Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə22/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
elktrik-olcmalari

Dəyişən cərəyan voltmetrləri 
Dəyişən cərəyan voltmetrlərində ölçüləcək gərginlik, gərginlik bölücüsü vasitəsilə dəyişən 
cərəyan gücləndiricisinə daxil olur. Gücləndirdikdən sonra gərginlik orta, təsiredici və ya amplituda 
qiymətləri çeviricilərinə (cihazın təyinatından asılı olaraq) daxil olur. 
Dəyişən cərəyan voltmetrlərində gərginlik bölücüləri sabit cərəyan voltmetrlərinin giriş 
dövrələri kimi analoji birləşdirilmiş dövrələrdir. Voltmetrlərin bəzi tiplərində ölçmə diapazonunu əks 
rabitəsindəki müqaviməti dəyişməklə seçirlər.
Şəkil 3.4 Dəyişən cərəyan elektron voltmetri

SCG 



34 
Gərginliyin orta və təsiredici qiymətlərinin, elektron voltmetrlərdə istifadə olunan çeviricilərini 
gücləndiricinin çıxışına qoşurlar. Gərginliyin amplitud qiymətinin çeviricisini adətən sabit cərəyan 
gücləndiricisinin girişinə qoşurlar. 
Sxem 3.4 Dəyişən cərəyanın orta və təsiredici qiymətlərini ölçən voltmetrlərin struktur sxemləri

Elektron ommetrləri
Müqavimətlərin bir başa ölçülməsi üçün istifadə olunan elektron cihazlar elektron ommetrlər 
adlanırlar. Belə cihazların iş prinsipi stabilləşdirilmiş qida zamanı cihaza ölçüləcək və nümunəvi 
rezistorlardakı gərginlik düşgülərinin müqayisəsinə əsaslanır. Sxem nümunəvi R
n
və naməlum R
x
rezistorlarından ibarət olan gərginlik bölücüsündən, sabit cərəyan gücləndiricisindən və göstərici 
cihazdan P ibarətdir.
Şəkil 3.5 Elektron ommetr 
Sxem 3.5 Elektron ommetr 
Nümunəvi rezistordakı gərginlik düşküsü cərəyana görə gücləndirilir və göstərici cihaza, 
maqnitoelektrik mikroampermetrə daxil olur. Mikroampermetrin hərəkətli hissəsinin yerdəyişməsi R
x
-
ə mütənasib olduğundan onu müqavimət vahidlərinə görə bölgüləyirlər. 
Elektron ampermetrlərlə ölçmələrin xətası nümunəvi rezistorun hazırlanma keyfiyyətindən, 
qida mənbəyinin və sabit cərəyan gücləndiricisinin stabilliyindən asılıdır. 
Müasir elektron ommetrlərin ölçmə diapazonu 10
-4
-dən 10
12
Om-a qədərdir. Cihazların 
gətirilmiş xətası 1,5...2,5%-dir. 
Kənd təsərrüfatı istehsalatında elektron ommetrləri əsasən elektrik qurğularının izolyasiyasının 
ölçülməsi üçün, elektrik verilişi xətlərində zədə yerlərinin təyin edilməsi üçün və s. istifadə edirlər. 
3.2.2. Tələbələr üçün fəaliyyətlər 

“Elektron voltmetrləri” karusel iş üsulundan istifadə edərək təyinatına görə 
araşdırın və qrafikdə qeyd edin . 
VD1...VD4 


35 
Sxem 3.6

Sabit cərəyan elektron voltmetrin prinsipial sxemini öyrənin və qeydiyyat dəftərinizdə 
çəkin. 

Dəyişən cərəyan elektron voltmetrin prinsipial sxemini öyrənin və qeydiyyat 
dəftərinizdə çəkin. 

Elektron ommetrlərin tətbiq sahələrini araşdırın və müzakirə edin.
3.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin