Məhəmməd Hadi (1879-1920) də Azərbaycan
romantizminin banisi və romantik-realist idi. Onun
yaradıcılığı
"Amali-tərəqqi",
"Amali-vicdan",
"Lövheyi-bahar", "Vətənin nidası", "Dünya saheyi-
qəmdir", "Əndişeyi-həyat", "Bariqeyi-zəfər parlayır,
istiqbal bizimdir", "Qüvvət, həyat, ümid", "Əməl",
"Dilək ölməz!", "Vaxtın səsi və həyatın özü",
"Beşikdən məzara qədər bəşərin əhvalı", "Türkün
nəğməsi",
"Azərbaycan
dövləti-növzadına",
"Əsgərlərimizə-könüllülərimizə",
"Ümid
ilə
yaşayın!" və s. şeir, poema, məqalə və tərcümələri
dövrün bütün mühüm sosial-siyasi hadisələrinə,
milli-mədəni və mənəvi-əxlaqi proseslərin fəal
şəkildə və romantik pafosla əks-səda verirdi.
M.Hadinin romantizmi özünün fəlsəfi tutumu,
mübariz ruhu, axtarış əzmi, istiqlal təşnəsi, istiqbal
ünvanlı olması və nikbin xarakteri ilə diqqəti cəlb
edir[35].
Dostları ilə paylaş: |