Ġskafi Zəncani bütün bunlarla yanaşı, dövrün ictimai-tarixi haqsızlıqlarına,
cəmiyyətdəki mövcud bərabərsizliyə, zülmə və ədalətsizliyə qarşı özünün poetik
etirazlarını ucaltmaqdan çəkinmirdi.
Kafi Zəfər Həmədani poeziyasında həyatdan, Tanrının insana bəxş etdiyi
nemətlərdən bacarıqla, müdrikliklə bəhrələnməyə çağırışın aparıcı leytmotiv olması
onun şuxluğunu, bu poeziyada həyat eşqinin güclü olduğunu göstərirdi. Bütün bunlar
həmin poetik nümunələrin ideya-estetik baxımdan kamilliyini və zərifliyini də təmin
edirdi. Çünki onlar incə zövqün və həssas qəlb çırpıntılarının məhsulu olaraq
yaranırdılar.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Qətran
Dostları ilə paylaş: |