turançılıq meyli ilə diqqəti cəlb edir. Şairin lirik qəhrəmanının "Tanrısı gözəllik və
sevgidirsə", "Ana", "Səyavuş", "Şeyx Sənan", "İblis", "Topal Teymur" və s.
dramlarında, həmçinin "Azər" poemasında bəşəri düşüncə və ideyalar hakimdir.
280
Həmin pyeslərlə H.Cavid həm də Azərbaycan ədəbiyyatında mənzum dram janrının
əsasını qoymuşdur.
Abdulla ġaiqin (1888-1959) romantizmi "İdeal və insanlıq" axtarışları ilə
özündə ümumtürk mifoloji düşüncəsinin romantik-fəlsəfi ifadəsini lirik-psixoloji
planda əks etdirir. Bu poeziya, ümumən A.Şaiq yaradıcılığı, onun "İki familiyanın
məhvi", "İki müztərib, yaxud əzab və vicdan", "Köç", "Məktub yetişmədi",
"Əsrimizin qəhrəmanları", "Araz", "Nüşabə", "Qafqaz çiçəyi", "Xasay" adlı nəşr və
dram əsərləri, habelə uşaqlar üçün yazdığı şeirlər və ədəbi-tənqidi məqalələri
ədəbiyyatımızın qızıl fonduna daxil olmaqla humanizmi, ümumbəşəri ideyaların
bolluğu, mübariz və nikbin ruhu ilə yanaşı, maarifçi təbiətdən irəli gələn lirik və
didaktik keyfiyyətlərə də malikdir[37].
Dostları ilə paylaş: