatının  səhhətində  törətdiyi  pozuntuların  nəticəsi  olaraq  Fələki  cavan 

yaşlarında vəfat etmişdir. 

Bu dövrdə İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Qivami Mütərrizi Gəncəvi 

kimi  dövrünə  görə  kifayət  qədər  tanınmış  şairlər  də  fəaliyyət  göstərirdilər.  Həmin 

şairlərdən Ġ.ġirvaninin yaradıcılığında iti və həssas müşahidələrdən yaranan incə və 

zərif  duyğuların  əlvan  təbiət  lövhələri  ilə  müqayisəli  təsviri,  insanın  təbiətlə 

harmoniya təşkil edən lirik duyğu və düşüncələrinin tərənnümü, habelə dövrün hadisə 

və  saray  məclislərinin  real  canlı  boyalarla  bədii  əks  etdirilməsi  əsil  sənət 

nümunələridir. İzzəddin Şirvaniyə görə bütün hallarda insan canlı aləmin, kainatın bir 

hissəciyi  olmaqla,  onunla  vəhdətdədir.  Ona  görə  şair  insanın  dərkinə  məhz  bu 

mövqedən, yəni onu kainatla birgə götürərək yanaşır. 




247 

 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin