ELM VƏ TƏHSĠL
İnsan təbiətin tacı, yer üzünün əşrəfidir. İnsan alidi, aqildi, adildi, qadirdi.
Azərbaycanda əcdadlarımızın yaşı artıq iki milyon ilə qədərdi. Ulularımız bu
müqəddəs torpaq üzərində qərar tutmuş, zaman-zaman tərbiyə almış, təlim keçmiş,
kamala yetmiş, təkamülə, tərəqqiyə çatmışdır.
Tərbiyə beşik nəğməsi, ana laylası, ata nəsihətidi. Südlə gələr, sümüklə çıxar.
Qandan qana, candan cana keçər. Tərbiyə insanın həyatda arzu və istəyinə nail olmaq
üçün məqsədyönlü, sistemli şəkildə formalaşması prosesidir. Təlim tərbiyənin əsas
vasitəsidir, onunla tamamlanır, vəhdət təşkil edir.
Bəllidir ki, təhsil insanın, cəmiyyətin, dövlətin, ölkənin inkişafına xidmət edən
strateji əhəmiyyətli, üstün fəaliyyət sahəsidir. Sistemləşdirilmiş bilik, bacarıq, vərdiş
və təlim prosesi onun nəticəsidir. Təhsil milli zəminə, bəşəri dəyərlərə əsaslanır,
dünyəvi xarakter daşıyır. Təhsil körpəliyin, uşaqlığın, gəncliyin, yetkinliyin,
ixtiyarlığın qaynar həyatı, beşikdən qəbrə qədər sonsuz maraq dairəsidir. Kamilliyin,
təkamülün daşıyıcısıdır. Təhsili güclü olan xalq güclü, yenilməz olar, qeyri xalqlar
tərəfindən ehtiramla qarşılanar. Təhsili Ayla, Günəşlə, Tanrı ilə eyniləşdirənlər də
tamamilə haqlıdırlar. Təhsil taleyüklü məsələdi, həmişəyaşarlıq və müqəddəslikdir.
Hər bir xalqın varlığı, taleyi, gələcəyi onun təhsili ilə bağlıdır.
Ulu öndərimiz Heydər Əliyevin təbirincə desək, "Təhsil millətin gələcəyidir".
Elm idrakın bir forması olmaqla, təbiətin öyrənilməsi, cəmiyyətin və
təfəkkürün inkişafı üçün yaradılan biliklər sistemidir. Elmin ictimai vəzifəsi insanlara
təbiət, cəmiyyət haqqında dəqiq, dürüst biliklər aşılamaq, onlarda elmi dünyagörüşü
formalaşdırmaq və hərtərəfli, kamil şəxsiyyət yetişdirməkdir[1]. Həqiqətdir ki,
təhsillə elm bir-birinə sıx bağlı olub vəhdət təşkil edir, ayrılmazlıq yaradır. Biri
digərinin inkişafına əsaslı zəmin yaradır və güclü təsir göstərir. Hətta bir sıra orta əsr
mənbələrində təhsillə elm eyniləşdirilir, mahiyyətcə eyni məzmun daşıyır. Ona görə
də bu məsələyə etnoqrafik baxımdan yanaşdıqda hər iki sahəni xronoloji ardıcıllıq
prinsipinə uyar bir yerdə, eyni başlıq altında vermək məqsədəuyğundur.
Təlim-təhsilin qədim və son dərəcə maraqlı tarixi vardır. İnsan oğlu, bəşər
övladı ibtidai icma quruluşunun təşəkkül tapdığı ilk mərhələsində ana tərbiyəsi, ata
öyüd-nəsihəti, tayfa qayğısıyla bölüşmüş, təbiətin sərt ruzgarına qarşı ölüm-dirim
mübarizəsi aparmışdır. Təlim-tərbiyə nəticəsində əmək alətlərini, ox və kaman
silahlarını ixtira etmişlər, oddan istifadəyə başlamışlar. Zaman keçdikcə, insanların
həyat təcrübəsi artdıqca dünyagörüşləri formalaşmış, baxışları, şüurları inkişaf
etmişdir. Saymağı, hesablamağı bacarmışlar. Şəkilli yazıları ixtira etməklə incəsənətin
təməlini qoymuşlar. Dini görüşləri artmış, ilahi qüvvəyə, axirət dünyaya inanmış,
pənah aparmışlar.
Ulularımız qədim Qobustan, Abşeron, Ordubad və Kəlbəcərin qayalarına
silinməz, pozulmaz rəsmlərini yazıb-yaradıblar. Bu təsvirlərdə yazı, oxu, təlim-
tərbiyəni xatırladan səhnələr həkk ediblər. Açıq səma altında mənəvi muzey
213
yaradıblar. On minilliyi ötüb-keçən tarixin yaradıcıları, inkişaf etdirənləri olublar.
Sərt qayalar üzərində qərar tutan bu şəkil yazılar, daş kitabələr ibtidai icma quruluşu,
sinifli cəmiyyət və ilk orta əsrlərdə təlim-tərbiyənin ilkin izlərini öyrənməkdə əvəzsiz
mənbə rolunu oynayıblar[2].
İbtidai icma quruluşunun inkişaf etmiş mərhələsində daha çox bilik və
təcrübəyə malik olan insanlar irəliyə, tərəqqiyə can atmış, xoş güzəran uğrunda
mübarizə apararaq əqlin, düşüncə tərzinin, savadın gücünə arxalanmışlar. Tarixə mis
və tunc dövrü kimi daxil olan, eramızdan əvvəl V-I minillikləri əhatə edən geniş bir
dövrdə qayaların gen sinəsində, dulus məmulatları, metal əşyaları üzərində şəkil
yazıları xatırladan müxtəlif təsvirləri həkk etmiş, daha güclü təlim-tərbiyə, oxu-öyrən
dərsi keçmişlər. Bu qəbildən olan şəkil yazılar Kür-Araz, Naxçıvan, Xocalı-Gədəbəy
və digər arxeoloji mədəniyyətlərdə aşkar edilmişdir.
Eramızdan əvvəl IX əsrdən etibarən Azərbaycanın ən qədim Manna dövləti
yaranır və inkişaf edir. İlk sinifli cəmiyyətdə yaşayan mannalılar iqtisadi və mədəni
cəhətdən bir sıra üstünlüklər əldə etmişlər. Ölkədə sənətkarlıq və ticarətlə yanaşı,
mədəni sahədə də yeniliklər özünü göstərir. Bütün bu sahələrin inkişafında təhsilin
rolu danılmazdır.
Zamanın tələbinə uyğun süvari ordu hissələri yaradılır. Yeni at minənlər, ox
atanlar, qalxan gəzdirənlər, qılınc oynadanlar nəsli yetişir. Minik və qoşqu atlarından
arasıkəsilməyən müharibələrdə daha geniş miqyasda istifadə olunur. Nizami ordunun
təşkili, onun qayda və üsulları təlim-tərbiyəyə əsaslanır. Ehtimal olunur ki, bu dövrdə
dini təlimlə yanaşı, bəzi dəqiq və humanitar elmlər də tədris edilmişdir.
Eramızdan əvvəl I minilliyin əvvəllərinə aid edilən "Avesta"da Zərdüştün
həyata baxışları, dini görüşləri öz dolğun əksini tapmışdır. İki milyon misradan ibarət
214
olan və 12 min qaramal gönünə qızılla yazılan bu hikmət dünyasında Xeyirlə Şər,
həqiqətlə yalan, işıqla zülmət qarşı-qarşıya qoyulur, onların mübarizəsi əks
etdirilir(3).
Bu yeni və ibrətamizliklərlə dolu təlimdə düzlük, paklıq, təmizlik, ədalətlilik,
əməksevərlik, yurdsevərlik kimi mühüm cəhətlər ön plana çəkilir. Kimsəsizə, fəqirə,
yetimə, əlilə, zəlilə əl tutmaq, havadar olmaq kimi xeyirxah əməllər təbliğ edilir. Pak
ailə münasibətləri, qeyrət, ismət, təlim-tərbiyəyə üstünlük verilir. Riyakarlıq, yalan,
paxıllıq, qan tökmək, evlər yıxmaq, qapılar bağlamaq pislənir(4). "Avesta"da açıq-
aşkar göstərilir ki, "tərbiyə həyatın ən zəruri sütunu sayılmalıdır. Hər kəsi elə tərbiyə
etmək lazımdır ki, o, oxumağı, yazmağı" bacarmaqla ucala bilsin"[5]. "Avesta"da
uşaqların və gənclərin təlim-tərbiyəsi, dini və mənəvi tərbiyə, fiziki tərbiyə, oxu və
yazı öz əksini tapmışdır[6]. Məlumdur ki, ulu əcdadlarımız albanlar zaman-zaman
romalılara qarşı gərgin mübarizə aparmışlar. Bu cəhətdən Qobustanda Böyükdaşın sal
qayasındakı latın kitabəsi maraqlıdır. Kitabədə deyilir: "İmperator Domisianı Sezar
Avqust Germanisinin dövrü, Lütsi Yuli Maksim İldırımsürətli XII legion sentrionu".
Yazının məzmunundan tam aydın olur ki, imperator Domisianın hakimiyyəti zamanı
yeni (eramızın 81-96-cı illəri) XII Roma legionu Xəzər sahillərinə qədər gəlmişdir[7].
Çox güman ki, albanlar bu kitabəni oxumuşlar. Yəqin həmin dövrdə albanlar öz
dillərində yazmağı və oxumağı bacarırmışlar.
Şimali Azərbaycanda geniş ərazini əhatə edən Albaniyada ilk orta əsrlərdə
təlim-təhsil öz dövrünə görə xeyli inkişaf etmişdir. V əsrdə tərtib edilən alban yazısı
təhsillə bağlı bəzi mülahizələr yürütməyə imkan verir. V-VIII əsrlər alban yazısının
inkişaf etmiş dövrüdür. Bu dövrə aid alban yazısı qədim Mingəçevirdə aşkar
edilmişdir. Böyük xaçaltı daşın, bir neçə gil şamdan və bəzi dulus qablar üzərində
alban yazıları öz əksini tapmışdır. Aşkar edilmiş alban əlifbasının ayrı-ayrı
fraqmentlərinin üzərində həkk edilmiş 62 hərfi daş, qalanları isə 140 hərfi-işarədən
ibarətdir[8]. Bu kitabələrin məzmunu hələlik açılıb-öyrənilməsə də, əhəmiyyəti son
dərəcə böyükdür. Bütün bunlara baxmayaraq, o zaman Albaniyada əyan və
ruhanilərin övladlarının təhsil alması üçün xristian dini məktəbləri fəaliyyət
göstərmişdir. Alban məktəblərində təhsil ana dilində aparılaraq dini təlimlə yanaşı
coğrafiya, təbiət, nücum, fəlsəfə və digər fənlər də tədris edilmişdir[9].
Albaniyada xristianlığın yayılması alban yazısının yaranması və inkişafı
məktəblərin fəaliyyətinə müsbət təsir göstərmişdir. Bibliya və dini ədəbiyyatın yunan
dillərindən alban dilinə tərcüməsi xüsusi əhəmiyyət kəsb etmişdir[10]. Xatırladaq ki,
Aquen kilsə məclisinin qanuni qərarları V əsrdə Alban hökmdarı III Vaçaqanın
təşəbbüsü ilə yaradılmışdır. Bu qədim yazılı alban abidəsində bir sıra ciddi qanun-
qaydalarla yanaşı təlim-tərbiyə məsələləri də öz əksini tapmışdır[11]. "Alban tarixi"
və VIII əsrdə alban şairi Davdəkin elegiyası[12] o zamankı Albaniyada təhsilin
inkişafını izləməyə imkan verir.
VII əsrin əvvəllərindən etibarən Yaxın Şərqdə daha kamil, daha mütərəqqi din
olan islam dini meydana çıxmış və tədricən geniş əraziyə yayılmışdır. Yeni təşəkkül
215
tapan dinin banisi məkkəli Məhəmməd Abdulla oğlu olmuş, ona "Allahın yerdəki
elçisi, dinin və dövlətin başçısı kimi iman gətirilmişdir"[13]. Artıq VII əsrin
ortalarından islam dini Azərbaycanda da yayılır və hakim dinə çevrilir.
Məhəmməd peyğəmbərin həyatı, mübarizəsi, qələbəsi və təntənəsi əsil gör-
götür dünyası, tərbiyə məktəbidir. Onun kəlamlarında elm, tərbiyə və təhsillə bağlı
ibrətamizliklər öz əksini tapmışdır. Peyğəmbərin "Elmi beşikdən qəbrə qədər öyrənin"
kəlamında böyük hikmət var. Burada bir mətləb aşkarlanır ki, insan elmli olmaq, elm
öyrənmək üçün oxumalı, təhsil almalı, kamala yetməlidir. Təhsil alandan sonra elm
öyrənmək olar. Təhsil ala-ala elm zirvəsinə yüksəlmək olar. Deməli, təhsillə elm bir-
birini tamamlayır, vəhdət təşkil edir. Peyğəmbər savadlı olmaq üçün erkən çağlardan
oxuyub-öyrənməyi daha faydalı sayaraq "Uşaqlıqdan öyrənilən elmi daş üzərində
yazıya, ahıllıqda öyrəniləni isə su üzərində yazıya bənzədir".
Məhəmməd peyğəmbər insanlara alimlərə qayğı göstərməyi, ehtiram
bəsləməyi, onlardan öyrənməyi, məsləhət almağı tövsiyə edərək "Alimləri eşidin,
çünki onlar dünyanın çırağı, axirətin nurlarıdır" deyirdi. O, alimi əbədi bir varlıq
saymış, onu
yüksək qiymətləndirmiş, "Alim öldü, aləm öldü", "Alimin qələminin
mürəkkəbi şəhidin qanından daha müqəddəsdir", "Ömrünü elmə sərf edən insan heç
vaxt ölmür, əbədiyyətə qovuşur, əməllərdə yaşayır" kimi dəyərli fikirlər söyləmişdir.
Başqa bir kəlamında demişdir ki, "Elm Çində də olsa, onun ardınca gedin", çünki elm
sərhədsiz və hüdudsuzdur. Harada olsa, nə qədər uzaqda olsa, necə olsa, gedilməli,
öyrənilməlidir(14). Başqa bir kəlamında "Alimin məclisi cənnət bağına bənzər" və
yaxud "Mən elmin şəhəri, Əli isə onun qapısıdır" - demişdir.
Bəşərin mənəvi mədəniyyət incilərindən olan "Qurani-Kərim" hikmət aləmi,
heyrət abidəsidir. Gözlərə nur, qəlblərə fərəh bəxş edən sönməz məşəldir. Dərin məna
və məzmun kəsb edən, islam dünyasının şah əsəri sayılan "Qurani-Kərim"də tərbiyə,
təlim, təhsil, elmlə bağlı çox mətləblər, ibrətamizliklər öz əksini və geniş şərhini
tapmışdır.
"Qurani-Kərim"də cəmiyyətin ilkin özəyi sayılan ailə geniş şərh və izah edilir.
Övladın nəvazişlə böyüməsi, qayğı ilə tərbiyə olunması və layiqincə kamala
yetməsində valideynin, xüsusilə ananın xidmətləri ön plana çəkilir, yüksək
qiymətləndirilir. Bu baxımdan bir nəfərin Rəsulullaha müraciəti böyük məna kəsb
edir: "-Ya Peyğəmbər, mən kimə daha çox yaxşılıq etməliyəm? Cavab verdi: - Anana.
Həmin adam soruşdu: Sonra kimə? Peyğəmbər buyurdu: - Anana. Həmin adam yenə
soruşdu: - Sonra kimə? Peyğəmbər yenə: - Anana, - dedi. O adam bir də: Bəs sonra
kimə? soruşduqda, Rəsul-əkrəm buyurdu: - Sonra atana". Məhəmməd peyğəmbər
başqa bir kəlamda "Cənnət anaların ayaqları altındadır" - demişdir.
Peyğəmbərin bu nəsihətlərindən aydın olur ki, ana anadır, ata da ata. Hərəsinin
öz yeri, öz xidmət dairəsi, öz məsuliyyəti var. Əgər belə demək mümkünsə, biri
ürəyinin yağı, dərdinin əlacı, biri başının tacı, hünəri, arxası. Ona görə də, böyük
peyğəmbərimiz atanın danılmaz rolunu yüksək qiymətləndirir: "Ataya itaət Allaha
itaət, ataya üsyan Allaha üsyan deməkdir". Bəli, əgər belə demək mümkünsə, anasız
216
övlad yetim, atasız övlad boynuburuq, gözüqıpıqdır.
"Qurani-Kərim"də övladların böyüməsində, hərtərəfli inkişafında, əsil
vətəndaş kimi yetişməsində valideynlərin böyük və əvəzsiz rolunun olduğu qeyd
edilir. Tərbiyədə ata-anaya, qohum-əqrəbaya, ağsaqqala, ağbirçəyə, qonum-qonşuya
ehtiramla, həssaslıqla yanaşmaq məsləhət görülür. İnsanpərvər, vətənpərvər, ədəb-
ərkanlı, abırlı-həyalı, ismətli-qeyrətli olmaq tövsiyə edilir. Nəcib, nəzakətli,
mərhəmətli, rəhmli, təvazökar, xeyirxah, sədaqətli, səxavətli olmaq təlqin edilir. Dinə,
imana, düzlüyə, doğruluğa, həqiqətə, ədalətə, əqidəyə, sadiqliyə geniş yer verilir.
Əməksevər, dözümlü, mübariz insan kimi yaşamaq məsləhət görülür. Eyni zamanda
israfçılığa, tamahkarlığa, acgözlüyə, yaltaqlığa, ikiüzlüyə, bədxahlığa, həsədə, zülmə,
zülmkara, sözgəzdirənə, aravurana, satqına, paxıla qarşı barışmaz olmağa səsləyir.
VII əsrdən etibarən Azərbaycanın bir sıra bölgələrində məscidlər inşa edilir.
Məscidlərdə "Qurani-Kərim"in oxunub-öyrənilməsi və əzbərlənməsi həyata
keçirilməyə başlanır. Beləliklə, ibtidai təhsil məktəbləri yaranır. Bu məscid təhsil
ocaqlarında təlim ərəb dilində aparılır[15].
Ərəb əlifbasından istifadə ərəb dilinin və islam mədəniyyətinin geniş
yayılmasına səbəb oldu. Dini, elmi, dünyəvi xarakterli əsərlər, dövlət və şəxsi
yazışmalar ərəb dilində aparılırdı[16].
X-XII əsrlərdə azərbaycanlılar ərəb dünyasının mədəni və elmi mərkəzlərindən
olan Bağdad, Kufə, Bəsrə, Dəməşq, Qahirə və başqa şəhərlərdə təhsil almağa
başladılar. Bu zəmində Azərbaycanın Ərdəbil, Marağa, Təbriz və Şam şəhərlərində də
mədəni mərkəzlər yaranır[17]. Azərbaycanda dini təlimlərlə yanaşı ədəbiyyat,
hüquqşünaslıq, fəlsəfə, məntiq, təbiətşünaslıq, riyaziyyat, astronomiya,
kimya fənləri
tədris olundu, elm inkişaf etdi[18].
Bu dövrdə hüquq məktəblərinin böyük əksəriyyətində azərbaycanlılar fəaliyyət
göstərmiş, sayılmış, seçilmişlər. X-XI əsrlərdə Əbubəkr Məhəmməd ibn Abdulla əl-
Əhəri, Əbusəid Əhməd ibn Hüseyn əl-Bərdəi, Yaqub ibn Musa əl-Ərdəbili geniş
ərazidə hüquqşünaslar kimi tanınmışlar[19]. X əsrdə yaşayan Əbubəkr Əhməd ibn
Harun əl-Bərdic yaradıcılığını dini ideologiya məsələlərinə həsr etmiş və bu sahədə
böyük nüfuz qazanmışdır. Bərdinc bir sıra dəyərli əsərlərin müəllifi kimi tanınır. Onu
"axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından" olduğunu
bildirmiş, "müsəlman hüququnu dərindən bilən alim" adlandırmışlar(20). X əsrin alim
və mütəfəkkirləri fəlsəfə elminin inkişafında xüsusi xidmətlər göstərmişlər. "Saflıq
qardaşları" cəmiyyətində azərbaycanlı filosof Əbdülhəsən Əzzəncaninin xidmətləri
daha böyük olmuşdur. Xilafətin dağılmasından bir qədər sonra iqtisadi və mədəni
dirçəliş özünü aşkar büruzə vermişdir. Bu zaman Azərbaycan fəlsəfi fikir tarixinin
inkişafına Xətib Təbrizi, Qətran Təbrizi, Baba Kuhi Bakuvi öz zəngin yaradıcılıqları
ilə təsir göstərmişlər[21].
X əsrdən Azərbaycanda mədəniyyətin tərəqqi dövrü başlayır. Yeni yaranan
mədrəsələrdə dini təhsil, ədəbiyyat, hüquq, məntiq, fəlsəfə və digər humanitar
elmlərlə bərabər, memarlıq, riyaziyyat, astronomiya, kimya, tibb, coğrafiya elmləri də
217
tədris edilir. Qiymətli əsərlər meydana çıxır, görkəmli alimlər nəsli yetişirdi.
Öz dərin köklərilə ilk sinifli cəmiyyətlə səsləşən və artıq VII əsrdən
formalaşan "Kitabi-Dədə Qorqud" türk dünyasının ən möhtəşəm abidələrindəndir. Bu
ölməz sənət incisi xalq pedaqogikası baxımından dərin məna və məzmun kəsb edir,
təlim-tərbiyə məsələlərinin öyrənilməsində əvəzsiz xəzinə rolunu oynayır.
Dastanda əxlaqi tərbiyənin tərkib hissəsi olan vətənpərvərlik problemi ən
əsaslardan sayılır. Gənc nəslə, vətənə dərin məhəbbət bəsləmək, onu göz bəbəyi kimi
qorumaq, bu yolda qurban kəsmək məsləhət görülür. Müqəddəs vətən torpağını, onun
əsrarəngiz gözəlliyini, dalğalarını, daşlarını, qalalarını, çaylarını, şır-şır bulaqlarını
sevmək, qorumaq öyrədilir. Vətənin oğul və qızları qəhrəmanlığa səslənilir. Vətənlə
qəhrəmanlıq vəhdət təşkil edir, ayrılmazlıq, yenilməzlik rəmzinə çevrilir. Dastanda
Qaraca çobanın Qazan xana: "İki qardaşım şəhid oldu, üç yüz kafir öldürdüm, üç
yerdən yaralandım, tək qaldım, ancaq sənin bir arıq toğlunu da düşmənə vermədim.
İndi qonur atı, qalxanını, polad qılıncını, ox və yayını mənə ver ki, düşmənin üstünə
gedib onu öldürüm və sənin uğrunda ölüm, - deməsi buna parlaq misaldır[22].
Türklərin "Vətənin qara torpağı da kəfəndir", "Vətən üçün əziləni vətən əzizlər",
"Vətənsiz ölən kəfənsiz ölər"[23] kimi müdrik kəlamları əsil vətənpərvərlik,
qəhrəmanlıq nümunəsidir, güclü təlim, təsirli tərbiyə məktəbidir.
"Kitabi-Dədə Qorqud"da valideynin övlada məhəbbətinə, onun sağlam və
tərbiyəli böyüməsinə geniş yer verilir. Yüksək insani hiss, vəfalı olmaq, qeyrətlə,
namusla ömür sürmək təlqin edilir. Qızlarımıza ismətli olmaq, ərə arxa durmaq, dar
gündə at minmək, qılınc oynatmaq, düşməndən qisas almaq kimi keyfiyyətlər aşılanır.
Dosta ilqar verən, qonşuya kömək duran, doğru-düzgün, mənən pak, təmiz, sədaqətli,
səxavətli, mübariz, cəsur, əməksevər olmaq tərbiyə edilir, "zəhmət çəkməyənin
yaşayışı yoxdur" - deyilir. Bütün bu mənəvi zənginliklər tərbiyə məktəbi, gör-götür,
öyrən, öyrət dünyası kimi səciyyələnir.
Azərbaycanın müxtəliftipli epiqrafik abidələrində Şeyx Pir Hüseyn, Şeyx Tahir
Tac əl-Hüda Mərdəkani, Şeyx Əbubəkr, Şeyx Babi Yaqub kimi geniş ərazidə tanınan
alim-şeyxlərin adlarının çəkilməsi böyük maraq doğurur. Digər daş kitabələrdə
rəssamların, xəttatların, memarların adlarının verilməsi sənətin, elmin, mədəniyyətin
yüksək səviyyəsindən xəbər verir[24].
XI-XII əsrlərdə Şərq aləmində olduğu kimi, Azərbaycanda da elm və mənəvi
mədəniyyətin digər sahələrində böyük canlanma və diqqətəlayiq inkişaf olmuşdur. Bu
irəliləyiş Bakı, Şamaxı, Beyləqan, Təbriz, Gəncə, Naxçıvan və digər şəhərlərdə özünü
daha qabarıq şəkildə göstərmişdir. Ədəbiyyat, fəlsəfə, hüquq, tarix, riyaziyyat,
təbabət, astronomiya, coğrafiya və başqa elm sahələrində dünya şöhrətli alimlər yazıb
yaratmışlar[25].
XII əsrin böyük Azərbaycan şairi Xaqaninin əsərlərində tərbiyə, təhsil və elmlə
bağlı xeyli maraqlı fikirlər vardır. O, dərin təhsil almağı, elm, hikmət və müdrikliyi
hər şeydən üstün tutur. Xaqani tərbiyədə valideynin rolunu xüsusi qiymətləndirir:
Anasından küsən körpə bir uşaq,
218
Ana qucağında yer tapar ancaq.
Şair vətəni ana ilə eyniləşdirir: "Şirvan ki var, ülviyyətin anasıdır" adlandırır.
Vətəni sevməyi, onu qorumağı, qoynunda qərar tutmağı xoşbəxtlik sayır:
Vətən həsrətiylə töküb göz yaşı,
"Ah, Vətən" deyirəm mən hər sözbaşı.
Zəhmətə qatlaşmağı, daim çalışmağı, torpağın qədrini bilməyi, ondan
istifadəni məsləhət görür:
Həyatın beşiyi olmuş bu torpaq,
Torpaqda doğulmuş mənalar ancaq.
Xəqani gənc nəslə sadə, səmimi olmağı, zalıma, zülmə, namərdə, hiyləgərə,
aravurana, sözgəzdirənə, paxıla, acgözə qarşı barışmaz, amansız olmağı məsləhət
bilir[26].
Dahi Nizamidən bəhs edən Y.Bertels yazır: "Nizami öz dövrünün biliklərinin
bütün mövzusuna sahib idi. Fəlsəfi ədəbiyyatla, astronomiya və astrologiya ilə,
coğrafiya və kosmoqonik ədəbiyyatla, müəyyən dərəcədə riyaziyyat, fizika və kimya
ilə tanış olmuşdu".
Nizaminin "Xəmsə"sində ailə, valideyn, övlad münasibətləri haqda maraqlı
mülahizələr istənilən qədərdir. Valideynin övladına göstərdiyi qayğı, çəkdiyi cəfa
yalnız balasını fiziki cəhətdən sağlam, əqli cəhətdən yetkin, kamil və xoşbəxt
görməkdir. Onun arzusu, əməllərilə sevinməkdir.
Oğul, sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz.
...Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Nizami insanları kamil təhsil almağa, hərtərəfli biliyə sahib olmağa, dünyadan,
dünya elmindən xəbərdar olmağa səsləyir:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət.
Nizami əsərlərində gənclərə ağıllı, zəkalı, tərbiyəli, tədbirli, əməksevər,
nəzakətli, ehtiramlı olmağı təlqin edir, onlara vətənpərvərlik, qəhrəmanlıq ruhunda
tərbiyələnməyi öyrədir[27].
Nizami müəllimə yüksək qiymət verir, onu tərbiyəçi, insan qəlbinə yol tapan
işıqlı bir qüvvə sayır. Nizami belə hesab edir ki, "müəllim özünün dərin biliyi, yüksək
mənəviyyatı, əxlaqı ilə seçilməlidir. Onun təsvir etdiyi müəllimlər yüksək ağıl kamal
sahibi, gözəl mənəviyyat timsalıdırlar, ensiklopedik bilikləri ilə zəmanənin adamlarını
heyran qoymuşlar" [28].
Bu dövrdə yaşayıb-yaradan görkəmli alimlər nəsli yetişmişdir. Tanınmış təbib
və filosof, şamaxılı Kafiəddin Ömər ibn-Osman Məlhəm kəndində "Tibb mədrəsəsi"
adlı müalicə ocağı açmışdır. "Şirvanın şərəfi", "həkimlərin şan-şöhrətlisi'' Mahmud
219
Xoca Rəşidəddinin tibb sahəsindəki xidmətləri əvəzsizdir. Görkəmli
təbib
Mühzəbəddin Təbrizinin "Əl-Muxtar" və "Kitabi tibb əl-Cəlali" əsərləri
diqqətəlayiqdir. Müalicə həkimi Əkmələddin Naxçıvanini "həkimlərin ağası, dünya
həkimlərinin rəisi" kimi qələmə vermişlər[29]. Əbuhəsən Ərdəbilli, Seyid Bərdə
Həkim Təbrizi, Fəxrəddin Naxçıvani, Şəmsəddin Təbib və başqaları zəmanəsinin
tanınmış təbibləri olmuşlar[30].
Zəmanəsinin görkəmli alimlərindən biri, heç şübhəsiz, Xətib Təbrizidir. Qırx il
elmi-pedoqoji fəaliyyətlə məşğul olan böyük Azərbaycan alimi, şairi Xətib Təbrizi
Şərq xalqlarının mədəniyyətinə, ədəbiyyat, dilçilik, etnoqrafiya və və folkloruna dair
əsərlərin müəllifidir. XII əsrdə Əbülfəzl Hübeyş əl-Tiflisi ərəb-fars izahlı lüğətini
tərtib etmişdir.
XI-XII əsrlərdə fəlsəfə elmi də dövrünə görə yüksək inkişaf səviyyəsinə
çatmışdır. XI əsrdə Azərbaycanın böyük mütəfəkkir filosofu İbn Sinanın yetirməsi
Bəhmənyardır. Onun "Mövcudatın mərtəbələri", "Metafizika", "Gözəllik və
xoşbəxtlik" kimi əsərləri bütün Şərqdə yayılmışdır[31].
XI-XII əsrlərdə bir sıra mədrəsələrin açılması və bu məqsədlə binaların
tikilməsi qeyd edilir. Xoyda tikilən əl-Fərəc əl-Xuveyyi mədrəsəsi, Marağada açılan
Əhmədağa mədrəsəsi, "Atabəkriyyə" və "əl-Qadi" mədrəsələrini göstərmək olar. O da
maraqlıdır ki, Bağdadda 1066-cı ildə açılan "Nizamiyyə" mədrəsəsi bütün Şərqdə
şöhrət qazanmış, "ilk universitet" adlanmışdır. Bu əvəzsiz təhsil və elm ocağında
azərbaycanlı alimlər dərs almış, dərs demişlər.
XIII-XV əsrlərdə Azərbaycanda təhsil və elm xeyli inkişaf etmiş, yeni
məktəblər, mədrəsələr və ali təhsil ocaqları təsis edilmişdir. Məktəblərdə ibtidai təhsil,
mədrəsələrdə orta təhsil verilirdi. Mədrəsələrdə dini təlimlə yanaşı, humanitar və
dəqiq elmlər də tədris edilirdi. Həmin əsrlərdə Təbrizdə "Yazaniyyə", "Fələkiyyə",
"Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Nəsriyyə" və digər mədrəsələrdə
gənclər kamil təhsil alırdı. Bakıda "Şah məscidi" yanında mədrəsə, "Seyid Yəhya"
mədrəsəsi və başqaları da qabaqcıl təhsil ocaqları sayılırdı[32].
Bu dövrdə orta təhsillə yanaşı, geniş ərazidə tanınmış ali təhsil müəssisələrinin
də fəaliyyət göstərdiyi xəbər verilir. Təbrizdə "Rəbi-Rəşididə" darülfünunu Yaxın və
Orta Şərqin ən böyük təhsil ocağı idi. Bu ali məktəbdə 7 min tələbə təhsil alırdı.
Burada Çin, Hindistan, Misir və Suriyadan dəvət olunmuş 500 nəfər alim tədris işilə
yanaşı, həm də əhalinin müalicəsilə məşğul olmuşlar. Darülfünunda təbiətşünaslıq,
fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat şöbələri fəaliyyət göstərirdi. Bu
müəssisə həm də zəngin kitabxanası ilə də sayılır, seçilirdi. Tədris ərəb, fars və
Azərbaycan dillərində aparılırdı[33].
Azərbaycanlılar təhsil almış, kamala yetmişlər, öyrənmiş, öyrətmişlər.
Fərəhlidir ki, "Nizamiyyə"də həm də böyük alimlərimiz müxtəlif vaxtlarda dərs
demiş, elmi fəaliyyətlə məşğul olmuşlar. Onlardan Xətib Təbrizi, Fəxrəddin Əbülfəzl,
İsmayıl ibn əl-Musənna ət-Təbrizi, Əbülfəzl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-
Ərdəbili, Əminəddin Müzəffər ibn Əbu Məhəmməd ibn İsmayıl ibn Əli-ət Təbrizi,
220
Tacəddin Əbul Fəzail, Məhəmməd ibn əl-Hüseyn ibn Abdulla əl-Urməvi, Ömər ibn
Osman ibn Siəyb əl-Gənci, Qavaməddin Əbu Nəsr Yunis ibn Mənsur ibn İbrahim əl-
Şirvani, Səfiəddin Əbdül Mömin ibn Yusif ibn Fakir əl-Urməvi və başqalarını
göstərmək olar[34].
Azərbaycanda elm tarixinin öyrənilməsində Nəsirəddin Tusinin yaradıcılığı
əvəzsiz mənbə, tükənməz xəzinədir. O bu sahədə dahilik, dühalıq şöhrəti qazanmış
parlaq simadır.
Alimin
kamal
dünyasıyla
tanış
olduqda aydın görünür ki, o, böyük zəka
sahib idi, dərin müşahidə qabiliyyətinə və
ensiklopedik biliyə malikdi. Astronomdu,
riyaziyyatçıydı, iqtisadçıydı, hüquqşünasdı,
mineroloqdu, ədəbiyyatşünasdı, təbiətşünasdı,
musiqişünasdı, məntiq, etika, ilahiyyat
tədqiqatçısıydı(35).
XIII əsrdə yaşayan Nəsirəddin Tusinin
xidmətləri yüksək qiymətləndirilərək o,
"Millətin və dövlətin köməkçisi", "Ana-
zaman doğmuş yeganə adam", "Dövlətin və
dinin köməkçisi", "Fəzl ölkəsinin padşahı",
"Hünər asimanı", "Yerin günəşi", "Dahi
Mövlanə",
"Bəşər
nəslinin
müəllimi",
"Müdriklərin sultanı", "Son dövrün ləyaqətli
xadimi", "Dövlətin əsil arxası", "Şeyxi əzəm"
kimi şərəflərə layiq görülmüşdür[36], Heç
şübhəsiz, Azərbaycanın böyük alimi Xacə
Nəsirəddin Tusinin zəngin və çoxsahəli
yaradıcılığında təlim-tərbiyə məsələləri və
elm haqqında son dərəcə qiymətli fikirləri dünyaya məlumdur. Xüsusilə onun 1259-cu
ildə yaratdığı və rəhbərlik etdiyi Marağa rəsədxanası təkcə Azərbaycanda deyil, həm
də Yaxın və Orta Şərqdə geniş şöhrət tapmışdır. Dövrünün böyük və bənzərsiz elm
mərkəzi olan bu təhsil ocağı "Rəsəd dağı"nın münasib yerində inşa edilmişdir[37].
Bu elm və təhsil ocağında yerli gənclərlə yanaşı, xaricdən gələn tələbələr də
təhsil almışlar. Eyni zamanda dünyanın bir sıra ölkələrindən dəvət olunmuş alimlər
burada dərs demiş, elmi araşdırmalar aparmışlar. Onlardan Möhməddin Məğribini,
Hüsməddin Şamanini, Şeyx Kamalı, Mahmud Nəcməddin Usturlabini, İsa
Monqolu, Tacəddin Əli Nəşşaşini, Nəsrəddin bin Tolayibini, Səlahəddin əz-Zeydi
Buxarini, Çinli Fo Minrini və başqalarını göstərmək olar.
Nəsirəddin Tusinin bilavasitə rəhbərliyi altında elm və təhsillə bağlı bir sıra
qiymətli kitablar yunancadan ərəb və fars dillərinə tərcümə edilərək geniş istifadə
edilirdi(38) Bu əvəzsiz təşəbbüs dövrün
tələbindən irəli gəlirdi. Yunan dilini
221
bilməyənlər tərcümə vasitəsilə hərtərəfli biliyə və geniş dünyagörüşə sahib olurdular.
Eyni zamanda tədqiqatçılar öz araşdırmalarında bu mənbədən faydalanırdılar. Alimin
bəzi əsərləri həm də tədris vəsaiti kimi geniş istifadə olunmuşdur. Bəzən haqlı olaraq
zəmanəsinin akademiyası adlandırılan bu rəsədxananın zəngin kitabxanası elmin və
təhsilin inkişafına xidmət etmişdir.
Böyük elm təşkilatçısı, təhsil carçısı
Nəsirəddin Tusinin "Əxlaqi-nasiri" əsəri
hikmət, gör-götür dünyasıdır, ibrətamizliklə
dolu tərbiyə məktəbidir[39].
Bu əsərdə uşağın dünyaya gəldiyi
gündən başlayaraq onun təlim və tərbiyəsi ilə
bağlı məsələlər ön plana çəkilir, bu sahədə
təsvirlər, həyati məsləhətlər təqdim edilir.
Alim belə bir fikir irəli sürür ki, "Uşaq
süddən ayrıldıqdan sonra hələ əxlaqı
korlanmağa vaxt tapmamış onu tərbiyə
etməyə, nizam-intizama öyrətməyə başlamaq
lazımdır"[40]. Deməli, uşağın tərbiyəsi
beşikdən başlayır.
N.Tusinin yazdığına görə, "uşağı
mehribanlıq
və
məhəbbət
doğuran
kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə
ağıla, şüura, idraka təsir edən başa salmaq
yolu ilə..."[41]. Sonrakı mərhələdə isə
"...adət-ənənə, davranış qaydaları, dini
vəzifələri öyrətmək, onları yerinə yetirməyə təhrik etmək, tabe olmadıqda tənbeh
etmək, xeyirli işləri onun yanında tərifləmək, zərərli şeyləri pisləmək
məsləhətdir"[42].
Böyük alim və tərbiyəçi Nəsirəddin Tusi yazır: "...uşağı körpəlikdən tərbiyə
etmək lazımdır. Sonra dərs öyrətməyə, təlimə başlarlar, hikmətli kəlamlar, tərbiyəvi
şerlər əzbərlədərlər ki, öyrənmək istədikləri şeylər yadında qalsın, mənasını
unutmasın"[43].
"Əxlaqi-Nasiri"də göstərilir ki, uşaqda xoşagələn bir cəhət olduqda onu
tərifləmək lazımdır. Xoşa gəlməyən hərəkətlərə görə hər dəfə danlamaq, qaxınc,
töhmət etmək də düzgün sayılmır. Çox yemək, çox yatmaq, çox danışmaq və şit
zarafatlardan çəkindirmək tövsiyə edilir. Təmiz, səliqəli geyinmək məsləhət görülür.
Əsərdə daha sonra göstərilir ki, uşağa az danışmağı, böyüklərə qulaq asıb öyrənməyi,
soruşanda "bəli" deməyi, xoşagələn, gözəl, xoş kəlamlar işlətməyi öyrətmək lazımdır.
"O özünə, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət
etməlidir"[44].
Nəsirəddin Tusi göstərir ki, "Ata-anaya, müəllimə itaət etməyi, onlara həmişə
222
böyük hörmət gözü ilə baxıb, onlardan qorxmağı təlqin etmək lazımdır; bu adət hamı
üçün yaxşıdır, cavanlar üçün isə daha gözəldir"[45]. Böyük müəllim Nəsirəddin Tusi
uşaqların meyil-marağını öyrənərək onları hansı sənət sahələrinə yönəltməyin, bu
barədə əvvəlcədən ciddi işlər aparmağın yollarını göstərir. O qeyd edir ki, "Elm
dalısınca getsə, dediyimiz kimi, əvvəlcə tədricən əxlaq dərsi vermək, sonra isə hikmət
nəzəriyyəsinə keçmək lazımdır ki, uşaqlar da əzbərləmə və təlqinetmə yolu ilə əldə
etdikləri biliklərin mənasını anlasın, özü də bilmədən qazanmış olduğu səadətin nə
qədər böyük olduğun başa düşsün, böyüklərinə təşəkkür etsin, özü sevinsin"[46].
Nəsirəddin Tusinin elm, təhsil və tərbiyənin müxtəlif sahələrinə aid başqa
əsərlərində də qiymətli məlumatlar vardır. Onun bu kamal dünyasından sonra gələn
əsrlərindən də təlim-tərbiyədə geniş istifadə edilmişdir. Hal-hazırda da onun əsərləri
elmlə, təhsillə məşğul olanların əvəzsiz xəzinəsi sayılır.
Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf,
bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə
"Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx
Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət
göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur.
Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi
məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı
mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi[47].
Şübhəsiz, bu dövrün ali məktəbləri arasında Təbrizdəki Darülfünun Yaxın və
Orta Şərqdə ən böyük və məşhur idi. XIV əsrdə fəaliyyət göstərən bu təhsil ocağında
7 min tələbə təhsil alır, bilik öyrənirdi. Çin, Hindistan, Misir və Suriya ölkələrindən
223
50 nəfər tanınmış alim burada qızğın fəaliyyət
göstərir, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul
olurdu. Darülfünunda təbiətşünaslıq, fəlsəfə,
tarix, təbabət, nücum, məntiq və ilahiyyat
şöbələri fəaliyyət göstərirdi. Buradakı bilik
xəzinəsi sayılan kitabxanalarda elmin müxtəlif
sahələrinə
aid
60
min
nüsxə
kitab
saxlanılırdı[48].
XIV yüzilliyin əvvəllərində Nəsirəddin
Tusi rəsədxanasının güclü təsiri nəticəsində
Şəhri-Qazanda yeni bir rəsədxana inşa edilmiş və
fəaliyyətə başlamışdır. Bu elm mərkəzi təkcə
görkəmli mütəxəssislərlə deyil, həm də lazım
olan müxtəlif cihazlarla təmin edilmişdi[49].
Musiqi
mədəniyyəti
tarixinin
öyrənilməsində XIII əsrin musiqişünas alimi
Səfiəddin Ürməvi və XIV əsrdə yaşayan
musiqişünas və mahir ifaçı Əbdülqadir
Marağinin əsərlərinin musiqi tariximizin öyrənilməsi üçün əhəmiyyəti danılmazdır.
XIII əsrdə görkəmli alim, filosof və əczaçı Mahmud ibn İlyas "Tibb elmi" və
"Müalicə elmi haqqında kitab" əsərlərini yazmışdır. Ərdəbilli həkim Sədi Ərdəbilinin
və Şirvanlı Şükrullahın tibb sahəsindəki fəaliyyətləri xüsusi qeyd edilməlidir.
Riyaziyyat sahəsində "Hesab kitabı"nın müəllifi Übeyd Təbrizi, Şeyx Abdulla
224
Şəbüstəri və Məhəmməd Təbrizinin irsi böyük əhəmiyyət kəsb etmişdir[50].
Zəmanəsinin görkəmli alimi və müəllimi Cəlaləddin Məhəmməd Dəvvani
fəlsəfə və tarix elmi sahəsində zəngin irs qoymuşdur. Onun əxlaq məsələlərinə həsr
etdiyi "Əxlaqi-cəlali" əsərindən Yaxın və Orta Şərqdə geniş istifadə edilmişdir.
Təbrizdə Nəsriyyə mədrəsəsində dərs deməsi də məlumdur[51].
XIV əsrdə tarixçilər tərəfindən qələmə alınmış "Cami ət-təvarix" çoxcildlik
tarix əsəri dünyəvi əhəmiyyət kəsb etmişdir. Bu dövrdə yaşamış tarixçi Məhəmməd
ibn-Hinduşah Naxçıvaninin "Dəstur əl-kitab" əsərində Azərbaycanın tarixilə bağlı
qiymətli fikirlər öz əksini tapmışdır. Görkəmli tarixçi və coğrafiyaşünas Həmdullah
Qəzvininin "Tarixi-qozide" və "Nüzhət əl-qülub" əsərləri müəllifə daha çox şöhrət
gətirmişdir. Tarixçi və coğrafiyaşünas Əbdürrəşid Bakuviyə "Əsərlərin xülasəsi" əsəri
daha çox şöhrət gətirmişdir. Əsərdə əsasən Azərbaycanın şəhərləri və tarixi
abidələrindən söhbət açılır[52].
Heç şübhəsiz, XIII-XV əsrlərdə ədəbiyyat sahəsində də böyük işlər görülmüş,
əvəzsiz irs qoymuş məşhur sənətkarlar yetişmişlər. Lakin XIV əsrdə yaşamış
Şəmsəddin Hacı Məhəmməd Əssar Təbrizinin irsi elm və pedaqoji baxımdan daha
böyük maraq doğurur. Mahir söz ustası eyni zamanda riyaziyyat və astronomiya
elmləri ilə yaxından məşğul olmuşdur. Əssar Təbrizinin "Mehr və müştəri"
poemasında elm, təhsil, təlim, müəllim, tərbiyə, məktəb və hərtərəfli inkişaf etmiş
şəxsiyyət barəsində son dərəcə qiymətli mülahizələr öz əksini tapmışdır[53]:
.... Hər ikisi təlim aldı bir cərgədə mehriban,
Öyrəndilər hər bir elmi bir ruh kimi iki can.
XIII-XIV əsrin parlaq simalarından biri də şeir-sənət sahibi, elm və təhsillə
bağlı müdrik kəlamlar müəllifi Marağalı Əhvədidir. Özünün mənəvi irsində xüsusi
mərhələ təşkil edən "Cami-cam" məsnəvisində əvvəlcə məscid, mədrəsə, xanəgah və
kainatın mənşəyi barədə fikirlərini söyləyir. İnsan haqqında mülahizələrində insanı
Tanrının payı sayır, onun daha qüdrətli, kamil, dərin zəka sahibi olduğunu vurğulayır.
Şərabın, sərxoşluğun, israfçılığın zərərli olduğunu söyləyir, övladın tərbiyə edilməsi
məsələlərinə toxunur[54]. Əsərdə elmlə bağlı daha geniş fikirlər söylənir. Şair belə
hesab edir ki, insanı göylərə ucaldan bilik can quşunun qanadlarıdır. Bilik həyatdır,
insana qol-qanad verəndir. Elm ağılın işığı, bilik nurudur. Elm insana cəsarət, hünər,
inam, iradə bəxş edər. Bilik insanları göylərə ucaldar, nadanları, savadsızları quyuya
salar, kor edər, zülmətdə yandırar. O, əvəzsiz dövlət olan elmi hər şeydən uca tutur,
dünyanın dərkini bilikdə axtarır[55].
XIV əsrdə yaşayan Fəzlullah Nəimi hürufilik təliminin banisi və zəmanəsinin
müdrik şəxsiyyəti olmuşdur. Nəimi hürufiliyin əsas məqsəd və müddəalarını özünün
bir sıra əsərlərində işıqlandırmışdır. Onun "Məhəbbətnamə", "Cavidane-kəbir",
"Ərşnamə" traktatlarında bu məsələyə geniş yer ayrılmışdır. "Nəiminin təliminin
səciyyəvi xüsusiyyəti dünyanın panteist idrakı sisteminə yeni ünsürün-hərfin daxil
edilməsidir. Hürufilər yazını, nitqi və təfəkkürü ifadə edən hərfləri Allah, dünya və
insanla eyniləşdirirlər"[56].
225
XIV-XV yüzilliklərdə yaşayıb-yaradan böyük Azərbaycan mütəfəkkiri
İmadəddin Nəsimi hürufiliyin geniş ərazidə yayılması və təşəkkül tapmasında xüsusi
xidmət göstərmişdir[57]. Şairin fəlsəfəsinin məqsəd və məramının əsasını insan təşkil
edir. O, insana ülvi varlıq kimi baxır, kainatın yaradıcısı sayır. Alim belə hesab edir
ki, insan "əzəlidir, nəhayətsizdir. O, həyatın və ölümün mənbəyidir". Nəsimi məslək,
amal uğrunda insanları mübarizəyə, qələbələrə səsləyir. İnsanı bütün canlılardan uca,
dünyanın yaradıcısı sayır. Onun hər bir varlıqdan yüksək, yenilməz bir qüvvə, aliliyin,
aqilliyin, gözəlliyin, cəsarət və hünərin timsalı olduğunu qeyd edir.
XVI əsrdə yaşamış böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin zəngin irsi xalqımıza başucalığı gətirmiş, onu dünyada tanıtdırmışdı.
Füzulinin ərəb, fars və Azərbaycan dillərində qələmə aldığı əsərlərində təlim-tərbiyə
ilə bağlı çox mətləblər aşkarlanır, nəsihətlər verilir, onun mənəvi dünyasında insan
yer üzünün əşrəfi, hər şeyə qalib gələn qadir qüvvə sayılır. Füzuli əxlaqi saflığı, ailə
münasibətlərində böyük-kiçiyə hörməti, valideynə sonsuz məhəbbəti və qayğı
göstərməyi məsləhət bilir[58].
Şair ailə və müəllim tərbiyəsinin, tədrisin kamil insanın yetişməsində rolunu
yüksək qiymətləndirir. Böyük mütəfəkkir Füzuli təlim-tərbiyə məsələləri ilə yanaşı,
böyük filosofdu, musiqişünasdı, elm fədaisidi, təbabət, astronomiya, fəlsəfə və digər
elmlər sahəsində qiymətli fikirlərin müəllifidir[59].
Nizami və Füzuli dühasına yüksək qiymət verən ulu öndərimiz Heydər Əliyev
yazır: "...Bizim mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz Nizamidən, Füzulidən
danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünya mədəniyyətinə,
dünya elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq"[60].
XVI-XVII əsrlərdə mədəniyyətlə yanaşı təhsil, elm və başqa mənəvi sahələr
inkişaf etmiş, bir sıra görkəmli alimlər fəaliyyət göstərmiş, zəngin irs qoymuşlar. Bu
baxımdan böyük dövlət başçısı, uzaqgörən diplomat, görkəmli sərkərdə, şair və
mədəniyyət carçısı I Şah İsmayılın əməlləri və arzuları diqqətəlayiqdir. O, Marağa
rəsədxanasının yenidən bərpası və fəaliyyətə başlaması haqda göstəriş verdi. Bu
təşəbbüs böyük dövlət başçısının elmə və təhsilə qayğısının təzahürü kimi
qiymətləndirilməlidir. Lakin onun ölümü bu işi yarımçıq qoyur. 1611-ci ildə I Şah
Abbasın əmri ilə tarixçi Cəlaləddin Məhəmməd Münəccim Yəzdi, riyaziyyatçı və
astronom Şeyx Bahəddin Amili, Mövlana Əlirza Təbrizi Marağa rəsədxanasının
bərpasının layihəsini hökmdara təqdim etdilər[61].
I Şah İsmayıl Xətayi yaradıcılığında ilk tərbiyəçi olan anaya yüksək qiymət
verir, onu övlada tərbiyəçi, cahana zinət bilir. Ana dilinin zənginliyini, hikmətini
göstərir, onu dövlət dili səviyyəsinə qaldırır. İnsanda fiziki sağlamlığı, mənəvi saflığı
yüksək qiymətləndirir. Şair insanı dönməz, şücaətli, məğrur, əyilməz, əqidəli, iradəli
olmağa səsləyir.
XVI əsrdə bir sıra elm sahələrini inkişaf etdirən alimlər nəsli yetişmişdir.
Riyaziyyat elminə dair Şeyx Abdulla Şəbüstərizadənin "Məaric dəf heyət", "Riyazi-
rizvan", "Kitabi-meyar", "Rissaleyi qövsi-qüzeh" və başqa əsərlərini göstərmək olar.
226
Təbrizli Seyid Əhməd Lələvinin məntiq, dilçilik, ədəbiyyat və riyaziyyat elmlərinə
dair qiymətli əsərləri vardır[62].
XVI-XVIII əsr alimləri sırasında ensiklopediyaçı Məhəmmədhüseyn Xələf
oğlu Təbrizinin xidmətləri daha çox nəzəri cəlb edir. Alim Hindistanda yaşayarkən
"Bürhani-qate" lüğətini hazırlamışdır. Bu geniş əhatəli lüğətdən Şərqin bir sıra
ölkələrində istifadə edilmişdir. Azərbaycanın görkəmli filosofu Yusif Məhəmmədcan
oğlu Qarabağinin fəlsəfə və hüquq elmlərinə dair əsərləri Orta Asiyada qiymətli dərs
vəsaiti kimi istifadə edilmişdir. Göstərilən dövrdə bir sıra görkəmli tarixçilər nəsli
yetişmişdir. Onlardan Həsənbəy Rumlunun oncildlik tarix əsərini göstərmək olar.
Onun əsərlərində dövrünün tarixi daha geniş şərh edilmişdir. Səfəvilərin tarixinə aid 3
cildlik əsərin müəllifi Fəzli Zeynalabdin oğludur. XVII əsrin görkəmli tarixçisi
İskəndər bəy Münşinin "Abbasın dünyanı bəzəyən tarixi"ndə Azərbaycanın tarixinə
dair zəngin məlumatlar vardır[63].
XVI-XVII əsrlərdə elmlə yanaşı təhsil də inkişaf etmiş, bir sıra yeniliklər baş
vermişdir. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də təlim-təhsil məsələlərinə din
xadimləri rəhbərlik edirdi. Tələbələr yenə də məscidlərdə, şəxsi evlərdə təşkil edilən
məktəb və mədrəsələrdə təhsil alırdılar. Uşaqlar əvvəlcə ana dilində, yuxarı siniflərdə
isə ərəb və fars dillərində təhsillərini davam etdirirdilər. Əlifbanı tamam- kamal
öyrəndikdən sonra "Quran"ı əzbərləyirdilər. Təhsil ocaqlarında ilahiyyat dərsi geniş
tədris edilsə də, ictimai və təbiət elmləri də keçilirdi. Eyni zamanda astronomiya və
riyaziyyat elmlərinin tədris edilməsi barədə də xəbər verilir[64].
XVIII əsrdə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə, Şamaxıda 40-a
qədər məktəb və 7 mədrəsə, Ərdəbildə Şeyx Səfi məqbərəsində xüsusi mədrəsə
fəaliyyət göstərmişdir.
Zəngin və hərtərəfli bilik almaqda, geniş dünyagörüşün formalaşmasında
kitabxanaların rolu əvəzsizdir. Bu ocaq əsrlərcə bilik xəzinəsi sayılmış, oxu-öyrən
mənbəyinə çevrilmişdir. Bu dövrdə Azərbaycanda kitabxanaçılıq işində də xeyli
irəliləyiş nəzərə çarpır. Təbrizin, Ərdəbilin, Şamaxının, Bakının, Gəncənin,
Marağanın zəngin kitabxanaları Şərqdə məşhur olmuşdur. Bu kitabxanalarda müxtəlif
sahələrə dair minlərlə kitablar toplamış çoxlu kitabxanaçılar fəaliyyət
göstərmişlər[65].
XVIII-XlX əsrin hüdudlarında Azərbaycanın daxili və xarici vəziyyəti
dözülməz idi. Geniş ərazini əhatə edən Azərbaycan bir sıra xırda feodal dövlətlərinə
parçalandı[66]. Ölkədəki feodal pərakəndəliyi, xanlıqlar arasında baş verən
müharibələr əhalinin güzəranını yaman günə qoymuşdu. Cənubi Qafqaza sahib olmaq
üçün çar Rusiyası istilaçı planlar hazırlayır və həyata keçirməyə çalışırdı. Böyük
strateji əraziyə və zəngin sərvətlərə malik olan Azərbaycan daha böyük əhəmiyyət
kəsb edirdi. Bu torpaqlara sahib olmaqda İranın öz marağı vardı. Ona görə də bu
dövlətlər arasında müharibələr labüd idi. Məhz bu səbəbdən də Rusiya-İran
müharibələri başladı. 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri
nəticəsində Şimali Azərbaycan çar Rusiyası işğalının qurbanı oldu. Rusiya burada öz
227
məqsəd və məramlarına uyar siyasət yeritməyə başladı.
XVIII əsrdə olduğu kimi, XIX əsrin əvvəllərində də təhsil müsəlman
ruhanilərinin təsir dairəsində idi. Məscidlərin və digər dini ocaqların nəzdində məktəb
və mədrəsələr yetərincə fəaliyyət göstərirdi. Çoxillik ənənəvi təhsil öz işini, inkişafını
davam etdirirdi. Lakin zamanın tələbinə uyğun olaraq qabaqcıl və daha mütərəqqi
təhsilə böyük ehtiyac duyulurdu. 1829-cu ildə təqdim olunan təhsil nizamnaməsi bu
vacib məsələni bir qədər də tezləşdirdi. Tədricən Gəncə, Şəki, Şuşa, Naxçıvan,
Ordubad, Şamaxı, Bakı, Quba, Lənkəran və digər qəza məktəbləri yarandı və
fəaliyyətə başladı. Bu ikisinifli məktəblərdə şəriət, qiraət, hüsnxət, hesab, rus və
Azərbaycan dili tədris edilirdi[67].
XIX əsrin birinci yarısında maariflə
yanaşı, elm sahəsində də bir sıra uğurlar əldə
edilmişdir. Bu baxımdan Abbasqulu ağa
Bakıxanovun
xidmətləri
xüsusilə
qeyd
edilməlidir. O, 1794-cü ildə indiki Əmircanda
anadan olmuşdur. Gənclik illərində ərəb, fars,
rus dillərini öyrənmiş, rus ordusunda xidmət
etmiş və polkovnik hərbi rütbəsini almışdır.
Vətən oğlu vətən tarixinin böyük tədqiqatçısı
olmuşdur.
Böyük alim, görkəmli mütəfəkkir, elm
və maarif fədaisi A.Bakıxanov xalqının
təhsillənməsini hər şeydən üstün bilirdi. O bu
münasibətlə yazırdı: "Maarifə doğru ilk addım
məktəb təsis etməkdir". Mən həmvətənlərimin
faydası üçün bütün qabiliyyətimi bu işə həsr
edirəm və mənim nəzarətim altında məktəb
təsis etmək haqqında fikir irəli sürməyə
cəsarət edirəm. O bu böyük arzu ilə 1832-ci
ildə Bakıda pansionlu dünyəvi məktəbin
layihəsini təqdim etdi. Bu kamil və hərtərəfli
işlənmiş layihədə ana dili və fars dili ilə yanaşı rus dili, tarix, coğrafiya, hesab
fənlərinin tədris edilməsi nəzərdə tutulurdu[68]. XIX əsrin birinci yarısında belə dərin
məzmunlu və xalqın maariflənməsinə yönəldilən təşəbbüs qibtəyə layiqdir.
A.Bakıxanov 1841-ci ildə fars dilində özünün məşhur "Gülüstani-İrəm" əsərini
yazmışdır. Bu əsərdə təkcə Azərbaycan xalqının deyil, həm də Dağıstan xalqlarının
qədim dövrdən 1813-cü ilə qədərki tarixi öz dolğun əksini tapmışdır. Alimin fəlsəfi,
əxlaqi və dini görüşləri "Riyaz ül-qüds", "Təhzib ül-əxlaq", "Kitabi-nəsayeh", "Eyn
ül-mizan" və başqa əsərlərində öz əksini tapmışdır. O, əsərlərini daha dolğun və
məzmunlu etmək məqsədilə xalq yaradıcılığı, arxeologiya, etnoqrafiya, numizmatika
və toponimiya elmlərinin məlumat və müddəalarını öyrənmişdir.
228
Böyük mütəfəkkir ilahiyyat, fəlsəfə,
astronomiya, coğrafiya, jurnalistika və
başqa
elmlərə də öz münasibətini bildirmiş,
dərin məzmunlu əsərlərlə çıxış etmişdir. O
həm də görkəmli şair kimi ədəbiyyat
tariximizə Qüdsi təxəllüsü ilə daxil
olmuşdur. Şairin lirik və epik əsərləri
hazırda da bədii siqlətini və dərin
məzmununu
saxlamaqdadır[69].
A.Bakıxanov 1847-ci ildə Məkkə
yaxınlığında dünyasını dəyişmişdir.
XIX
əsrin
birinci
yarısında
xalqımızın
çoxəsrlik
tarixinə
maraq
artmağa başladı. Əslən Qazax bəylərinin
nəslindən olan və təxminən 1780-ci ildə
anadan olan və 1848-ci ildə vəfat edən
Mirzə Adıgözəl bəy gəncliyində Qafqazda
rus ordusunda xidmət etmişdir. Rusiya-İran
müharibəsinin iştirakçısı, Qarabağın mahal
naibi və divanbəyi olmuşdur. Fars, rus,
erməni, gürcü dillərini bilən və yaxşı təhsil
alan Mirzə Adıgözəl bəyin Qarabağın siyasi tarixinə dair dəyərli əsəri 1950-ci ildə
çap edilmişdir[70].
1773-cü ildə doğulan və 1853-cü ildə vəfat edən Mirzə Camal Cavanşir
"Qarabağ tarixi"nin müəllifidir[71]. Onun haqqında şərqşünas A.Berje belə yazır:
"Mirzə Camal ərəb, fars və türk dillərindən başqa, ləzgi və avar dillərini də bilirdi,
astronomiyadan məlumata malik idi, tarix və coğrafiyanı gözəl bilirdi". Bütün bu
üstünlüklər onun əsərlərində Qarabağın tarixinin hərtərəfli işıqlandırmasına öz
töhfəsini vermişdir. O, təkcə tədqiqatçı deyil, həm də təbli şairdi. Bir sıra şeirləri
müxtəlif dillərdə qələmə alınmışdı.
XIX əsrin birinci yarısında şərqşünaslıq sahəsində də bir sıra görkəmli alimlər
nəsli yetişmişdir. Onların sırasında Mirzə Cəfər Topçubaşovun adı xüsusi qeyd
edilməlidir. 1790-cı ildə Gəncədə doğulan, 1869-cu ildə vəfat edən böyük şərqşünas
alim Peterburq alimləri arasında sayılan-seçilən və dərin hörmətə malik olanlardan
idi. Mirzə Cəfər Peterburqun ali məktəblərində fars və türk dilində dərs demiş, dərin
nüfuz qazanmışdır. O, 20 ilə qədər Rus Arxeologiya Cəmiyyətinin numizmatika
şöbəsinin rəhbəri, Britaniya Kral Asiya Cəmiyyətinin üzvü olmuşdur. "Fars
müntəxəbatı", "Qədim dövrlərdən Teymurləngə qədər monqolların tarixi" və s.
əsərlərini yazmışdır[72].
XIX əsr Rusiya və Azərbaycan şərqşünaslıq elminin banilərindən olan Kazım
bəy Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu 1802-ci ildə Rəşt şəhərində anadan
229
olmuşdur. O, dini təhsillə yanaşı, dünyəvi təhsili də yetərincə öyrənmişdir. 1825-ci
ildə Omsk şəhəri Asiya məktəbində Şərq dillərindən dərs demişdir. 1826-cı ildə
Kazan Universitetində Şərq dillərindən mühazirə oxumuş, türk-tatar dilləri
kafedrasına başçılıq etmişdir[73].
XIX əsrin ikinci yarısında Azərbaycanda sənaye və kənd təsərrüfatının
kapitalistcəsinə inkişafı, təkmil alət və mexanizmlər tətbiqinin çoxalması, yeni
nəqliyyat və rabitə vasitələrinin yaranması savadlı mütəxəssislərə tələbatı kəskin
şəkildə artırdı. Həm bu amillər, həm də çarizmin regionda öz mövqeyini qəti şəkildə
möhkəmləndirmək, milli müstəmləkəçilik siyasətini uğurla həyata keçirmək üçün rus
dilini bilən yerli kadrlara daha çox ehtiyac duyması məktəblər şəbəkəsinin
genişlənməsinə, yeni təhsil ocaqlarının, mədəni-maarif müəssisələrinin meydana
gəlməsinə səbəb oldu. Bu həm rus məktəblərinin sayının artmasında, təhsil
səviyyəsinin yüksəldilməsində, həm də ana dilində təhsil verən yeni tipli məktəblər
yaradılmasında özünü büruzə verirdi.
XIX
əsrin 30-50-ci illərində çar hökuməti tərəfindən yaradılmış qəza və
birsinifli ibtidai məktəblərin sonrakı inkişafında 1872-ci ildə qəbul edilmiş Əsasnamə
mühüm rol oynadı. Bu sənədə uyğun olaraq ibtidai təhsil verən qəza məktəbləri təhsil
müddəti 6 il olan şəhər məktəblərinə çevrildi. Cənubi Qafqazda ilk şəhər məktəbi
1874-cü ildə Şuşada təşkil edildi[74]. Şəhər məktəblərində rus dili, hesab, coğrafiya,
tarix, rəsm, nəğmə, şəriət fənləri tədris edilirdi. Yerli əhalinin bu məktəblərə marağı
böyük idi. Məsələn, Şamaxıda birsinifli şəhər məktəbi şəhər əhalisinin təkidli xahişi
və əlavə məktəb binası tikməyi öz öhdəsinə götürməsi sayəsində 1877-ci ildə
üçsinifli, 1901-ci ildə isə dördsinifli məktəbə çevrilmişdi.
XX
əsrin başlanğıcında imperiya miqyasında daha çox biliklər verən
məktəblərə tələbat kəskin şəkildə artdığı üçün çar hakimiyyət orqanları 1912-ci ildən
şəhər məktəbləri əsasında ali ibtidai məktəblər təşkil etməyə başladı. Bu yeni
məktəblərdə 3-4 illik ibtidai təhsildən sonra 4 il yüksək təhsil verilirdi. Tədris
proqramında təbiətşünaslıq, coğrafiya, fizika, cəbr, həndəsə, ümumi tarix fənlərinin
keçilməsi nəzərdə tutulurdu. Ali ibtidai məktəbin şagirdləri orta məktəblərin müvafiq
siniflərinə qəbul oluna bilərdilər. Bu məktəbləri bitirənlər texniki məktəblər və ya
müəllimlər seminariyalarına daxil olmaq hüququna malik idilər. 1915-ci ildə Bakı,
Gəncə, Şuşa, Şamaxı, Quba, Lənkəran, Naxçıvan və Şəki şəhərlərində 12 ali ibtidai
məktəb fəaliyyət göstərmişdi. Bu məktəblərdə 1669 şagird təhsil alırdı ki, onların da
39 faizi azərbaycanlı uşaqlar idi.
XIX əsrin 70-ci illərində xəzinə hesabına kəndlərdə ibtidai məktəblər
açılmasına başlandı. İlk dəfə olaraq kəndli uşaqlarının oxuması üçün belə məktəblər
Qazax qəzasının Dağ Kəsəmən kəndində, Cəbrayılda və Göyçayda yaradıldı. Bu
ibtidai kənd məktəbləri sadə kəndli kütləsinə yaxınlığı, təhsilin pulsuz və kütləvi
olmasına görə xalq məktəbləri adlanırdı. Həmin məktəblərdə təlim əyanilik prinsipinə
əsaslanır və şüurlu mənimsəməyə üstünlük verilirdi. Cismani cəza tətbiq edilmirdi.
XIX əsrin 80-90-cı illərində neft sənayeçiləri savadlı fəhlə və texniklər
230
hazırlanması üçün öz vəsaitləri hesabına Bakıda və Abşeron kəndlərində ibtidai
məktəblər açmağa başladılar. Bunların içərisində "Nobel qardaşları" şirkətinin Qara
şəhərdə və Balaxanıda təşkil etdiyi məktəblər daha yaxşı təchiz olunmaları ilə
seçilirdi. 1892-ci ildə "Simens qardaşları" şirkəti də Gədəbəydə misəritmə zavodu
yanında ibtidai məktəb yaratmışdı.
XIX əsrin sonu - XX əsrin başlanğıcında Bakı neft sənayeçiləri qurultayları
şurası mədən-zavod rayonunda ibtidai məktəblər şəbəkəsini ləng də olsa inkişaf
etdirirdi. 19l2-ci ildə şuranın açdığı 9 məktəb fəaliyyət göstərirdi ki, onlarda da 2328
şagird təhsil alırdı.
Bu ibtidai məktəblər elementar biliklər verirdi və maddi imkanı məhdud olan
ailələrin uşaqları üçün nəzərdə tutulmuşdu[76]. Yoxsul uşaqları bir qayda olaraq,
ibtidai təhsillə kifayətlənməli olurdular. XX əsrin əvvəllərindən ibtidai məktəblərdə
yerli şərait və tələbat nəzərə alınmaqla şagirdlərə peşə vərdişləri və təsərrüfat işlərinə
dair müəyyən biliklər də verilirdi.
XX əsrin ilk onilliklərində ibtidai məktəblər şəbəkəsi bir qədər genişləndi.
Artıq 1915-ci ildə Bakı və Gəncə quberniyalarında Qafqaz Təhsil Dairəsinin
sərəncamında olan 103 şəhər və 609 kənd ibtidai məktəbi fəaliyyət göstərirdi. Bu
məktəblərdə 46 mindən çox şagird təhsil alırdı ki, bu da məktəbyaşlı uşaqların 10
faizini təşkil edirdi. Məktəb binalarının çatışmaması, bir çox yerlərdə isə kirayə
edilmiş və sanitariya-gigiyena tələblərinə cavab verməyən evlərdə dərs keçilməsi
ibtidai təhsil ocaqlarının genişləndirilməsinə əngəl törədirdi.
Dövlətin və xüsusi şirkətlərin açdığı belə məktəblərin sayının artmasına
müəllim kadrlarının çatışmaması da ciddi surətdə mane olurdu. Universitet təhsilli
azərbaycanlı pedaqoqlar, demək olar ki, yox dərəcəsində idi. İbtidai məktəblərə
müəllimliyə gimnaziya məzunları xüsusi imtahan verməklə qəbul edilirdi.
Azərbaycanlı müəllimlərin olmadığı məktəblərə yerli əhali inamsızlıqla yanaşır və
uşaqlar çox çətinliklə təhsilə cəlb edilirdi.
XIX əsrin 60-cı illərinə kimi nəinki Azərbaycanda, ümumiyyətlə, Qafqazda
müəllim hazırlayan xüsusi təhsil ocağı yox idi. Bu sahədə ilk addım 1866-cı ildə
Tiflisdə Aleksandrovsk müəllimlər məktəbinin yaradılması oldu. 1873-cü ildən
müəllimlər institutuna çevrilən bu təhsil müəssisəsində şəhər məktəbləri üçün
müəllimlər hazırlanırdı. Lakin onun məzunları arasında azərbaycanlıların sayı çox az
idi. Növbəti addım 1871-ci ildə Kubanda, 1876-cı ildə Qoridə müəllimlər
seminariyalarının açılması oldu. Xüsusən bütün Cənubi Qafqaz üçün ibtidai məktəb
müəllimləri hazırlamalı olan Qori seminariyasında 1879-cu ildə Azərbaycan şöbəsinin
yaradılması azərbaycanlı gənclərdən müəllim kadrları yetişdirilməsində tarixi rol
oynadı.
Seminariyada təhsil müddəti 3 il idi. Kəndli gənclərin seminariyaya qəbul
olunmasını asanlaşdırmaq üçün xüsusi hazırlıq sinifləri təşkil edilmişdi və ehtiyacı
olan tələbələrə təqaüd verilirdi.
Azərbaycan şöbəsinin ilk müdiri A.O.Çernyayevski, sonralar isə həmin
231
seminariyanın ilk məzunlarından olan Firidun bəy Köçərli olmuşdu. Azərbaycan dili
müəllimi vəzifəsi də onun ilk məzunlarından biri olan Səfərəli bəy Vəlibəyova
tapşırılmışdı. Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin
fəaliyyət göstərdiyi 40 il ərzində burada 250 nəfərdən çox sözün həqiqi mənasında
xalq müəllimi hazırlanmışdı[77]. Seminariyanın məzunları Azərbaycanın müxtəlif
guşələrində məktəblər açılmasında, elm və mədəniyyətin inkişafında çox böyük rol
oynadılar. Məzunların bir qismi də Qafqazın digər bölgələrində, xüsusən də Tiflis,
İrəvan quberniyalarında azərbaycanlı əhalinin maariflənməsinə böyük töhfə verdilər.
1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlərin yaranması və Gürcüstan
hökumətinin Qori seminariyasının Azərbaycan şöbəsini bağlamaq niyyəti ilə bağlı
şöbənin müdiri, təhsil, elm və mədəniyyət carçısı Firidun bəy Köçərli cəsur bir addım
atdı. O, böyük məhrumiyyətlərə, təzyiq və təqiblərə sinə gərərək şöbənin bütün
əmlakını Qazaxa köçürdü və onun əsasında Qazax Müəllimlər Seminariyasını yaratdı.
F.Köçərlinin rəhbərliyi ilə bu təhsil ocağı onlarla istedadlı gəncə müəllimlik peşəsinin
sirlərini öyrətdi, onları düzgün yola uğurladı.
Rusiya imperiyasının müstəmləkəçilik siyasəti nəticəsində azərbaycanlı
gənclərin təhsilini davam etdirməsi, o cümlədən də mükəmməl orta təhsil alması
imkanı uzun müddət çox məhdud olmuşdur. İlk vaxtlar yalnız 1854-cü ildə Şamaxıda
yaradılmış dördsinifli ali ibtidai məktəbdə təhsili davam etdirmək mümkün idi. Bu
məktəbin yetirmələri içərisində sonradan görkəmli təbiətşünas alim, Azərbaycan
mətbuatının yaradıcısı kimi şöhrət qazanmış Həsən bəy Zərdabi də var idi. Quberniya
mərkəzi Şamaxıdan Bakıya köçürüldükdən sonra bu məktəb də Bakıya köçürüldü və
1865-ci ildə onun əsasında Azərbaycanda ilk orta məktəb - gimnaziya təşkil
edildi[78].
Gimnaziyalar qədim yunan və latın dillərinin, riyaziyyatın tədrisinin əsas yer
tutduğu klassik gimnaziyalara və proqramında müasir dillərə, təbiət elmlərinə
üstünlük verən real gimnaziyalara bölünürdü. XIX əsrin 70-ci illərində real
gimnaziyalar real məktəblərlə əvəz olundu və onları bitirənlərə yalnız xüsusi
ixtisasların tədris edildiyi ali məktəblərə daxil olmaq hüququ verildi. Elmi yaradıcılıq
və
dövlət qulluğu üçün kadrlar hazırlayan universitetlərdə isə ancaq klassik gimnaziya
məzunları ali təhsil ala bilərdilər.
Rusiya hakimiyyət orqanları milli ucqarlarda, o cümlədən Azərbaycanda orta
təhsilin inkişafına hər vasitə ilə əngəl törədir, yerli gəncləri müasir elmi biliklərdən,
qabaqcıl dünyagörüşə yiyələnməkdən uzaq tutmağa çalışırdı. Ona görə yerli əhalinin
Bakıda, Şuşada və digər şəhərlərdə gimnaziya və real məktəbdə xahişlərini əksər
hallarda rədd edir, yalnız yerlərdə hökumət nümayəndələrinin israrlı əsaslandırmaları
və əhalinin bu məktəblərin bütün xərclərini ödəmək üçün vəsait toplamaları ilə
əlaqədar istisnalara yol verirdi. Məsələn, Gəncə quberniyasının təşkili ilə bağlı 1870-
ci ildə Gəncə qəza məktəbi əsasında klassik progimnaziya yaradıldı, 1881-ci ildə isə
bu məktəb tam orta təhsil verən klassik gimnaziyaya çevrildi[79].
1874-cü ildə Bakıda, 1881-ci ildə Şuşada real məktəblər açıldı. 1891-ci ildə isə
232
ildə Bakı şəhər Dumasının vəsaiti hesabına klassik progimnaziya yaradıldı, 1896-cı
ildə də onun əsasında gimnaziya təşkil edildi. Elə birinci il bu gimnaziyaya daxil
olmaq üçün 600 nəfər ərizə vermişdi. Artıq əsrin sonunda bu gimnaziya şagirdlərinin
sayına görə Rusiyanın mərkəzi quberniyalarında olan bütün gimnaziyaları ötüb
keçmişdi. Dağıstan və Zakaspi vilayətlərindən də çoxlu sayda gənc Bakıya orta təhsil
almağa gəlirdi. XIX əsrin sonu - XX əsrin başlanğıcında Bakıda şəhər əhalisinin
böyük sürətlə artması da yeni orta məktəblər açılmasını zəruri edirdi. Ona görə də,
hakimiyyət orqanları Bakıda 1897-ci ildə daha bir progimnaziya, 1901-ci ildə isə orta
təhsil verən ticarət məktəbi yaradılmasına icazə verdilər[80].
XX əsrin ilk illərində Azərbaycanda orta məktəblərin sayı daha ləng artırdı.
Buna səbəb maliyyə vəsaitinin çatışmaması və təşkilati çətinliklər idi. 1914-cü ilin
rəsmi statistikasına görə, o dövrdə Azərbaycanda 5 oğlan gimnaziyası, 3 real məktəb,
7 qız gimnaziyası fəaliyyət göstərirdi. Orta təhsilə maraq ildən-ilə artdığı halda, yer
olmadığına görə gimnaziyalar onlarla yeniyetmənin ərizəsini rədd etməli olurdu. İldə
60-125 rubl həcmində təhsil haqqı alınması da imkanı məhdud olan ailələrin uşaqları
üçün gimnaziya təhsilini əlçatmaz edirdi.
Azərbaycanda meydana gələn orta təhsil müəssisələri yerli gənclərin və
yeniyetmələrin rus dilində olsa da, mükəmməl orta təhsil almalarına imkan yaradırdı.
Bu məktəblərə azərbaycanlı şagirdlərin cəlb olunmasında Bakı gimnaziyasının
müəllimi Həsən bəy Zərdabinin xüsusilə böyük xidmətləri olmuşdu. O, 1871-ci
ildə"Cəmiyyəti-xeyriyyə" təşkil edərək azərbaycanlı uşaqların orta təhsil almalarına
maddi kömək göstərilməsini qaydaya salmışdı. "Cəmiyyəti-xeyriyyə"nin bu nəcib
təşəbbüsünə Şamaxı, Şuşa, Quba, Tiflis və İrəvan şəhərlərindən olan bir çox imkanlı
şəxslər fəal qoşuldular, yardım toplanmasında yaxından iştirak etdilər. Qafqaz Tədris
Dairəsinin 1872-ci il üzrə hesabatında xüsusi qeyd edilmişdi ki, kasıb müsəlman
şagirdlərə kömək cəmiyyətinin fəaliyyəti nəticəsində müsəlman ailələrində təhsilə
maraq artmış, dövlət məktəblərində oxuyan müsəlman şagirdlərin sayı keçən il 140
nəfərdən çox olmuşdur.
Azərbaycanlı uşaqların orta təhsilə cəlb edilməsinə 1891-ci ildən Bakı klassik
progimnaziyasında müəllim işləyən Nəriman Nərimanov da böyük səy
göstərmişdi(81). O, 10 il bu məktəbdə dərs demiş, şagirdlərin Azərbaycan dilini
öyrənməsini asanlaşdırmaq üçün 1899-cu ildə "Türk-Azərbaycan dilinin qısa
qrammatikası" və "Azərbaycanlılar üçün rus dilini və ruslar üçün Azərbaycan dilini
öyrənmək üçün dərslik" hazırlayıb çap etdirmişdi. Qori seminariyasının digər məzunu
İsa bəy Abakarov uzun müddət kənd məktəblərində işləyərkən yoxsul ailələrdən olan
istedadlı uşaqları öz vəsaiti hesabına Tiflisə, Gəncəyə, Qoriyə feldşer və sənət
məktəblərinə, gimnaziya və seminariyaya təhsilini davam etdirməyə göndərmişdi.
Azərbaycanlı uşaqların rus dilində təhsil verən məktəblərə cəlb olunmasında
"Rus-Azərbaycan məktəbi" adlı tədris ocaqlarının yaradılması əhəmiyyətli rol oynadı.
Azərbaycanda ilk belə məktəbi milliyətcə tatar olan Kazan sakini Tavhiddin
Mamlayev 1875-ci ildə Qazax qəzasının Salahlı kəndində təşkil etmişdi(83).
233
Məktəbin tədris planına rus dilində oxuma və yazma, qrammatika, hesab, rəsmxət
Azərbaycan dili, şəriət, gimnastika daxil idi. Salahlı məktəbi qısa müddət ərzində
əhali içərisində böyük rəğbət qazanmış və hökuməti Azərbaycan kəndlərində rus
dilində ibtidai məktəblər yaratmağın yararlı olmasına inandırmışdı. 1877-ci ildə
Salahlı rus-Azərbaycan məktəbi birsinifli normal kənd məktəbinə çevrildi və Gəncə
quberniyası xalq məktəbləri direksiyasının tabeliyinə verildi.
Azərbaycanın məktəb tarixində çox mühüm yer tutan rus-Azərbaycan
məktəbinin yaradılması və inkişafı isə Sultanməcid Qənizadənin və Həbib bəy
Mahmudbəyovun adları ilə bağlıdır. Tiflis Aleksandrovsk Müəllimlər İnstitutunun
məzunu olan bu iki gənc müəllim 1887-ci ildə Bakıda birsinifli xüsusi rus-
Azərbaycan məktəbi təşkil etdilər. Məktəbin Qafqaz təhsil dairəsi tərəfindən təsdiq
edilmiş tədris planında rus olmayan əhali arasında ibtidai məktəbin tədris planının
rəhbər tutulması və rus dilinin tədris edilməsi vacib şərt kimi qoyulmuşdu.
Bu məktəb əhali arasında böyük şöhrət qazandı və şagirdlərinin sayı sürətlə
artmağa başladı. Görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanov bu məktəbin
əhali içərisində nüfuzunun artmasını razılıqla qeyd edərək yazırdı ki, iki-üç il köhnə
qayda ilə oxuyan uşaq axırda öz adını da yaza bilmədiyi halda, "üsuli-cədid qaydası
ilə oxuyan uşaqlar isə iki ayın ərzində ana dilində və yarım ildə rus dilində yazıb-
oxuyurdular" [84].
Rus-Azərbaycan məktəbi birsinifli və tədris müddəti iki il olan tədris ocağı
kimi yaradılsa da, tezliklə ikisinifli və tədris müddəti 4 il olan məktəbə çevrildi. Bu
məktəbdə təlimin yüksək səviyyəsi, nümunəvi nizam-intizam, müəllimlərin öz
peşəsinə vurğunluğu onun daha da genişləndirilməsini tələb edirdi. 1891-ci ildə Bakı
şəhər Duması rus-Azərbaycan məktəbi bazasında dövlət hesabına iki yeni məktəb
açdı. H.Mahmudbəyov birinci, S.Qənizadə ikinci məktəbə müdir təyin edildi. Sonrakı
illərdə
bu məktəblərin sayı daha da artdı. 1914-cü ildə Bakıda 12 rus-Azərbaycan
məktəbi fəaliyyət göstərirdi ki, onlarda da 2482 şagird, o cümlədən 299 qız təhsil
alırdı.
XX əsrin əvvəlində Gəncə, Şuşa, Şamaxı, İrəvan və Tiflisdə də rus-
Azərbaycan məktəbləri təşkil edildi. Bu məktəblər Azərbaycanda təhsilin səviyyəsini
əhəmiyyətli dərəcədə yüksəltdi. Onları bitirənlərin çoxu gimnaziyalarda, real
məktəblərdə tam orta təhsil almaq, ali məktəblərə daxil olmaq imkanından
yararlandılar və xalqımız içərisində təhsilin sonrakı inkişafına öz töhfələrini verdilər.
XIX əsrin ortalarında Azərbaycanda qızların da təhsil almaları üçün ilk
məktəblərin təşkilinə başlandı. Bu dövrə aid mənbələrdə Bakıda, Şamaxıda, Gəncədə,
Zaqatalada, Şuşada qızların təhsil aldığı xüsusi məktəblərin fəaliyyət göstərməsi
haqqında çeşidli məlumatlar vardır. Məsələn, 50-ci illərdə Bakıda İçərişəhərdə
Məşədi Səkinə və Xırdaxanım adlı iki qadın öz evlərində qızların oxuması üçün
məktəb yaratmışdı. Bu məktəbdə şəriət və Quran dərsləri ilə yanaşı, ana dili, hesab,
tarix, nəğmə və rəsm fənləri tədris edilir, tikmə işi öyrədilirdi. Həmin dövrdə Şamaxı
şəhərində də zəmanəsinin maarifpərvər ziyalısı Güllübəyim xanım dini və dünyəvi
234
fənlərin tədris edildiyi qız məktəbi təşkil etmişdi. XIX əsrin 60-cı illərində Gəncədə
11 qadın müəllim evdə qızlara təhsil verməklə məşğul idi. Bu tədris ocaqlarının
hamısı xüsusi təşəbbüslə yaradılmış və yerli sakinlərin ianələri hesabına fəaliyyət
göstərirdi.
Çarizmin Azərbaycanda mövqeyinin möhkəmlənməsi ilə əlaqədar dövlət
idarələrində xidmət edən məmurların ailələri ilə burada məskunlaşması baş verir və
rus dilində qız məktəbləri açılması zərurəti yaranırdı. Bu sahədə ilk addım 1847-ci
ildə Şamaxıda "Müqəddəs Nina" qız məktəbinin açılması oldu. Quberniya mərkəzinin
1859-cu ildə zəlzələ ilə əlaqədar Şamaxıdan Bakıya köçməsindən sonra bu məktəb də
Bakıya köçürüldü[85]. 1874-cü ildə Bakıda "Müqəddəs Nina" məktəbi əsasında ilk
qız gimnaziyası yaradıldı. 1864-ci ildə Zaqatalada birillik təhsil verən qız məktəbi
açıldı və şagirdlərin sayının sürətlə artması ilə əlaqədar 1904-cü ildə dördsinifli
Marinsk qız məktəbinə çevrildi. 1875-ci ildə Şuşada, 1885-ci ildə isə Gəncədə açılan
qız məktəbləri sonradan progimnaziyaya çevrildilər. Bu məktəblərdə oxuyanlar
içərisində azərbaycanlı qızlar az olsalar da, onlar Azərbaycanda qadın təhsilinin
sonrakı inkişafında çox əhəmiyyətli rol oynadılar.
Azərbaycan ziyalıları və milli burjuaziya nümayəndələri azərbaycanlı qızların
dünyəvi təhsilə daha geniş miqyasda cəlb edilməsi uğrunda ardıcıl mübarizə
aparırdılar. H.Zərdabi və həyat yoldaşı Hənifə xanım, F.Köçərli, böyük xeyriyyəçi və
millət atası Hacı Zeynalabdin Tağıyev azərbaycanlı qızların maariflənməsini onların
cəmiyyətdə öz hüquqları uğrunda mübarizə aparmaları, gənc nəslin təlim-tərbiyəsinin
yaxşılaşdırılması baxımından çox vacib hesab edirdilər. Firidun bəy Köçərli yazırdı
ki, müsəlman qızların məktəbi bitirməsi ilə öz vəzifəsini yaxşı başa düşən təhsilli
evdar qadınlar və analar meydana gələcək və tədricən bütün müsəlman həyat tərzi
həm ailədə, həm də cəmiyyətdə yaxşılığa doğru dəyişiləcək, yenidən
qurulacaqdır[86].
XIX əsrin 80-90-cı illərində Tiflisdə və Bakıda müsəlman qızları üçün dövlət
məktəbi yaradılması təşəbbüsləri hakimiyyət orqanları tərəfindən rədd edildi. Ona
görə də, bəhs olunan dövrdə bir sıra mütərəqqi müəllimlər qızların heç olmazsa oğlan
məktəblərinə cəlb edilməsinə çalışır, həmin məktəblərdə qızlar üçün ayrıca sinif təşkil
edirdilər. Bu sahədə ilk uğurlu addımlardan birini görkəmli yazıçı və
maarifçi Cəlil
Məmmədquluzadə atmışdı. O, 1893-cü ildə müdir işlədiyi Naxçıvanın Nehrəm
kəndindəki ikisinifli məktəbdə qızların təhsil alması üçün ayrıca sinif açmışdı. 90-cı
illərdə Nuxada, Cəbrayıl qəzasının Qarabulaq kəndində, Qubada,
Gəncə qəzasının
Bağbanlar kəndindəki ibtidai məktəblərdə də qızların təhsil almaları üçün ayrıca
siniflər təşkil edilmişdi.
Nəhayət, uzunmüddətli gərgin mübarizələrdən və müxtəlif hakimiyyət
orqanları ilə çoxsaylı yazışmalardan sonra XX əsrin başlanğıcında H.Z.Tağıyev öz
vəsaiti hesabına Azərbaycanda dünyəvi elmləri öyrədən ilk qız məktəbini açmağa
icazə aldı. Bu məqsəd üçün görkəmli xeyriyyəçi xüsusi məktəb binası tikdirmişdi və o
zamankı müsəlman cəmiyyətinin qadın təhsilinə həssas münasibətini nəzərə alaraq
235
məktəb nizamnaməsində ayrıca bəndlə göstərmişdi ki, məktəbin müdiri və
müəllimləri hökmən azərbaycanlı qadınlar olmalıdır.
Bütün Qafqazdan müsəlman qızların azərbaycan və rus dillərində dünyəvi
elmləri öyrəndikləri bu məktəb 1901-ci ildə Bakıda fəaliyyətə başladı (87). Onun ilk
müdiri H.Zərdabinin həyat yoldaşı, Tiflis “Müqəddəs Nina” məktəbinin məzunu
Hənifə xanım Məlikova idi. Bu məktəbə oxumağa Şuşadan, Gəncədən, Tiflisdən və
digər yerlərdən də qızlar gəlirdi. Onların qalması üçün məktəbin nəzdində ayrıca
qapalı pansion yaradılmışdı.
Bakıda ilk qız məktəbinin müvəffəqiyyətləri az sonra Gəncədə, İrəvanda,
Şuşada və digər şəhərlərdə yeni-yeni qız məktəbləri yaradılmasına təkan verdi.
H.Z.Tağıyevin birsinifli qız məktəbi isə 1913-cü ildə ikisinifli məktəbə, 1916-cı ildə
ali-ibtidai məktəbə çevrildi. Həmin vaxt onun 104 şagirdi var idi və bu şagirdlər
Qafqazın müxtəlif guşələrindən, hətta Volqaboyundan gəlmişdilər[88].
Qadın müəllimlərin kifayət qədər olmaması azərbaycanlı qızların təhsilə cəlb
edilməsinə ciddi surətdə əngəl törədirdi. H.Z.Tağıyevin qız məktəbi həm də bu vacib
missiyanı yerinə yetirməli oldu. Bu məktəb digər qız məktəbləri üçün pedaqoji
kadrlar hazırlayan mərkəz rolunu oynadı. 1915-ci ildə fəaliyyətə başlayan qadın
pedaqoji kurslarında təhsil almaq üçün 17 qadın seçildi ki, onlardan 11-i
H.Z.Tağıyevin qız məktəbinin məzunu idi.
Azərbaycanda kapitalist sənayesinin inkişafı ixtisaslı fəhlələrə, texniklərə,
mühəndislərə və müxtəlif sahələr üzrə mütəxəssislərə ehtiyacı artırdı. Bununla bağlı
texniki-peşə, sənət verən məktəblər açılmağa başlandı. Xəzər ticarət donanmasının
peşəkar dənizçilərə artan tələblərini ödəmək üçün 1881-ci ildə Bakı dənizçilik sinfi
yaradıldı. Azərbaycanın bu ilk texniki məktəbində yelkənli donanma üçün şturmanlar
və şkiperlər hazırlanırdı. 1896-cı ildən bu təhsil ocağında gəmi mexaniklərinin də
hazırlanmasına başlandı[89]. 1902-ci ildə Bakı dənizçilik sinfi uzaq səfərlər üçün
mütəxəssislər hazırlayan orta dənizçilik məktəbinə çevrildi. Məktəbin o dövr üçün
əsaslı sayıla biləcək maddi bazası, hətta xüsusi tədris gəmisi var idi. Bakı dənizçilik
məktəbinin məzunları Xəzər dənizində və digər su hövzələrində ticarət gəmilərini
idarə edir, şturman, gəmi mexaniki, sükançı və s. kimi çalışırdılar.
Azərbaycanda kənd təsərrüfatı sahələri üzrə ilk sənət məktəbləri 1882-ci ildə
Zaqatalada, 1884-cü ildə Gəncədə yaradıldı. Bu məktəblərdə ipəkçilik, bağçılıq və
bostançılıq sahələrinə aid bilik və vərdişlər aşılanır, müasir kənd təsərrüfatı
texnikasından istifadə etməyi bacaran işçilər hazırlanırdı. 1896-cı ildə H.Z.Tağıyevin
vəsaiti ilə Mərdəkanda, 1899-cu ildə isə Qubada xəzinənin xərci hesabına bağçılıq
məktəbləri açıldı. Bu məktəblərdə tədris proqramına ümumi və ixtisas fənləri daxil
edilmişdi.
Bakıda 1888-ci ildə açılmış sənət məktəbində isə sənaye sahələrində çalışmaq
üçün çilingər, xarrat, dəmirçi, mexanik və maşinistlər hazırlanırdı.
XX əsrin başlanğıcında Bakı şəhər Duması fabrik və zavodları mühəndis-
texniki biliklərə malik kadrlarla təmin etmək üçün orta texniki məktəb açılması
236
məsələsini qaldırdı. İlk növbədə mexanika və kimya istehsalı şöbələri yaradılması,
zəruri fənlər sırasına neft texnologiyası və neft kimyası kurslarının daxil edilməsi
qərara
alındı. 1905-ci ildə fəaliyyətə başlayan Bakı orta texniki məktəbində ilk 2 il
hazırlıq şöbəsində ümumtəhsil fənləri tədris edilir, sonrakı 4 ildə isə əsas ixtisas
fənləri öyrədilir, təcrübə məşğələləri keçirilirdi. Bakı şəhərində mülki tikililərin
həcminin sürətlə artması və bu sahə üzrə kadrlara tələbatın yüksəlməsi ilə əlaqədar
1909-cu ildə bu məktəbdə daşyonma və kərpicbişirmə emalatxanaları yaradıldı və
həmin sahələr üzrə mütəxəssislər hazırlanmasına da başlandı.
1915-ci ildə Bakı orta texniki məktəbində 494 tələbə təhsil alırdı. Burada
Rusiya imperiyasında ilk dəfə olaraq döymə və minakarlıq emalatxanası təşkil
edilmişdi. Bu emalatxanada Azərbaycan xalq tətbiqi sənətinin zəngin ənənələri
əsasında ustalar hazırlanırdı. Məktəbin lazımi avadanlığı və tədris bazası mövcud idi.
Məktəbin emalatxanalarında 6 maşın və 202 dəzgah quraşdırılmışdı. Burada əsaslı
kitabxana da fəaliyyət göstərirdi. Məktəbə və tələbələrə onun fəxri qəyyumu
H.Z.Tağıyev böyük yardım göstərirdi. Məhz onun maliyyə yardımı ilə məktəbin
binası tikilmiş və sonra da genişləndirilmiş, kimya laboratoriyası müvafiq avadanlıqla
təchiz edilmişdi[90].
Texniki təhsilin inkişafına XX əsrin başlanğıcında açılan texniki kurslar da öz
töhfəsini verirdi. Bakıda texniki ziyalıların təşəbbüsü ilə 1903-cü ildə yaradılan
kurslarda çilingər, buxar qazanlarına qulluq edən texnik, daxili yanma mühərrikləri
üzrə ustalar hazırlanırdı. Bu kurslar fəhlələrin ixtisaslaşmasına və peşəkarlığının
yüksəlməsinə ciddi təsir edirdi.
XX əsrin ilk illərində Bakıda və Gəncədə feldşer, dərzi, rəsmxət, musiqi təhsili
verən kurslar da yaradılmışdı. Azərbaycanın mədəni həyatında Rusiya Musiqi
Cəmiyyətinin təşəbbüsü ilə Bakıda musiqi siniflərinin yaradılması əhəmiyyətli hadisə
oldu. 1915-ci ildə 478 nəfərin təhsil aldığı bu musiqi siniflərində fortepianoda, simli
və nəfəsli musiqi alətlərində çalmaq və vokal öyrədilirdi.
Klassik Azərbaycan musiqisini öyrənmək və milli musiqi alətlərində çalmaq
isə əvvəlki dövrlərdə olduğu kimi fərdi qaydada mümkün idi. Xüsusən Şuşada bu iş
yaxşı təşkil olunmuşdu. Üzeyir bəy və Ceyhun bəy Hacıbəyov qardaşları, Cabbar
Qaryağdı və onlarla digər musiqiçi ilk musiqi təhsillərini burada almışdılar. Bu zaman
Şuşa haqlı olaraq Qafqazın xalq konservatoriyası hesab edilirdi.
1901-ci ildə Bakıda açılan ticarət məktəbi ticarət və sənaye müəssisələri üçün
ixtisaslı mütəxəssislər hazırlanmasında əhəmiyyətli rol oynadı. Bu məktəbdə tədris
müddəti 8 il idi və son 2 ildə bilavasitə ixtisas fənləri öyrədilirdi. Rus dilini
bilməyənlər üçün hazırlıq sinifləri təşkil olunmuşdu. Məktəbdə mühasibat,
əmtəəşünaslıq, siyasi iqtisad və xarici dillərin tədrisinə xüsusi diqqət yetirilirdi. Bakı
Ticarət Məktəbinin qəyyumluq şurasının üzvü, görkəmli ictimai xadim Əlimərdan
bəy Topçubaşov bu məktəbdə təhsil alanlara Şərq dillərini, Qafqazla qonşu olan
ölkələrin iqtisadi coğrafiyasını öyrənməyi də məsləhət görmüşdü.
XX əsrin əvvəllərində Rusiya imperiyası miqyasında baş verən əsaslı
237
dəyişikliklər xalq kütlələrinin təhsilə və elmə marağının genişlənib kütləvi hal
almasına səbəb oldu. Bu, 1906-cı ildə Bakıda Qafqaz müsəlman müəllimlərinin
birinci
qurultayında müzakirələrdə öz əksini tapdı. H.Zərdabi və N.Nərimanovun sədrliyi ilə
keçən bu qurultayda hamının pulsuz təhsil alması prinsipi əsas götürülərək, xalq
məktəblərinin konkret inkişaf proqramı qəbul edildi. Bu proqramda Azərbaycanda
məktəb şəbəkəsinin genişləndirilməsi, Azərbaycan türkcəsinin icbari fənn kimi tədris
edilməsi,
qadın
təhsilinin
inkişafı,
müəllimlərin
sosial
vəziyyətinin
yaxşılaşdırılması[91] tələbləri irəli sürülmüşdü.
XIX əsrdə və XX əsrin ilk onilliklərində Azərbaycanın təhsil sistemində
əvvəlki yüzilliklərdən qalma məktəb (mollaxana) və mədrəsələr əsas rol oynamaqda
davam edirdi. Məktəblərdə təlim heca üsulu ilə, fars əlifbasının öyrənilməsi ilə
başlayırdı. Sonra Quran öyrədilirdi. Fars dilində Nizami, Füzuli, Hafiz, Sədi kimi
bütün Şərqdə məşhur olan mütəfəkkirlərin əsərləri tədris edilirdi. Məktəb təhsilində
Sədinin "Gülüstan" və "Bustan"ı xüsusilə mühüm yer tuturdu[92]. Şagirdlərə hesab,
tarix haqqında da bilgi verilirdi. Məscidlərin nəzdində açılan belə məktəblərin vahid
proqramı, dərsliyi, müəyyən edilmiş təhsil müddəti yox idi. Məktəblərdə "molla",
"axund", "mirzə" adlandırılan din xadimləri dərs deyirdilər. Məktəbi bitirən
şagirdlərin bir qismi daha yüksək təhsil ocağı sayılan mədrəsələrdə savadlarını
artırırdılar. Mədrəsəyə 16 yaşdan yuxarı, türk və fars dillərini bilən gənclər qəbul
edilirdi. Mədrəsədə ərəb dilinin, ilahiyyat və şəriət qanunlarının öyrənilməsinə xüsusi
diqqət yetirilirdi. Bundan əlavə tarix, coğrafiya, riyaziyyat, məntiq üzrə də biliklər
verilirdi. XIX əsrin ortalarında Şimali Azərbaycanda 713 məktəb və mədrəsə fəaliyyət
göstərirdi[93].
Bu dövrdə Rusiya imperiyasında təlimin ana dilində aparılması ideyası geniş
yayılmaqda idi. Bu ideya Azərbaycanda da tərəfdarlar tapırdı. Dövlətin açdığı
məktəblərdə Azərbaycan (türk) dilinin tədris planına daxil edilməsi, bu dildə proqram
və dərsliklər hazırlanması da bu ideyanın reallaşmasını asanlaşdırırdı. Təlimin ana
dilində aparıldığı ilk məktəbi Mirzə İsmayıl Qasir 1848-ci ildə Lənkəranda
açmışdı[94]. Bu məktəbdə ana dili, ədəbiyyat, fars və rus dilləri, təbiət elmləri
öyrədilirdi. O dövr Lənkəran ziyalılarının çoxu ilk təhsilini M.İ.Qasirin məktəbində
almışdı. 1869-cu ildə isə Seyid Əzim Şirvani Şamaxıda üsuli-cədid məktəbi açmağa
nail oldu. Bu məktəbdə də təlim ana dilində aparılırdı, eyni zamanda fars və rus dilləri
də tədris edilirdi. S.Ə.Şirvani həm də uşaqlar üçün dərslik tərtib etmişdi. Bu dərsliyin
bəzi hissələri A.Çernyayevskinin "Vətən dili" dərsliyinə daxil edilmişdi.
Məhəmmədtağı Səfərov (Sidqi) 1892-ci ildə Ordubadda, Mirmöhsün Nəvvab 1895-ci
ildə Şuşada üsuli-cədid məktəbləri açdılar. Bu məktəblərdə də təlim ana dilində
aparılır, rus dili ayrıca fənn kimi keçirilir, yeni tədris üsulları tətbiq edilirdi. Bu
məktəblərin açılması xalq arasında böyük rəğbətlə qarşılanırdı. XX əsrin
başlanğıcında təlimin ana dilində aparılması Azərbaycan ziyalılarının başlıca tələb və
istəklərindən birinə çevrilmişdi.
238
XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda elmin ayrı-ayrı sahələrinin
inkişafında böyük uğurlar qazanıldı. Bu dövrdə tarix elmi daha güclü inkişaf yolu
keçdi, çoxlu əsərlər yazıldı. Tarixçilər Azərbaycan tarixini həm Şərq və
Dünya
tarixinin bir hissəsi kimi öyrənir, həm də ayrı-ayrı xanlıqların tarixi haqqında əsərlər
yazırdılar. Bu sahədə Abbasqulu ağa Bakıxanovun 1841-ci ildə yazdığı "Gülüstani-
İrəm" əsəri xüsusi yer tutur. Bu əsərdə Azərbaycan tarixi ilk dəfə ən qədim dövrlərdən
1813-cü ilə kimi sistemli şəkildə, həm də müxtəlif ilkin mənbələr əsasında şərh
edilmişdir[95]. A.Bakıxanov həm də coğrafiya, fəlsəfə və etika üzrə qiymətli əsərlər
yazmışdır. Onun "Nəsihətnamə" əsəri əxlaq, tərbiyə haqqında çox dəyərli vəsait idi və
ondan uzun müddət məktəb və mədrəsələrdə dərslik kimi istifadə edilmişdir[96].
Tarixə marağın artdığı XIX əsrin ortalarında Mirzə Adıgözəl bəyin və Mirzə
Camalın Qarabağ xanlığı, Kərim ağa Fatehin Şəki xanlığı, İskəndər bəy Hacınskinin
Quba xanlığı haqqında əsərləri Azərbaycan tarixşünaslığında mühüm yer tuturdu.
Rusiyada şərqşünaslıq elminin yaranması və inkişafında azərbaycanlı alimlər -
Mirzə Cəfər Topçubaşov və Mirzə Kazımbəy böyük rol oynamışlar. M.C.Topçubaşov
Peterburq universitetində 20 ildən çox fars dili və ədəbiyyatından dərs demiş[97], İran
ədəbiyyatı və tarixinə dair əsərlər yazmışdır.
Mirzə Kazım bəy isə əvvəlcə Kazan, sonra Peterburq universitetlərində dərs
demiş, şərqşünaslıq fakültəsinin dekanı kimi rus şərqşünasları məktəbinin
yaradıcılarından biri olmuşdur. O həm də çoxlu sayda dərslik və tədqiqat əsərlərinin
müəllifidir. Onun "Dərbəndnamə" əsəri bu qədim Azərbaycan şəhərinin çoxəsrlik
tarixinə həsr edilmişdi. M.Kazımbəyin "Bab və babilər" əsəri İranda və Cənubi
Azərbaycanda XIX əsrin ortalarında baş vermiş böyük ictimai-siyasi hərəkata,
"Müridizm və Şamil" əsəri isə Şimali Qafqazda dağlı xalqların müstəmləkə əsarətinə
qarşı milli azadlıq mübarizəsinə həsr olunmuş və bu gün də öz elmi dəyərini
saxlamaqdadır.
XIX əsrin son onilliklərində kapitalizmin inkişafı, xüsusən də neft sənayesinin
sürətli inkişafı geologiya, kimya, biologiya və s. sahələr üzrə elmi axtarışların
genişlənməsini zəruri etmişdi. Almaniyada Strasburq universitetində ali təhsil almış,
üzvi kimya sahəsində ilk azərbaycanlı alim Mövsüm bəy Xanlarov Almaniyada
dissertasiya müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsi almışdı[98].
Bu dövrdə Azərbaycanda biologiya, kənd təsərrüfatı və təbabət sahələri üzrə
elmi biliklərin yayılması və inkişafında Moskva universitetini fərqlənmə diplomu ilə
bitirmiş və alimlik dərəcəsi almış Həsən bəy Zərdabi böyük rol oynadı. Onun elmi
yaradıcılığı müasiri olduğu rus və Avropa alimlərinin təbiət elmləri üzrə tədqiqatları
ilə sıx bağlı idi. H.B.Zərdabinin ardınca Moskva Kənd Təsərrüfatı Akademiyasının
məzunu Nəcəf bəy Vəzirov da kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üsulları,
meşəçilik üzrə biliklərin yayılmasında fəal iştirak edirdi.
XIX əsrin ikinci yarısında tarixşünaslıq sahəsində yeni tədqiqatlar, əsasən də
Qarabağ, Şəki, Lənkəran xanlıqlarının tarixinə, Cənubi Qafqazın Rusiya tərəfindən
işğalı probleminə həsr olunmuş əsərlər yazıldı. Mirzə Yusif Qarabaği, Mir Mehdi
239
Həşimzadə (Xəzani), Əhməd bəy Cavanşirin Qarabağ xanlığı haqqında əsərləri
bütövlükdə XVIII əsrin ikinci yarısında və XIX əsrin ilk onilliklərində regionda baş
verən hadisələr haqqında qiymətli məlumatlarla zəngindir. M.F.Axundovun,
H.Zərdabinin tariximizlə bağlı məqalələri, S.Ə.Şirvaninin Şirvan xanlığının tarixi
haqqında əsərləri də tarix elminin inkişafında əhəmiyyətli rol oynadı.
Bəhs olunan dövrdə ədəbiyyatşünaslıq və ədəbi tənqid sahələri üzrə də sanballı
tədqiqatlar yazılmağa başlandı. Azərbaycanda bu elmin əsasını M.F.Axundov qoydu,
F.Köçərli, N.Nərimanov tərəfindən isə daha da inkişaf etdirildi.
M.F.Axundov Azərbaycanda həm də maarifçi fəlsəfənin əsasını qoydu. O,
Azərbaycan mütəfəkkirlərini Qərbi Avropa və Rusiya filosoflarının baxışları ilə tanış
etdi, Şərq despotiyasının elmi tənqidini verərək, parlamentli idarə üsulunun
üstünlüklərini qeyd etdi. M.F.Axundovun bu sahədəki çox böyük fəaliyyəti
nəticəsində Azərbaycan fəlsəfi fıkri öz inkişafında İran və Osmanlı dövlətlərini xeyli
qabaqlamış oldu. XIX
əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda elmin
inkişafında Fransada Sorbonna Universitetinin məzunları M.Şahtaxtinski və
Ə.Ağayevin böyük xidmətləri oldu. Onların şərqşünaslıq, İslam dini üzrə tədqiqatları
elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı[99]. Bu dövrün çox məşhur
mütəfəkkirlərindən biri də Əli bəy Hüseynzadə idi. O, İstanbul Universitetinin tibb
fakültəsini bitirmiş və xeyli müddət orada dərs demişdi. Onun fəlsəfə, tarix,
təbiətşünaslıq, ilahiyyat üzrə tədqiqatları maraqla izlənirdi.
Coğrafi biliklərin inkişafında İbrahim ağa Vəkilovun və Qafur Rəşad
Mirzəzadənin xidmətləri böyük idi. Q.R.Mirzəzadə 1910-cu ildə "Qafqaz coğrafiyası"
adlı əsər nəşr etdirmişdi. İ.Vəkilov isə Rusiya imperiyasının müxtəlif bölgələrinin
topoqrafik xəritələrinin hazırlanmasında iştirak etmişdi.
XX
əsrin başlanğıcı Azərbaycan ədəbiyyatı tarixi elminin yaranması ilə
əlamətdardır. Bu elmin yaradıcısı F.Köçərli 1908-ci ildə üçcildlik "Azərbaycan
türklərinin ədəbiyyatı" əsərini yazdı. Bu əsər yazılmasından 100 il sonra da öz
dəyərini saxlamaqdadır və keçən dövr ərzində Azərbaycan ədəbiyyatı tarixi
mütəxəssisləri ondan bəhrələnməkdə davam edirlər. F.Köçərlinin elmi-ədəbi
yaradıcılığında qadın azadlığı məsələsi də mühüm yer tuturdu. Onun İslamın qadına
münasibətinə həsr etdiyi silsilə məqalələri çox dərin elmi araşdırmanın məhsulu idi.
F.Köçərli İslam dininin qadınların həyatının müsbət yöndə dəyişdirdiyini qeyd edərək
qadına münasibətin sonradan ruhanilər tərəfindən təhrif edildiyini çoxsaylı
nümunələrlə əsaslandırmışdır[ 100]. Azərbaycan ədəbiyyatı tarixinin tədqiqi ilə
Ceyhun Hacıbəyov da məşğul olurdu. O, qadın şairlərimizin ədəbi irsini öyrənmiş və
"Azərbaycan gülləri" adlı məqaləsini buna həsr etmişdi. O, ədəbiyyatın nəzəri
məsələləri haqqında da qiymətli araşdırmalar aparmışdı.
Azərbaycan xalqının zəngin folklor irsinin toplanması və tədqiqi də bu dövrdə
geniş miqyas aldı. Bu sahədə F.Köçərli, A.Şaiq, T.Bayraməlibəyov və başqalarının
böyük xidməti oldu. XX əsrin əvvəlində elmin müxtəlif sahələri üzrə tədqiqatçıların
çoxalması Azərbaycan elminin sürətlə inkişaf etdiyini göstərirdi.
|