Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə74/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   70   71   72   73   74   75   76   77   ...   139
Əli  bəy  Hüseynzadə  özünün  ədəbi  və 

publisistik  fəaliyyətində  türkçülük  ideyalarını 

əsas  götürərək  nəşr  etdiyi  "Həyat"  qəzeti  və 

"Füyuzat"  jurnalı  səhifələrində  romantizmin 

ideya-fəlsəfi  və  bədii-estetik  prinsiplərini  həmin 

istiqamətdə  şərh  və  təbliğ  edirdi.  Onun  bədii-

publisistik 

irsi 


türkləşmək, 

islamlaşmaq, 

müasirləşmək  formulunun  irəli  sürülüb  ideya-

fəlsəfi dərkini də özündə əks etdirirdi[40]. 



Əhməd  bəy  Ağayevin  ədəbi  görüşləri 

daha  çox  Qərb  və  Şərq  bədii-estetik  sərvətinin 

qabaqcıl meyilləri üstə köklənirdisə, Axund Yusif 

Talıbzadə,  M.M.Axundov,  H.S.Ayvazov  və  b.  islamçılıq  düşüncəsinin  milli  və 




281 

 

ümumşərq əxlaqi dəyərləri fonunda dərki istiqamətində də fəaliyyət göstərirdilər[41 ] 



F.Köçərli,  Abdulla  Sur,  Seyid  Hüseyn  və  b.  dövrün    ədəbi-nəzəri  fikrinin 

başında  durur,  onu  doğru  və  düzgün  yola  istiqamətləndirirdilər.  Bu  şəxsiyyətlərin 

səmərəli  və  məqsədyönlü  fəaliyyətləri  nəticəsində  Azərbaycan  ədəbiyyatı  özünün 

nəzəri-estetik prinsiplərini milli-tarixi əsaslar üzərində qura bildi[42] 

.. M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli və başqalarının 

bədii-publisistik fəaliyyətləri Azərbaycan ictimai və ədəbi-estetik düşüncəsində, milli 

kimlik,  milli  dirilik  və  milli  müstəqillik  uğrunda  mübarizə  ideyalarının  getdikcə 

güclənməsini təmin edirdi. 

Uzun  onillərin  ardıcıl,  məqsədyönlü,  gərgin,  çoxçalarlı  mübarizə  və  ictimai-

ədəbi  yaradıcılıq  axtarışları,  istiqbal  və  milli  istiqlal  uğrunda  vətəndaşlıq 

təəssübkeşliyi  və  təşnəsi  ilə  aparılan  mübarizələr  səmərəsiz  qalmadı,  tarixi  şəraitin 

verdiyi  imkana  hazır  olan  Azərbaycan  xalqı  1918-ci  ilin  28  may  günündə  özünün 

müstəqilliyini elan etdi. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin