biri də musiqar olmuşdur. Əfsanəvi quşun adını daşıyan bu musiqi alətinin adına
N.Gəncəvinin, M.Füzulinin əsərlərində rast gəlinir. Nizami musiqarın gözəl səsə
malik olmasını xəbər verir. Orta əsrlərdə bir sıra musiqi alətləri kimi musiqar da zərb
alətləri ilə birlikdə incə ruhlu rəqs havalarının ifası zamanı səslənərmiş. Səkkiz borulu
200
şeypur, gərənay, nəfir, şahnəfir və bir sıra başqa nəfəsli musiqi alətləri olub ki, onlar
çağırış, haray, döyüş nidaları kimi səsləniblər.
XVI əsrin əvvəllərində Hələb şəhərində yaşayan Azərbaycan şairi Zəririnin
"Leyli və
Məcnun" əsərində Nofəlin apardığı müharibədən bəhs edən səhnəni
xatırlatmaq bu cəhətdən çox maraqlıdır.
Boru ünü çıxdı asimanə,
Xəncər bədəni boyadı qanə.
Seyr etdi səhabi-tiğ qani,
Çox adəmə vurdu ox bəlani.
Gərənay, nəfir, şahnəfir və şeypur zindan zəncirini qoparan, qəlbləri coşdurub
təpərli, dəliqanlı igidləri silaha sarılmağa, Odlar yurdunun şərəfini qorumağa, böyük
qələbələrə haraylayır.
Göründüyü kimi, həmin alətlərimizin tarixi xalqımızın mübarizə tarixi ilə sıx
bağlı olmuşdur. Mis borulardan düzəldilən həmin nəfəsli alətlər döyüşkənlik,
yenilməzlik ruhu aşılamaq üçün kus, təbil və başqa zərb alətlərilə birlikdə
səslənərmiş.
Öz quruluşu və səsinə görə bir-birindən fərqlənən şeypur, gərənay, nəfir, şah-
nəfir və başqaları bizim zəmanəmizə qədər gəlib çatmamış və ya çox az çatmışdır.
Lakin tarixi mənbələrdə bu barədə məlumat vardır.
Vaxtilə Azərbaycanda işlədilən belə nəfəsli alətlərdən biri də şeypurdur. Uzun,
düz borudan ibarət olan şeypur çox kəskin səsə malik olmuşdur. VII əsr alban
tarixçisi Musa Kalankatuklu çoxsəsli musiqi aləti haqqında xəbər verir. Görünür, o,
201
şeypuru və ya ona oxşar başqa bir nəfəsli musiqi alətini nəzərdə tutmuşdur.
Nizami şeypur haqqında yazır:
Səsləndi nağara, şeypur dərindən,
Sanki yer oynadı, göy tək yerindən.
və yaxud:
Şeypurlar kin ilə gurlar elə bil,
Məhşərdir surini çalır İsrafil.
Sonrakı əsrlərdə də müharibələr olub, dəhşətlər qopub, həmin anlarda da
şeypur öz əzəmətli səsini ərşə çıxarıb. Lakin XX əsrdən etibarən şeypur tədricən
aradan çıxıb.
Qulaq batıran, boğucu və dəhşətli səsə malik olan gərənay tunc və ya mis
borudan ibarət olub, uzunluğu 2 metrə qədər olmuşdur. Gərənay müştük keçirilərək
çalınan bir ucu dar, digər ucu isə nisbətən iri diametrli çalğı alətidir. Onun bir neçə
yerindən boğmaları vardır. Bu alətin Azərbaycanda qədim zamanlardan səslənməsi
ehtimal olunur. Lakin orta əsrlərin müxtəlif dövrlərində bu daha geniş yayılmışdır.
"Kitabi-Dədə Qorqud" dastanında oxuyuruq:
Gumbur-gumbur nağaralar döyüldü,
Burması altun borular çalındı.
Çox ola bilsin ki, zərb musiqi alətilə birlikdə səslənən həmin boru aləti gərənay
olmuşdur. Onun səsini, imkanlarını daha dəqiq şəkildə Nizaminin aşağıdakı beyti
ifadə edir:
Gərənay səsindən tutuldu qulaq,
Qorxudan titrədi bütün əl-ayaq.
XVII əsrdə Azərbaycanda olan səyyah Kempfer başqa musiqi alətləri kimi
gərənayın da adını çəkir və 2 metr uzunluğunda olduğunu qeyd edir.
Gərənaydan kiçik olan nəfir səsinə görə ondan bir qədər fərqlənir. Nəfirin səsi
nisbətən az gurultuludur. Misdən hazırlanan və düz boru şəklində olan bu alətin bir
qədər əyilmiş forması şahnəfir adlanır. Nəsiminin söz incilərində nəfirin adı çəkilir.
Ənbər ol zülfi tozun daşdır əbir,
Məhşər oldu, qopdu hüsnündən nəfir[159].
Nəfir alətinin adına Füzulinin "Leyli və Məcnun" poemasında da rast gəlirik.
Orada deyilir:
Cəm etdi sipahi-bini hayət,
Çaldırdı nəfirü, çəkdi rəyət.
Ol qövm həm oldular xəbərdar,
Cəm eylədilər sipahi-xunxar[160].
Kempfer Azərbaycanda bir metr uzunluğunda olan nəfir və daha böyük ölçüdə
olan buynuz kimi əyilən şahnəfirin istifadə edildiyini xəbər verir.
Dostları ilə paylaş: