Mücirəddin Beyləqani aşiqanə lirik qəzəllərində, rübai və qəsidələrində insan
duyğularının obrazlı təsvir və tərənnümünə üstünlük verilir. Bu zaman digər
müasirləri kimi, o da Qətran Təbrizi ənənələrinə sadiq qalaraq əlvan təbiət lövhələri
yaratmaq məharətini nümayiş etdirir.
M.Beyləqani yaradıcılığı əsasən qəsidə, qəzəl və rübailər üçün xarakterik olan
tərənnüm, vəsf və dünyanın dərki məsələlərinə həsr edilsə də, burada zəmanədən
şikayət motivləri də nəzərə çarpmaqdadır.
Qivami Mütərrizi yaradıcılığında demokratik meyil müasirlərinə nisbətən
üstündür. Mənbələr onu N.Gəncəvinin gah əmisi oğlu, gah da qardaşı kimi göstərir.
Q.Mütərrizi Gəncəvi özünün peşəsi və şairlik qüdrəti haqda belə yazırdı:
Şairlikdə yoxdur mislimi görən,
Çörəkçilikdə də hələ təkəm mən.
Qivaminin poeziyası başdan-başa insana məhəbbət, onun romantik duyğu və
ideallarına, humanist keyfiyyətlərinə və intellektual səviyyəsinə hörmət və məhəbbət
üstə köklənmişdir. Odur ki, o, bu bəşəri qabiliyyət və gözəlliklərin normal inkişafına
əlverişli zəmin olmayan dövrana tənqidi yanaşmışdır. Şair bəşər övladı üçün
arzuladığı xoşbəxt, ideal dövranı görə bilmədiyi üçün dərin kədər və düşüncələr
aləminə qərq olur. Bu real duyğuların qəmli mənzərələrini bənzərsiz və real poetik
lövhələrlə göz önündə canlandırır. O, qara saçları cavanlıq gecəsi, ağaran saçları isə
qocalıq sübhü kimi mənalandıraraq insan ömrünün mərhələlərini belə təsvir edir:
Cavanlıq gecəsi məndən ayrıldı,
Başımda işvəkar bir sübh açıldı.
Getdi eyş gecəsi, gəldi dərd günü,
Bütün sirlərimin açdı üstünü
Olsa da bir kəklik kimi duruşum,
Fəna ovlağında kəklik - ov quşum.
Xalis qızıl kimi olsam da mətin,
Əcəlin ağzıdır mənə kəlbətin.
Həyatın bütün bu reallıq və qanunauyğunluqlarına göstərdiyi ayıq fəlsəfi
münasibətin nəticəsidir ki, Qivami insan ömrünün qocalıq qayğılarını da xatırlatmağı
lazım bilir:
Axirət evinin fikrin etməli,
Rahatlıq mülkünü atıb getməli.
Şair həyatın mənasını əyləncələrdə yox, mənalı, ayıq yaşamaqda görür. Bu hal
onun yaradıcılığında didaktik istiqamətin meydana çıxmasına səbəb olur. Onun
poeziyası forma və məzmununa görə bitkin, sənətkarlıq xüsusiyyətləri baxımından
əlvandır.
Azərbaycan ictimai-bədii fikrində insana, onun kainat, təbiət və cəmiyyətlə
münasibətinin forma və üsullarına getdikcə artan maraq özünün ideya və məzmununa
görə də təkmilləşməyə başlayır. İnsana, onun mövcudiyyətin seçilmişi olması barədə
bəslənən və təlqin edilən bu fikir intibahı ictimai düşüncədə çeşidli istiqamətlərin
248
yaranması ilə nəticələnir. İnsanın saflığı, mənəvi-əxlaqi kamilliyə çataraq, onu
qorumaq vəzifəsinin müqəddəsliyinin bədii ədəbiyyatda tərənnümü, nəfs, tamah, kin,
ədavət və s. şər qüvvələr üzərində ağlın və əxlaqın, paklıq və insanpərvərliyin,
humanizm və ədalətin, bir sözlə, xeyirin qələbəsinin vəsfi, habelə insanın daxili
dünyasının ecazkarlığına nüfuzetmə cəhdlərinin təbiət və insan gözəlliklərinin
vəhdətinin bədii-estetik əksi fonunda üzə çıxması, ədəbi-estetik düşüncə ilə ictimai-
fəlsəfi fikrin bir-biri ilə qovuşmasını təmin edən amillərdən oldu. İnsana, onun arzu
və ideallarına bəslənən hörmət və sevgi yaradana, Tanrıya olan məhəbbətlə
yaxınlaşmağa başladı. Həmin proseslər dövrün poeziyası ilə yanaşı elmi-fəlsəfi
fikrinin də ana xəttinə çevrildi. Bütün bunlar ġihabəddin Sührəvərdinin (1154-
1192) dühasında öz vəhdətini tapdı. Onun "Hikmətül-işraq", "Əl həyakil ənnuriyyət",
"Təvariqül-ənvar", "Risaleyi-ruzi ba cəmaəti-sufiyan", "Risaleyi-əqle-sorx",
"Risaleyi-pərtövnamə", "Risaleyi-səfire-cimorğ", "Risalət ət-teyr" və s. elmi
əsərlərində və poeziyasında insanda ideya-əxlaqi və ruhi-mənəvi nur, işıq axtarışları
və bütövlükdə kainatın, yaradılışın dərkinə yönəlmiş ardıcıl və inadlı cəhdlərin ədəbi-
fəlsəfi təzahürü ilə qarşılanır. Kamil insan axtarışları ruhi-ilahi varlığın timsalında,
ilahi-insan məzmununda dərk və qəbul edilir. Beləliklə,
vəhdəti-vücud və ruhun
əbədiliyi fəlsəfəsi elə islam düşüncəsinin özündən mayalanaraq ona meydan
oxumağa, onun ehkamlaşmış və təhriflərə məruz qalmış müddəalarının qarşısına
maneə kimi çıxmağa başlayır. Pak və yaradan, ilahi və müqəddəs, nur dolu ruhu dörd
ünsürə, maddi varlığa qarşı qoyan Ş.Sührəverdi yazırdı:
Məni ölmüş bilib qəmli dayanan,
Ağlayan dostlara çatdırın xəbər;
Elə zənn etməyin ölmüşəm daha,
And olsun Allaha, "mən" necə ölər.
Mən bir sərçə idim, bu, qəfəsimdi,
Uçaraq boş qoydum onu sərbəsər.
Allahı görürəm burda gözümlə,
Bunu xalqa gizli verirəm xəbər.
Ruhları çıxarın bədənlərindən,
Onda haqdan sizə görünər əsər.
Şair ruhların onların uçmağına əngəl olan qəfəslərindən – bədənlərindən
çıxarılmasını ölüm kimi yox, əsil həyatın başlanğıcı, onu öz ideal və amalına
qovuşduran bir vasitə, yerdəyişmə kimi dərk və qəbul edir. Bu panteist məhəbbət
fəlsəfəsinin əsasını ruhun birliyi, vahidliyi təşkil edir. Ona görə də Ş.Sührəverdi
sözünə belə davam edir:
Dəhşətə gəlməyin can verən zaman,
Bu, yerdəyişmədir, köçə bərabər.
Bizim ruhumuzun mayası birdir
Bir şeydən yoğrulub bədənlər yeksər.
Mən sizi görürəm özümdə hər vaxt,
249
Mənim özümsünüz hamı sərasər.
Bütün
bunlarla
yanaşı,
Şihabəddin
Sührəverdinin
ruh
fəlsəfəsi
tərkidünyalıqdan tamamilə uzaqdır. Bu təlim həyat eşqi, yaşamaq həvəsi, əxlaqi
saflıq, humanizm, xeyirxahlıq və insanlıq, halallıq və sevgidə sabitqədəmlik,
vəfadarlıq, nəfs, tamah üstə iradi və əqli hökmranlıq, zəhmətsevərlik və çalışqanlıq
kimi mənəvi-əxlaqi keyfiyyətlərin vəhdətindən yoğrulmuşdur. O, insanları qəmdən
uzaq olub, şən, şux, eyş-işrətlə yaşamağa, "ömür bitməmişkən bu fani dünyadan kam
almağa" çağırırdı. Eyni zamanda bildirirdi ki, bütün yaxşılıqlar da, pisliklər də, üz
verən xeyir və şər əməllər də əslində ayrılıqda kiməsə deyil, hamıya aiddir.
Əlbəttə, əsrlərdən bəri formalaşaraq ehkama çevrilən islam düşüncəsinin
mühafizəkar qüvvələri onun sərhədlərinin, yaratdığı çərçivələrin üstünə kölgə salınıb
xilafətin dağıdılması ilə barışa bilməzdilər. Bu tipli hər hansı təşəbbüsə qarşı onlar
amansızlıqla müqavimət göstərirdilər. Şihabəddin Sührəverdi də öz ideyalarının
yolunda həmin amansızlığın nəticəsində qurban getdi, qətlə yetirildi. Lakin onun nur
fəlsəfəsi və ruhun bütövlüyü, əbədiliyi ideyaları ictimai-ədəbi və fəlsəfi düşüncədə
pərvəriş taparaq yeni və rəngarəng forma və məzmunda davam və inkişaf etdi, Yaxın
və Orta Şərqin intibah ideyalarının ideya-estetik tərkibində qərar tutdu, Məhsəti
Gəncəvi, Ə.Xaqani, N.Gəncəvi, Ə.Cami, M.Əvhədi, İ.Nəsimi, M.Füzuli, M.V.Vidadi
və digər xələflərinin yaradıcılıq dünyasını öz nuru ilə işıqlandıraraq onların milli
mədəni və ideya-əxlaqi vəhdətinin elmi-fəlsəfi təminatçılarından birinə çevrildi.
Dostları ilə paylaş: |