Cümhuriyyət dövrü ədəbiyyatında müstəqilliyin məstedici şirinliyindəndən
doğan ruh yüksəkliyi və sevinc notları aparıcı olsa da, ictimai-milli qayğı və
problemlərin ideya-estetik əksi məsələlərinə də kifayət qədər geniş yer verilirdi. Bu
dövr ədəbiyyatında vətənpərvərlik hissi, istiqlal sevinci, qazanılmış uğurların
qorumasının vacibliyinin dərki və bədii ifadəsi, siyasi, hərbi, iqtisadi, mədəni və
mənəvi-psixoloji problemlərin sosial-tarixi səbəbləri, onların həlli yolları ardıcıl,
sistemli və məqsədyönlü şəkildə işıqlandırılır, soydaşlarımızda dövlətçilik,
vətənpərvərlik, qəhrəmanlıq, səbir və gələcəyə inam duyğuları aşılanırdı. Bu işdə
Qafqaz İslam Ordusu ilə Azərbaycana gələn türkiyəli şairlər də yaxından iştirak
edirdilər. Dövrün aparıcı müəllifləri sırasına M.Hadi, Ümmügülsüm, A.Səhhət,
A.Şaiq, C.Cabbarlı, H.K.Sanılı, Ə.Cavad, Əliyusif, M.Şahtaxtlı, Seyid Hüseyn,
Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə və başqaları, türkiyəli
şairlərdən Arif Ürfan Qaraosman, Rövşən Əşrəf və b. daxil idilər.
Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin 1920-ci il ədəbi məhsullarında
Türk dünyasının o dövr tarixi-siyasi sıxıntılarından doğan nigarançılıq və narahatlıq
dolu duyğular özünün ideya-estetik əksini dərin vətəndaşlıq kədəri ilə tapmışdır...[43]
Türk dünyasının və Azərbaycanın başı üstünü alan qalın qara buludların güclü
ildırım şaqqıltısının, odlu şimşəkləri Azərbaycanın sovet Rusiyası tərəfindən işğalını
gerçəkləşdirdi; Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə
süqut etdi. Yeni quruluş və imperiya maraqları öz yerini hələ möhkəmlətmədiyi üçün
ölkədə proletariat diktaturası davam etsə də, ədəbi-ictimai aləmdə hələ elə bir kəskin
dönüş hiss olunmurdu. Ancaq milli istiqlal ideyaları öz yerini yavaş-yavaş sosializmin
tərənnümünə, sovet həyat tərzinin təbliğ və təlqininə verməyə başlayırdı. Bütün
bunlar sovet Rusiyasının imperiya maraqlarına uyğun idi. Həmin dövrdə A.Şaiq,
C.Cabbarlı, M.S.Ordubadi, H.Cavid, Ümmügülsüm, Seyid Hüseyn, Ə.Cavad və digər
müəlliflərin yaradıcılığında müşahidə edilən yeni ədəbi-estetik keyfiyyət milli istiqlal
ideyaları ilə sosializmin hücumu arasındakı tarixi psixoloji mübarizənin simvollarla,
282
pərdələnmiş şəkildə ifadə ehtiyacının daxili potensial güc və vətəndaşlıq yanğısından
irəli gəlirdi. Bununla yanaşı, M.Müşfıq, S.Rüstəm, S.Vurğun, O.Sarıvəlli, B.Talıblı,
Ə.Vəliyev, M.İbrahimov, M.Hüseyn, S.Rəhimov, Əbülhəsən və b. ibarət yeni ədəbi
nəsil yaradıcılıq meydanına çıxıb uğurla fəaliyyətə başladılar. Ancaq 1934-cü ildən -
SSRİ Yazıçılarının I qurultayından sonra, hər sahədə olduğu kimi, bədii ədəbiyyat və
sənət aləmində də sosializmin ideoloji diktəsi hökm-fərma oldu. Qanlı repressiyalar
düşünən beyinlərin, duyan könüllərin böyük əksəriyyətini məhv edib susdurdu...
|