Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   ...   13   14   15   16   17   18   19   20   ...   29
Şahin Fərzəıiyev

Aman malı. (Mal-i əmani). Şəhəri döyüşlə tutan, yaxud, şəhər əhalisindən 
narazı qalan hökmdar onlardan böyük məbləğdə aman malı tələb edirdi (64, 196a; 
30, 26a; 26, 251). 857- (1453/54)-ci ildə Cahanşah İsfahan şəhərini hələ həddi-
büluğa çatmayan oğlu Məhəmmədi Mirzəyə vermiş və onun əvəzində şəhəri idarə 
etməkdən ötrü lələsini yollamışdı. Lələ və isfahanlılar arasında narazılıq baş 
verdiyindən bu şəhər camaatı qaraqoyunlu hökmdarının qəzəbinə düçar olmuş və 
onların üzərinə 3000 tümən aman malı qoyulmuşdu (64, 196a). 
Mal-o cehat. Məhsulun bir hissəsi kimi yığılan renta vergi növüdür (39, 
226). Həsən bəy Rumlunun təsvirindən görünür ki, bu vergi olduqca gəlirli 
olmuşdur. I Şah İsmayıl Diyarbəkrin idarə olunmasını əmiri Qaraxana verdiyi vaxt 
əmir öz əvəzinə oraya Əhməd Çələbi adlı bir nümayəndəsini yollamışdı. Ancaq 
Əhməd Diyarbəkrin mərkəzi Amid şəhərinin mal-o cehatını Qaraxana 
göndərmədiyindən xan onu öldürmüşdü (65, 156). 
Bəzən müəyyən bir yerin mal-o cehatı şəxsə məvacib əvəzinə verilirdi. 
Sübut üçün bu cümlə kifayətdir: ―Bu yerin mal-o cehatı məvacibi olan İsgəndər 
bəy Əfşar...‖ (61,316a). 
Qan Bahası (Xunbəha). Döyüş vaxtı çoxlu hərbi qüvvəsini itirən 
hökmdar məğlubiyyətə uğratdığı yerdən qan bahası tələb edirdi. 906 (1500/01)-ci 
ildə Bakı qalasının qızılbaşlar tərəfindən çətinliklə alınmasından sonra qala 
sakinləri qan bahası kimi xəzinəyə 1000 tümən pul vermişdilər (65, 47; 27, 125). 


58 
Qan bahası, əsasən, əsirlərin bağışlanmasından ötrü verilən böyük məbləğ 
pul olmuşdur (64, 253a; 81, 234b: 77, 79)
35
Ələfə və Ülufə. Ələfə istilahı feodal qoşunlarındakı heyvanların 
yemlənməsindən ötrü əhalidən toplanan vergi olmuşdu. Bu söz altında bəzən 
hökümətin tələbi ilə döyüşçülər üçün rəiyyətdən yığılan ərzaq da başa düşülür (39, 
273—274; 90, 207—208). Ülufə isə vergiyığanlar, dövlət məmurları və əsgərlər 
üçün toplanan vergi növü idi. Lakin İ. P. Petruşevski ələfə və ülufəni bir-birinin 
sinonimi kimi göstərir (39, 274). Onun fikrincə, ülufə də ələfə kimi heyvanlar üçün 
yem, həmçinin döyüşçülər üçün yığılan ərzaqdır (39, 274). Ə. Ə. Əlizadə, K. S. 
Ləmbton və O. Ə. Əfəndiyev onları sinonim kimi qəbul edirlərsə də, ələfənin 
döyüşçülər, yaxud hökümət məmurlarından ötrü toplanan ərzaq malları, ülufənin 
isə heyvan yemi olduğunu göstərirlər (26, 236; 90, 207; -208; 52, 42). Ancaq tarixi 
mənbələrin bəzilərində ələfənin heyvan yemi, ülufənin isə insanlara verilən 
mükəlləfiyyət olduğu anlaşılır. Həsən bəy Rumlunun bu cümləsinə diqqət yetirək: 
―Döyüşçülərə ülufə çatdırılmasında... bir dəqiqə də baxımsızlıq etmirdi (yəni vaxt 
itirmirdi) (66, 503). 
Yaxud, ―Name-yi nami‖ əsərində göstərilir: ―Mütəvəlli, vəqf işçiləri
pişnamaz və azançılara sədrlərin razılığı ilə ülufə verilirdi‖ (69, 167). 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin