Mirzə Ələkbər Sabir (1862-1911) inqilabi
satira poeziya məktəbinin banisi və bayraqdarı
olmaqla yanaşı, onun yaradıcılığı romantik notlardan
da xali deyildi. Bu sənətkarın poeziya rübabında
dövrün demək olar ki, bütün zümrə, sinif, təbəqə və
baxışlarını təmsil edən nümayəndələrinin ürək
döyüntülərinin, psixoloji əxlaq və düşüncə tərzinin son
dərəcə rəngarəng və orijinal melodiya və qammaları
yüksək sənətkarlıqla səsləndirilirdi. Poeziyası ilə öz
əsrinin həqiqi bədii-estetik və sosial-psixoloji sənət
aynasına çevrilən Sabirin surətlər aləmi və obrazlar
qalereyasının sakinlərinin sayı bəlkə də onun
satiralarının sayından çox idi. Çünki şairin bəzi
satiralarında ("Bir məclisdə on iki kişinin söhbəti",
"Nə işim var?!", "Ürəfa marşı", "Fəxriyyə",
"Sərhesab", "Nəfsin qərəzi, əqlin mərəzi", "Ay can!..
Ay can!..", "Təhəssür" və s.) tək yox, bir neçə sosial-
siyasi və mənəvi-əxlaqi düşüncə, təsəvvür və
təbəqənin ictimai-psixoloji portreti sənətkarlıqla göz
önündə canlandırılmışdır. Onun ədəbi məktəbinə
məxsus şairlər də Sabir poeziyasının ideya-estetik prinsiplərini hər biri özgün şəkildə
279
davam etdirirdi[34].
M.Ə.Sabir realist-romantik olduğu kimi,
Dostları ilə paylaş: |