Həsən bəy Zərdabinin (1841-1907) səyi və səmərəli fəaliyyəti ilə
Azərbaycanda teatrın, xeyriyyəçilik hərəkatının və milli mətbuatın əsası qoyuldu. Bu
işdə ona N.Vəzirov, Əhsənül-Qəvaid, M.Ə.Şirvani, S.Ə.Şirvani, Ə.Gorani və b.
tələbələri və həmkarları kömək edib arxa durdular. "Əkinçi" qəzeti ətrafında dövrün
mütərəqqi fikirli yaradıcı qüvvələri cəmləşdi.
Milli mətbuatın yaranması bəzi şairlərin, o
cümlədən S.Ə.ġirvaninin (1835-1888) yaradıcılığı
yeni ədəbi istiqamətin - maarifçilik görüşlərinin
ideya-estetik təzahürü və inkişafına, habelə satiranın
daha da dərinləşib ictimai səviyyəyə çatmasına və
realizmin qüvvətlənməsinə özünün müsbət təsirini
göstərdi. O, lirik əsərlərində, qəzəllərində M.Füzuli
ənənələrini davam və inkişaf etdirərək bu janra
aşiqin daha çox real, həyati çırpıntıları ilə süslənmiş
bir "nəfəs" gətirdi. Nəticədə Seyid Əzim qəzəlləri
həyat nəfəsli, realist biçimli bir lirika kimi şöhrət
tapıb yadda qaldı.
S.Ə.Şirvani
satiranı
həcvguluqdan
və
məhəlliçilikdən birdəfəlik xilas edib ona ictimai
məzmun, yüksək ideya-estetik keyfiyyət bəxş etdi.
Eyni zamanda maarifçi şeirləri ilə yanaşı mənzum hekayə və təmsilləri ilə milli uşaq
ədəbiyyatımızın klassik səviyyəyə qalxmasını təmin etdi.
M.F.Axundovun nəsr və dramaturgiya ənənələri əsrin sonlarına doğru
N.Vəzirov, H.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov və başqalarının yaradıcılığında
davam etdirilib, yeni mövzu, ideya və bədii-estetik xüsusiyyətlərlə zənginləşdirildi;
komediya janrı ilə yanaşı, "Müsibəti Fəxrəddin", "Dağılan tifaq", "Ağa Məhəmməd
şah Qacar", "Nadir şah" dramları ilə N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev
tərəfindən Azərbaycan dramaturgiyasında faciə və tarixi dram janrlarının əsası
qoyuldu[30] və bu istiqamətdə yeni-yeni ədəbi nümunələr meydana çıxmağa başladı.
Bütün bu əsərlərin mərkəzində maarifçilik ideyaları, xalqı maarifləndirərək onu daha
səmərəli və daha geniş fəaliyyət meydanına çıxarıb, xoşbəxt gələcəyə aparmaq
məqsədi dayanırdı. Bütün bunlarla yanaşı, S.Ə.Şirvaninin satiralarında, mənzum
məktub və müxbir yazılarında da həyatdakı mövcud çatışmazlıqların, ictimai
ədalətsizlik və xalqa edilən zülm və işgəncələrin, təsəvvürlərdə hökm sürən avamlıq,
gerilik və ətalətin, xurafat və nadanlığın satirik ifşasında, təsvir və təhkiyəsində də
xalqın maarifə və ictimai-mədəni səviyyəyə yüksəldilməsi məqsədi izlənilirdi[31].
276
"Əkinçi" qəzeti ənənələri və maarifçilik hərəkatının davamını və inkişaf edərək
yeni-yeni ideya-məzmun keyfiyyətləri qazanması prosesinin izlərini "Ziya" ("Ziyayi-
Qafqasiyyə") və "Kəşkül"ün səhifələrində, həmin mətbuat orqanlarının təsisçisi və
redaktorları olan Səid və Cəlal Unsizadə qardaşlarının ictimai-mədəni fəaliyyətlərində
aydın müşahidə etmək olar. Belə ki, əgər "Əkinçi" qəzeti səhifələrində oxumağın
əhəmiyyətindən, təriqətçiliyin ziyanından danışılıb, camaat elm təhsil etməyə,
təriqətçilikdən, xurafatdan isə uzaq olub birliyə və tərəqqiyə çağırılırdısa, "Ziya"
("Ziyayi-Qafqasiyyə") qəzetində bu ideyalar nəinki davam etdirilir, hətta əməli
şəkildə həyata tətbiq edilirdi. S.Ünsizadə Şamaxıda və Tiflisdə təsis etdiyi
məktəblərdə ("Məclis" məktəbi, Müsəlman qız məktəbi) sünni və şiə uşaqlarının eyni
sinifdə dərs keçmələrinə nail olur, yeni üsullu məktəblər üçün dərslik yazılmasının
zəruriliyi və yerlərdə olan pedaqoji kadrların bu vəzifəni həyata keçirməyə güclərinin
çatması və əgər belə bir iş görülərsə, həmin dərsliyin özünün "Ziya" mətbəəsində
çapına imkan yaradacağı barədə "Ziyayi-Qafqasiyyə"də çıxış edirdi. O, bununla
kifayətlənməyib özünün yazdığı dərsliklərin nəşrinə nail olurdu. Şamaxıya qazi təyin
olunanda isə S.Ə.Şirvaninin dili ilə desək:
Səid Ünsizadə Tiflisdən oraya
Gələntək verdi ruhi-məclisi-ruhaniyyə zinət,
Kəmali-ruhi-ruhanələtdən oldu bəzm ruhani...
...Düşüb ol fikrə kim, Şirvanı darülfünun eyləsin,
Qiraətxanə açsın, nəşr qılsın elmi-ədyani...
Gələntək gördü kim, var göftguyi-şiəvü-sünni,
Solu bir parə müfsidlər əracif eyli qövğani.
Çəkirlər bir-birinin büxldən məxfi ayağından,
Salırlar şübhəyə təsvirilə ümal-dəbvani.
Ağa Seyyid Əlinin xəlqi cəm etdi otağına,
Götürdü aralıqdan hökumət ilə kid əxvani.
Beləliklə, S.Ünsizadə vaxtilə qələmə alıb "Ziyayi-Qafqasiyyə"də çap etdirdiyi
"Məktəblərimiz və mədrəsələrimiz barəsində bir neçə söz"[32] məqaləsində irəli
sürdüyü məsələlərdən başqa digər elmi-mədəni problemlərin həlli üçün əlindən gələni
edirdi. Bütün bunlarla yanaşı, Seyid Əzim Şirvaninin də maarifçilik baxışlarında və
ədəbi görüşlərində xeyli irəliləyiş olur. O, Azərbaycan xalqının digər xalqlardan
geriliyinin səbəbləri üzərində düşünüb yollar axtararkən bunun əsas səbəblərindən
birini köhnə tədris üsulu, təlim-tərbiyə vasitələri və dünyabaxışında görərək,
soydaşlarını yenilik ruhlu ideyalara və tərəqqiyə səsləyirdi:
Özgələr eyləyib tərəqqiyi-tam,
Niyə biz qalmışıq bu növ avam?
Niyə biz bunca bikamil olduq?
Ayaq altında payimal olduq?
Bəsdi tədrisi dərsi - "Kürbəvü müş",
"Leyli-Məcnun", "Vəsfi-badəfüruş".
277
Bütün bu baxışların, maarifçiliyin inkişafının nəticəsi olaraq, M.Ş.Vazehdən
başqa S.Ə.Şirvani, M.N.Didə, M.T.Sidqi, A.O.Çernyayevski, S.Vəlibəyov və
başqaları bu dövrün tələblərinə cavab verə bilən dərsliklər yazırlar. Onlardan bir
çoxlarının çapına çar Rusiyasının hakim dairələri icazə və imkan verməsə də bəziləri
işıq üzü gördü.
Azərbaycan ictimai-ədəbi fikrində meydana çıxan mütərəqqi cəhətlərin, onun
yenilik, tərəqqi və dünyaya inteqrasiya meylinin izlərini "Kəşkül" jurnal-qəzetinin
səhifələrində də müşahidə etmək mümkündür. Belə ki, burada bir tərəfdən Şərq və
Qərb ədəbiyyatından tərcümələr çap edilir, xarici ölkələrin ədəbi-tarixi
şəxsiyyətlərinin öz xalqlarının tərəqqisinə göstərdikləri xidmətlər və bunların
müqabilində onlara bəslənən qədirşünaslıq münasibətlərindən danışılır, digər tərəfdən
də ədəbi-tənqidi məqalələrin köməyi ilə oxucuların fikri və bədii-estetik zövqlərinin
inkişafına istiqamət verilirdi. Eyni zamanda təbliğ etdikləri mədəni, əxlaqi
keyfiyyətlərin bariz nümunəsi olaraq milli ədəbi-tarixi şəxsiyyətlərimiz, onların həyat
və yaradıcılıq yolları barədə müxtəlif səpkili məqalələr çap edilirdi...
XIX əsrin axırlarına doğru Azərbaycan maarifçi ədəbi-ictimai fikrinə yeni
keyfiyyət - siyasi dünyabaxış da əlavə olunmağa başlanır. Bu, ölkədə siyasi
dərnəklərin yaranması, fəaliyyəti və getdikcə siyasi partiyalara çevrilməsi ilə əlaqədar
idi. Çünki həmin təşkilatlar cəmiyyətdə öz proqram və platformalarını yayırdılar.
Nəticədə XX əsrin lap ilk illərində Azərbaycan ictimai-ədəbi fikrində də milli-
özünüdərk problemlərinə və milli mənlik şüurunun formalaşdırılması məsələlərinə də
diqqət yetirilməyə başlanır. Ədəbi-mədəni ictimaiyyət "Nədən bu hala qaldıq?",
"Çıxış yolu nədədir?", "Bizə hansı elmlər lazımdır?" sualları ətrafında araşdırmalar
aparır, xalq isə hələlik mədəni, mənəvi "hüquqlar üstə ədavət" etmək üçün səfərbər
olurdu. Bu proseslərin getdikcə sistemli və sürəkli şəkil almasında Həsən bəy Zərdabi,
Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Nəriman Nərimanov, Haşım bəy Vəzirov, Məhəmməd ağa
Şahtaxtlı, Firidun bəy Köçərli, Məhəmməd Tağı Sidqi, Fəqir Ordubadi, Sultan Məcid
Qənizadə, Axund Əbuturab Axundov və b. fəal iştirak edirdilər. Sonralar həmin
ədəbi-ictimai fikir və hərəkat axınına Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə,
Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla
Şaiq, Abdulla bəy Divanbəyoğlu, Axund Yusif Talıbzadə, Mirzə Ələkbər Sabir,
Məhəmmədəmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əlabbas Müznib, Mirzə
Məhəmməd Axundov, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov,
Mirzəbala Məhəmmədzadə, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Mehdi
bəy Hacınski, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Razi
Şamçızadə, Salman Mümtaz, Qurbanəli Şərifzadə, Məşədi Həbib Zeynalov və
başqalarından ibarət yeni ədəbi qüvvələr də qoşuldu. Müxtəlif nəsilləri və
dünyabaxışlarını özündə birləşdirməsi Azərbaycan ədəbi-ictimai fikir və bədii-
estetik mənzərəsinin rəngarəngliyini də şərtləndirirdi. XX əsrin əvvəlləri Azərbaycan
ədəbiyyatında demokratik fikir mənzərəsinin realist, romantik, sentimental, maarifçi,
278
türkçü, islamçı ədəbi-estetik və ictimai-mədəni
cərəyanları bir-birləri ilə qarşılıqlı yaradıcılıq
əməkdaşlığı, bəhrələnmə, bəzən də qovuşuq, sintez
halında
fəaliyyət
göstərirdilər.
Yəni
mollanəsrəddinçilərin, XX əsr realist ədəbi cərəyanın
nümayəndələrinin
"ağsaqqal
yoldaşı"
olan
Dostları ilə paylaş: |