Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   9   10   11   12   13   14   15   16   ...   29
Şahin Fərzəıiyev

Qulluqçu. Müharibəyə yollanan döyüşçülərin bir hissəsini də qulluqçular 
təşkil edirdi [65, 24, 347]. V. F. Minorski qulluqçunun atlı, ya piyada olduğunu 
müəyyənləşdirməmişdir [112, 64], lakin ―Təzkire-yi Şah Təhmasib‖ əsərində onun 
süvari olduğu yazılır [76, 38b-39a]. 
Topçu. Bu istilah qaraqoyunluların siyasi tarixinin əks etdirilməsi zamanı 
işlənmədiyindən, güman etmək olar ki, Azərbaycanda ―top‖ və ―topçu‖ sözləri XV 
əsrin birinci yarısında təsəvvür kəsb etməmişdir. Mənbələrdə sonrakı illərdə 
topçuların fəaliyyəti barədə az-çox məlumat vardır [66, 608; 65, 293, 322; 88, 293; 
77, 210]. ―Topçubaşı‖ istilahı yalnız topçular dəstəsinin başçılarına deyil, habelə 
toptökmə ustalarının rəhbərinə deyilmişdir [28, 81-82, 137]. 
Nəqbəçi. Azərbaycanca lağım mənasını verən ―nəqb‖ ərəb ismindən 
düzəldilən sözdür. Nəqbəçi (yaxud nüqqab) mühasirə vaxtı qala və şəhər 
divarlarını uçuran lağımatan əsgərlərə deyilirdi. Həsən bəy Rumlunun yazdığına 
görə, şəhər və qalaların alınmasında nüqqablar böyuk rol oynayırdılar [65, 46, 
109]. 
Bu istilahlardan əlavə, ―Əhsənüt-təvarix‖ əsərində hərbi işlərlə əlaqədar 
olan tüfəngçi [65, 127], yasovul [66, 355], nəfirçi [66, 355], mübəşşir [65, 68. 
220]
28
, çağırçı [66, 248]
29
və s. istilahlara da rast gəlinir. 
28
Mübəşşir – xəbəryayan mənasındadır. 
29
Çağırçı – ―çağırmaq‖ felindən olub carçı deməkdir 


50 
Beləliklə, yuxarıda danışılanlardan bir daha aydın olur ki, ―Əhsənüt-
təvarix‖ əsərinin XV-XVI əsrlərdə Azərbaycanın dövlət quruluşu və ordusu 
haqqında verdiyi məlumatlar son dərəcə faydalıdır. 
 
2. İqtisadi vəziyyət 
Orta əsr tarixi mənbələrində bu və ya digər ölkənin iqtisadi vəziyyəti 
haqqında olduqca az məlumat olmasına baxmayaraq, həmin məlumatın 
araşdırılması mühüm əhəmiyyət kəsb edir. 
Məlumdur ki, XV əsrdə feodalların istifadəsində olan torpaqlar həcm 
etibarilə dövlətin ixtiyarındakı torpaqlardan çox idi [39, 74]. XVI əsrdə isə 
vəziyyət bir qədər dəyişildi. Belə ki, əsrin əvvəlində yaranan Səfəvi dövləti dövlət 
torpaqlarının həcmini genişləndirməyə başladı. Lakin feodalların ixtiyarında hələ 
də xeyli torpaq sahələri qalırdı [39, 74].
Əgər XV əsrdə Azərbaycanda torpaq üzərindəki hakimiyyətin əsas növü 
irsi soyurqal idisə, artıq XVI əsrdən soyurqal verilişi xeyli azalmışdı. Səfəvilər 
apardıqları mərkəzləşdirmə siyasəti naminə Azərbaycanda və hakimiyyətləri 
altında olan digər ölkələrdə soyurqalı azaltmaqla yeni özünəməxsus bir institut 
olan tiyulu möhkəmlətməyə çalışırdılar [39, 74] ki, bu barədə bir qədər aşağıda 
danışılacaqdır. 
Əvvəllərdə olduğu kimi, XV-XVI əsrlərdə də dövlətin, ayrı-ayrı 
feodalların, eləcə də hərbçilərin əsas gəliri onlardan asılı olan rəiyyətin istismar 
edilməsi və başlıca olaraq, hərbi yolla qənimət ələ keçirilməsi ilə əldə edilirdi [39, 
76]. Buna görə də dövlət başçıları daim soyğunçu müharibələr törədir, nəticədə 
kənd və şəhər əhalisi
30
hərbi dəstələrin tapdağı olur, əkinçilik və sənətkarlıq 
tənəzzülə uğrayırdı. 
XV - XVI əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti kəndlərdə yaşayır, 
təsərrüfatla məşğul olurdu. Ölkə atlarının şöhrəti ətraf dövlətlərə yayılmışdı [64, 
237a]. Azərbaycan öz yaylaq və qışlaqları ilə də məşhur idi [64, 259a]. Şəhərlərdə 
sənətkarlığın müxtəlif sahələri inkişaf etməkdə idi. Qərbə və Şərqə gedən baş 
karvan yolları Azərbaycandan keçirdi [26, 54]. 
―Əhsənüt-təvarix‖ əsərində XV-XVI əsrlər Azərbaycan şəhərlərindən 
Təbriz [64, 269a, 270b], Bakı [65, 46, 108], Naxçıvan [65, 57, 163], Ərdəbil [65, 
225, 247], Bərdə [64. 269], Şəki [64, 254a, 259a], Şamaxı [64, 126a], Marağa [64, 
255a, 269a], Mahmudabad [64, 164a, 165a], Gəncə [65, 57, 317], Cavad [65, 57], 
Salyan [65, 296], Yevlağın [65. 317] adı dəfələrlə çəkilmiş, çaylarımızdan Araz 
[64. 265a, 269a], Kür [64, 254a, 269a] Samur [65, 317, 320] göstərilmiş, strateji-
siyasi cəhətcə əhəmiyyətli qalalardan Əlincə [64, 247a, 262a], Gülüstan [65, 47, 
286 - 287], Kiş [65, 334, 349], Gələsən-Görəsən [65, 349], Qəbələ [65, 43, 286], 
30
―Əhsənüt-təvarix‖də kənd və şəhər əhalisi rəiyyət və rəaya adlandırılır [64, 263b, 269a] 


51 
Maku [64, 169a, 186a] və s. haqqında danışılmışdır. Müəllif Gülüstan qalası 
barədə ―Şirvan vilayətinin ən böyük qalasıdır‖ cümləsini yazır [65, 46, 108]. 
Muğan [65, 286], Aran [64, 165a, 250b] və Qarabağ [64, 247a] da Həsən bəy 
Rumlu tərəfindən müəyyən qədər təsvir olunmuşdur. 
İndi də ―Əhsənüt-təvarix‖ əsəri əsasında XV - XVI əsrlərdə Azərbaycanda 
olan torpaq mülkiyyəti növləri haqqında məlumat verək.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin