Azərbaycan XV-XVI əsrləRDƏ


Vergi və mükəlləfiyyətlər



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   12   13   14   15   16   17   18   19   ...   29
Şahin Fərzəıiyev

Vergi və mükəlləfiyyətlər. XV əsrdən etibarən soyurqal feodal torpaq 
institutunun genişləndirilməsi ilə əlaqədar olaraq iri feodal torpaq mülkiyyəti 
artmağa başladı. Sahibkarlar isə müxtəlif vergi növləri ilə rəiyyəti əldən salır və 
get-gedə varlanırdılar. Buna görə də kənd və şəhər əhalisinin vəziyyəti olduqca 
ağır idi. Həsən bəy Rumlu əhalinin istismarı və yoxsullaşmasına səbəb olan bir sıra 
vergi və mükəlləfiyyətlər haqqında müəyyən məlumat verir.
Bildiyimiz kimi, vergilər xüsusi dövlət vergiyığanları - mühəssillər 
vasitəsilə toplanırdı [64, 269a; 56, 329, 356]. ―Əhsənüt-təvarix‖də xalqın 


56 
mühəssillərin əlində giriftar olduğu aşkar göstərilmişdir. O yazır: ―Hamı 
mühəssillərin əlində giriftar oldu‖ [64, 200b]. 
Mühəssillər vergiləri müəyyən olunmuş miqdardan artıq yığmağa 
çalışırdılar. Onlar vergi verə bilməyənləri işgəncə ilə məcbur edir, çoxlu mal ələ 
keçirməyə çalışırdılar [65, 69]. Vergi toplanışı zamanı vergiyığanların özbaşınalığı 
şəhər və kəndlərdə narazılıq yaradır və bəzi hallarda üsyana səbəb olurdu. 808 
(1405/06)-ci ildə qanunsuz olaraq rəiyyət malına əl uzadılmasından həyəcana gələn 
Təbriz əhalisi üsyan etmiş, vergiyığan Xacə Pirəlini öldürmuş və səngər 
(küçəbənd) düzəldərək döyüşə başlamışdı (64, 269a). 
Vergilər əhalidən məhsul və pul ilə yığılırdı ki, bu haqda əsasən Həsən 
bəy Rumlunun məlumatını şərh etməyə çalışacağıq. 
Xərac və bac. XV əsrdən xərac istilahını əvəz edən mal, mal-o çehat, 
bəhre sözləri daha çox işlənməyə başladı. ―Əhsənüt-təvarix‖ əsərində bu sözlər bir-
birinin sinonimi kimi getmişdir. Orada bəzən bac və xərac istilahları birləşdirilərək 
bac-o xərac kimi göstərilir (64, 257b). Qeyd etdiyimiz bu mənasından əlavə xərac 
sözü bir dövlətin özünə tabe etdirdiyi vilayət və ölkələrdən aldığı vəsait kimi də 
işlənmişdir (64, 2146; 77, 165). İ. P. Petruşevski və Ə. Ə. Əlizadə xərac istilahını 
kənd təsərrüfatından yığılan əsas vergi mənasında vermişlər (39, 267; 26, 210). 
Lakin məlum olduğu kimi xərac yalnız kənd təsərrüfatı məhsulları ilə yox, pul ilə 
də ödənilirdi. Buna aid ―Əhsənüt-təvarix‖ salnaməsində müəyyən misallar vardır. 
Ağqoyunlu Yaqub şah 886 (1481/82)-cı ildə Gürcüstana hücum etdikdə gürcü 
hökmdarı Kvarkvare bu ağqoyunlu hökmdarına ildə 500 tümən xərac verməyə 
boyun olmuşdu (64, 1286). Həsən bəy Rumlunun başqa bir məlumatından bilinir 
ki, Şirvanşah Fərrux Yasar da Yaqub şaha hər il 5000 tümən məbləğində xərac 
göndərirdi (64, 123-a). 
―Əhsənüt-təvarix‖dən aydın olur ki, əgər xərac verilişi dayandırılsaydı, 
xərac verməli olan yer hücuma məruz qalırdı. 906 (1500/01)-cı ildə Şirvanşah 
Fərrux Yasar qızılbaşlar tərəfindən öldürülmüş və İsmayıl Səfəvi Bakı qalası 
üzərinə hücuma keçmişdi, çünki ―bakılılar onların öhdəsinə qoyulan xəracı 
ödəmirdilər‖ (65. 45).
Ümumiyyətlə, xərac ağır vergi olmuşdur. Təsadüfi deyil ki, istər 
Azərbaycan, Şirvan, istərsə də başqa ölkə və vilayətlər bəzən bu vergini 
ödəməkdən boyun qaçırır, beləliklə də, bir növ üsyan edirdilər. I Şah İsmayılın
Şirvana hücumunun səbəbi ―şirvanşahın istiqlaliyyətdən dəm vurmasında və xərac 
verməkdən boyun qaçırmasında‖ olmuşdur
34

Həsən bəy Rumlu göstərir ki, hökmdar tərəfindən təqsirləndirilən şəxs 
müəyyən cəzalara məruz qalırdı: qətl edilir, yandırılır, yaxud da onun üzərinə 
34
I Şah İsmayılın Şirvana bu hərbi səfəri də ―Əhsənüt-təvarix‖də təfsilatı ilə verilmişdir, lakin səbəb 
göstərilməmişdir (Bax: 65,108 – 109). Biz həmin səfərin səbəbini A. Bakıxanovdan götürdük (Bax: 
6,99) 


57 
böyük məbləğdə xərac qoyulurdu. 953 (1546/47)-cü ildə I Şah Təhmasibə qarşı 
üsyan edən Əlqas Mirzə bağışlanmasından ötrü öz şah qardaşının yanına anası və 
oğlunu yolladıqda, şah onu əfv etmiş və hər il xəzinəyə 1000 Təbriz tüməni 
məbləğində xərac verməyini cəza əlaməti kimi ona qəbul etdirmişdi (65, 315; 74, 
82). 
Orta əsrlər Azərbaycanında ticarət yollarından istifadə olunaraq mal 
daşınarkən, şəhərə giriş darvazasında bac alınırdı. Bacı, əsasən, tacirlərdən tələb 
edirdilər (26, 223 - 224) ki, bu da ticarətin inkişafına olduqca pis təsir göstərirdi. 
(26, 67 - 68). ―Əhsənüt-təvarix‖də bac istilahı xərac sözünün sinonimi kimi 
işlənmişdir (64, 251b; 74, 127, 142). 
Mal. Müxtəlif xüsusi əmlakdan bağ, meşə sahəsi, dəyirman və s.-dən, 
ümumiyyətlə, rəiyyət və köçərilərdən alınan vergi olmuşdur (26, 240). Bəzən mal 
dedikdə dövlət xəzinəsinə daxil olan vergilər yığımı nəzərdə tutulurdu (65, 386; 
26, 240). Mal məhsul, ya da pulla verilirdi. Bu istilah mülkiyyət, xüsusiyyət və pul 
mənasında da işlədilir (64, 177a; 26, 240). ―Əhsənüt-təvarix‖də bu söz qənimət 
mənasında da göstərilmişdir (64, 263a). 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin