59
olmaq istəməzdi. Görünür ki, onu belə
hərəkətə rəiyyətin yoxsulluğu, xüsusilə
sənət və ticarətin getdikcə zəifləməsi vadar etmişdi. Digər tərəfdən, İ. P.
Petruşevski haqlı olaraq müəyyən vergilərin ləğvinin səbəbini hökmdarın bu yolla
xalq həyəcanlarının qarşısını almaq istəməsində görmüşdür (38, 224).
Tamğanı toplayan şəxs tamğacı adlanmışdır [65, 428]
Rüsum. Xüsusi xidmətləri olan nüfuzlu şəxslərə
verilən mükəlləfiyyət
növüdür (39, 279). Qara Yusif 810 (1407/08)-cu ildə Teymurun nəvəsi Əbubəkrlə
döyüşə yollanmazdan əvvəl öz əmir və dövlət başçılarını yanına çağırıb, bu fikrini
bildirdikdən sonra ―onların hamısını nemətlər və mərcumat ilə ümidzar etmişdi‖
(64, 263b). Bu misaldan rüsumun bir növ şirnikləndirmə, həvəsləndirmə vasitəsi
kimi bəyan edildiyi görünür.
―Əhsənüt-təvarix‖ salnaməsinin hər yerində
rüsum sözü mərsum və
mərsumat kimi getmişdir. Orta əsr tarixçiləri bu istilahı çox vaxt məvacib
mənasında işlətmişlər (64, 225b; 262a; 50, 437; 61, 315b). Misal üçün aşağıdakı
hadisəyə diqqət yetirək:
933 (1526/27)-cü ildə şamlu tayfasının bir dəstə üzvünə mərsum
verilmədiyi
üçün onlar üsyan edib, Sam Mirzənin vəziri Xacə Həbibullahı
öldürmüşdülər. Həsən bəy Rumlu bu hadisəni belə nəql edir: ―Bir gün (Xacə
Həbibullahı) nərd oynamaqla məşğul idi. Mərsum almayan şamlu camaatı Xacənin
yanına gələrək, səslərini ucaldıb dedilər: ―Bizə məvacib vermədiyin üçün işdən
azad et‖ (65, 197).
―Əhsənüt-təvarix‖ əsərində rüsumla məvacibi eyniləşdirən başqa bir fakt
da vardır: 981 (1573/74)-ci ildə Mirzə Şükrüllah İsfahanini vəzirlikdən çıxarıb, bu
vəzifəni Seyid Hüseyn Fərahani və Xacə Cəmaləddin Təbriziyə verən I Şah
Təhmasib onların hər birinə 500 Təbriz tüməni məbləğində mərsum təyin etmişdi
(65, 159).
Beləliklə, aydındır ki, XV - XVI əsrlərdə Azərbaycanın iqtisadi vəziyyəti
haqqında ―Əhsənüt-təvarix‖ əsərinin verdiyi faktlar
bu salnamənin əhəmiyyətini
əyani şəkildə nəzərə çatdırır.
Dostları ilə paylaş: