17
Təlim nəticəsi 2: Elektromexaniki cihazları təyin edə bilir
2.1.1. Elektrik dövrəsində cərəyanin ölçülməsini təyin edir
Elektrik dövrəsində cərəyanin ölçülməsi
Cərəyan şiddəti vahidi. Sərbəst elektrik vahidinin ölçmə sisteminə daxil
edilməsi ilk dəfə 1893-cü ildə Çikaqoda elektriklərin Beynəlxalq konqresində
təklif olundu. Burada təklif olundu ki, elektrik kəmiyyətlərinin iki mütləq
vahidləri buraya daxil edilsin: biri volt və biri amper. Bunlardan birincisi
gərginliyin ölçülməsi və ikincisi sabit elektrik cərəyanı şiddətinin ölçülməsi üçün
istifadə olunur. Təcrübədə sabit elektrik cərəyanının şiddətini onun ətraf mühitə göstərdiyi təsirə görə
təyin edirdilər.
Amper – sabit cərəyanın şiddətidir. İki bir – birinə paralel
düzxətli sonsuz uzunluğa və çox kiçik dairəvi en kəsiyi sahəsinə malik
bir–birindən 1m məsafədə vakuumda ötürücülərdən keçən cərəyan
bu ötürücülər arasında uzunluğu 1m olan sahədə 2
⋅
10
7
Ν qüvvə
yarada bilərdi.
Elektrik dövrəsində cərəyan şiddətini ölçmək üçün
mikroampermetr,
milliampermetr,
ampermetr
və
kiloampermetrdən istifadə olunur. Praktikada belə cihazlara sadə
olaraq ampermetr deyirlər. Ampermetrlər dövrəyə ardıcıl qoşulur.
Cərəyan ampermetrin dolağından keçir (Sxem 2.1 2). Bu
dolağın müqaviməti az olur. Ampermetrin ölçmə həddini
genişləndirmək üçün cihazın dolağına paralel olaraq nisbətən kiçik olan sabit müqavimət qoşulur.
Paralel qoşulan müqavimət şunt adlandırılır (Sxem 2.1 3.). Şuntlayıcı müqaviməti aşağıdakı formulaya
əsasən seçirlər.
Sxem 2.1 Ampermetrin dövrəyə qoşulması
Sxem 2.2 Ampermetrlərə şuntun
R
ş
=R
a
/(n -1)
R
a
– ampermetrin dolağının müqaviməti; n- ölçmə həddinin neçə dəfə böyüdülməsi.
Şuntlar sabit cərəyan dövrələrində istifadə olunan ampermetrlərə tətbiq olunur. Şuntların
müqaviməti temperaturdan asılı deyil. Onun materialı manqandan hazırlandığı üçün müxtəlif
temperaturlarda müqaviməti dəyişmir. Sabit cərəyanı ölçmək üçün maqnitoelektrik mexanizmli
cihazlardan istifadə olunur.
Dostları ilə paylaş: