Abdulla bəy Divanbəyoğlunun (1883-
1936) yaradıcılığı isə romantizmdən daha çox
sentimentalizmə meyilliliyi ilə seçilir[38]. Ədibin
"Ərdo dərəsi", "Can yanğısı", "Əbdül və
Şahzadə" adlı nəsr əsərlərində romantizmdən
daha çox sentimental təsvir, təhkiyə, ideya-estetik
keyfiyyət diqqəti cəlb edir. A.Divanbəyoğlunun
ədəbi qəhrəmanları öz təbiətləri və tale yolları ilə
də sentimental xüsusiyyətə malikdirlər.
S.S.Axundov yaradıcılığında sentimental
keyfiyyət maarifçilik biçimində üzə çıxır.
N.Nərimanov,
Ə.Haqverdiyev,
S.M.Qənizadə və b. nəsr və dramaturgiya
sahəsində özlərini görkəmli realist sənətkar və
milli-demokratik ideyaların maarifçilik biçimində
ideya-estetik dərk və əksetdiriciləri kimi təsdiq
etdirirlər[39].
Dostları ilə paylaş: |