Azərbaycan xalqının ümummilli lideri


Əfzələddin  Xaqani  ġirvani  (1126-1199)



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə56/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   52   53   54   55   56   57   58   59   ...   139
Əfzələddin  Xaqani  ġirvani  (1126-1199) 

Azərbaycan  intibah  ictimai-ədəbi  və  fəlsəfi 

fikrinin  ən  qüdrətli  nümayəndələrindən  hesab 

olunur.  "O,  bir  tərəfdən  Yaxın  və  Orta  Şərq 

ədəbiyyatında  saray  şerinin  gözəl  nümunələrini 

yaratmış,  dövrünün  hökmdarlarına  mübaliğəli 

təriflərlə  dolu  şeirlər  həsr  etmiş,  digər  tərəfdən 

saraylara,  qolu  və  hökmü  güclülərə  qarşı 

mübarizə  ruhlu,  coşqun  etiraz  və  üsyan  səciyyəli 

əsərlər yazmışdır... 

Xaqani  son  dərəcə  zəngin  bir  ədəbi  irs 

qoymuş  və  bədii  ədəbiyyata  gətirdiyi  ölməz 

ənənələrlə  bütün  Yaxın  Şərq  şerinin  inkişafına 

təkan  vermişdir.  Azərbaycan  ictimai-bədii  fikir 

tarixində  fəlsəfi  qəsidənin  banisi,  eləcə  də 

ədəbiyyatımızda ilk məsnəvi yaradıcılarından biri 

kimi  məşhur  olan  şair  Yaxın  və  Orta  Şərq 

poeziyasına  şeir  texnikasının  incəliklərinə  qədər  nüfuz  edən  ustad  bir  sənətkar  kimi 

daxil olmuşdur"[6]. Ə.Xaqaninin poeziya və nəsr əsərlərindən ibarət olub ərəb və fars 

dillərində  qələmə  alınan  ədəbi  irsi  Azərbaycan  tarixi-ictimai  və  fəlsəfi  hadisəsidir. 

Şairin  yaradıcılığında  dərin fəlsəfi  fikir tutumu ilə  yanaşı, yüksək şeir texnikası onu 

müasirlərindən  fərqləndirir.  O,  yaradıcılığa  kiçik  həcmli  janr  olan  lirik  qəzəllərlə 

başlamışdır.  Ömrünün  sonunadək  həmin  janrda  yazdığı  əsərlərində  tərənnüm  etdiyi 

incə  və  səmimi  eşqin  fonunda  həm  də  dövrün  möhnət  və  ağırlıqlarına  münasibət 

bildirilir.  Eyni  zamanda  Xaqaninin  irihəcmli  əsərlərində  -  qəsidə  və  məktublarında 

tarixi və ictimai-fəlsəfi hadisə və fikirlər yüksək sənətkarlıqla öz ifadəsini tapmışdır. 

O,  qəzəldə  süjet  yaratmaq,  ona  təhkiyə  və  mükalimə  üsullarını  gətirdiyi  kimi, 

qəsidələrində  də  ənənələrə  uyğun  olan  mədh  və  mübaliğə  üsulları  ilə  yanaşı  real, 

həyati hadisələrin təsvirinə, elmi-fəlsəfi ümumiləşdirmələrə də yer vermişdir. Odur ki, 

Ə.Xaqaninin  qəsidələri  bu  gün  də  dəyərini  saxlayaraq  özünə  oxucu  marağını  təmin 

etməkdədir.  Bu  əsərlərdə  təbiət  və  kainat  mənzərələrinin  təsviri  həm  də  həmin 

təsvirlərin  qəsidənin  mövzusu  və  məzmunu  ilə  ideya-bədii  cəhətdən  yüksək 

sənətkarlıqla əlaqələndirilməsindədir. 



251 

 

Şairi  daha  çox  məşhurlaşdıran  əsərlər  sırasında  onun  "Mədain  xərabələri" 



əsərinin,  "Qəsideyi-şiniyyə"  kimi  məşhur  olan  qəsidəsinin,  Şirvanşah  Maniçöhrün 

hökmü  ilə  Şabran  qalasında  həbsdə  ikən  qələmə  aldığı  "Həbsiyyə"  ümumi  başlıqlı 

şeirlər  silsiləsinin,  müasirlərinə  nəzm  və  nəsrlə  göndərdiyi  məktubların  xüsusi  yeri 

vardır.  Bu  əsərlərdə  dövrün  və  hökmdarların  zülm,  haqsızlıq  və  ədalətsizliklərin 

üsyankar  bir  etiraz,  insan  ağlına  və  zəkasının  nəhayətsizliyinə  inam,  ruhun  və  və 

qəlbin  azadlığı  və  s.  ictimai-fəlsəfi  fikirlər  özünün  yüksək  poetik  həllini  tapmışdır. 

Bununla  yanaşı,    şair  "Qəsideyi-şiniyyə"də,    kainatın    sirlərinin    açılmasında 

təfəkkürün  roluna  yüksək  qiymət  versə  də,  bu  işin  tamamilə  yerinə  yetirilməsinin 

mümkünsüzlüyünü  də  etiraf  edir.  Ona  görə  də  oxucusunu  bütün  sirlərə  vaqif  olmaq 

üçün oxuyub öyrənməyə, elmin dərinliklərinə varmağa çağırır. 

"Töhfətül-İraqeyn"  əsəri  ictimai-siyasi  məzmunlu  və  lirik  xarakterə  malik  bir 

poemadır. Onun müəllif tərəfindən verilən adı "Töhfətül-xəvatir və zibdətül-zəmair" 

olsa  da,  poema  "Töhfətül-İraqeyn"  kimi  məşhurlaşmışdır.  Əsər  Azərbaycan 

ədəbiyyatında  ilk  poema  hesab  edilir.  Baş  qəhrəmanı  müəllifin  özü  olan,  yəni 

poemada təsvir edilən hadisələr Ə.Xaqaninin öz səyahətləri zamanı real müşahidələr 

və  qənaətləri  əsasında  qələmə  alınan  "Töhfətül-İraqeyn"  Şərq  poeziyasında  orijinal, 

oxşarı olmayan[7] bir əsər hesab edilməkdədir. 

Poemada  şairin getdiyi şəhər  və ölkələrdə, o cümlədən Məkkə, Bağdad, Kufə 

və s. bu kimi tarixi məkanlarda gördüyü insanların, əhalinin güzəranı, həyat tərzi, adət 

və  vərdişləri,  xasiyyətləri  barədə  müşahidə  və  qənaətləri  özünün  poetik  əksini 

tapmışdır.  Lakin  həmin  ictimai-fəlsəfi  mühakimələrin  əsasında  şairin  həm  də 

Şirvanda formalaşan dünyabaxışı dayanır. Bu dünyabaxışı isə humanizm, azad sevgi, 

insan ruhunun və dühasının azadlığı,  məğrurluq, haqsızlıq və ədalətsizliyə qarşı qəti 

barışmazlıq  prinsiplərinə  əsaslanır.  Əsər  dövrün  real  tarixi-ictimai  mənzərələrini 

canlandırmaq,  ayrı-ayrı  tarixi  şəxsiyyətlər  və  hadisələr,  habelə  müxtəlif  məkanların 

əhalisi  haqqında  etnoqrafik  məlumatları  özündə  dolğun  ifadə  etmək  baxımından  da 

qiymətlidir. 

Bütövlükdə  Ə.Xaqaninin  ədəbi  irsi  Azərbaycan  bədii-fəlsəfi  düşüncəsinin 

inkişafı  tarixində  özgün  bir  zirvə  olmaqla,  özündən  sonrakı  dövrlərdə  ümumbəşəri 

fikirlərin  inkişafına  yeni  təkan  verdi.  Bu  təkanı  şairin  yaxın  müasirlərindən  olan 

Nızami Gəncəvinin yaradıcılıq dühasının vüsətində aydın görmək olur.  


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin