Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Üçfazalı elektrik dövrələrində reaktiv gücü ölçə bilir



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə29/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   ...   22   23   24   25   26   27   28   29   30
elktrik-olcmalari

Üçfazalı elektrik dövrələrində reaktiv gücü ölçə bilir 
Müasir dövrdə sabit cərəyanın gücünün, üç fazalı dəyişən cərəyanın reaktiv 
gücünün ölçülməsi tələb olunur. Reaktiv gücün ölçülməsi ancaq üçfazalı 
cərəyandan istifadə edən iri elektrik enerjisi istehsalçıları üçün praktik 
əhəmiyyət daşıyır. Reaktiv gücün ölçülməsində xəta ± (0.01 .... 0.5) % arasında 
olmalıdır. 
Reaktiv enerjinin ölçülməsi ancaq sənayedə istifadə olunan üçfazalı dövrələr üçün aktualdır. 
Buna görə də bu dövrələrdə cərəyanın ölçmə diapazonunun aşağı həddi 1 A, gərginliyin ölçmə 
diapazonunun aşağı həddi isə 100 volt səviyyəsində qərarlaşır.
Üçfazalı dəyişən cərəyan dövrəsinin reaktiv gücünü bir aktiv güc vattmetri ilə də ölçmək 
mümkündür. Bunun üçün vattmetrin cərəyan dolağı bir xəttə ardıcıl qoşulur, gərginlik dolağı isə digər 
xətlərə qoşulur. Bu qoşulma sxemi 4.4.1.-də verilmişdir. 
Reaktiv gücü ölçmək üçün istifadə olunan vattmetrlərin gərginlik dövrəsinə əlavə müqavimət 
və induktivlik qoşulur. Reaktiv gücü ölçmək üçün elektrodinamik və ferrodinamik vattmetrlərdən 
istifadə olunur. Belə vattmetrlər reaktiv vattmetrlər adlandırılır. 
Reaktiv güc transformatorlarda və generatorlarda əlavə itkilərin yaranmasına sərf olunan 
gücdür. 
Sxem 4.8 Reaktiv gücü ölçmək üçün aktiv güc vattmetrinin qoşulması 


47 
Q = UIsin
𝜑
Ölçü vahidi volt-amper reaktivdir. Onda üçfazalı dövrənin reaktiv gücü ayrı-ayrı fazaların 
reaktiv gücləri cəminə bərabər olar.
Q U
1 f
I
1 f
sin
𝜑
1
+ U
2 f
I
2 f
sin
𝜑
2
+ U
3 f
I
3 f
sin
𝜑
3
Üçfazalı simmetrik dövrə üçün bu ifadəni belə yazmaq olar.
Q = 3 U
f
I
f
sin
𝜑
=
√3
 U
x
I
x
 sin
𝜑
Üçfazalı dəyişən cərəyan dövrəsində gücü ölçmək üçün vattmetrin ölçü həddini genişləndirmək 
məqsədilə cərəyana və gərginliyə görə əlavə şuntlar, müqavimətlər və ölçü transformatorları istifadə 
olunur (Sxem 4.4 2.). 
Sxem 4.9 Vattmetrin ölçü transformatorları vasitəsilə qoşulması 
Ölçü transformatorlarının qoşulması zamanı vattmetrin göstərişi ölçü transformatorlarının 
transformasiya əmsalları ilə vattmetrin şkala göstəricisinin hasilinə bərabər olur.
4.4.2.
 
Tələbələr üçün fəaliyyətlər 

Karusel iş üsulundan istifadə edərək gücü ölçmək üçün vattmetrin ölçü həddini 
genişləndirmək üçün cərəyana və gərginliyə qoşulan elementləri araşdırın və qrafikdə 
qeyd edin.
Sxem 4.10 
 

Reaktiv gücü ölçmək üçün istifadə olunan vattmetrlərin gərginlik dövrəsinə qoşulan 
ideal parametrlərini araşdırın və təqdimat hazırlayın. 

Reaktiv vattmetrlərə aid olan vattmetrləri araşdırın və venn diaqramından istifadə 
edərək müqayisə edin. 


48 
Sxem 4.11
4.1.3.
 
Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin