Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Elektron ölçmə cihazları haqqında məlumat verir”



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə21/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
elktrik-olcmalari

“Elektron ölçmə cihazları haqqında məlumat verir” 

Elektron cihazlarının nöqsan cəhətləri hansılardır? 

Elektron cihazlarının mikrokiçiltməsi nəyə səbəb olmuşdur? 

İkinci qrupa aid edilən elektron ölçmə cihazlarına hansı cihazlar aiddir? 
3.2.1. Elektron voltmetrləri və ommetrləri haqqında məlumat verir 

Elektron voltmetrləri
Elektron voltmetrlər – sabit və dəyişən cərəyan dövrələrində gərginliyi ölçmək 
üçün ən geniş yayılmış elektron cihazlardır. Elektron voltmetrlər giriş gərginlik 
bölücüsündən, gücləndiricidən və maqnitoelektrik ölçmə mexanizmindən 
ibarətdir. Təyinatından asılı olaraq aşağıdakı qruplara ayrılır. 
1.
Sabit cərəyan voltmetrləri. 
2.
Dəyişən cərəyan voltmetrlər. 
3.
İmpuls voltmetrləri. 
4.
Fazahəssas voltmetrlər. 
5.
Selektiv voltmetrlər. 
6.
Universal voltmetrlər. 
Elektron voltmetrlərin giriş müqavimətləri çox böyük olur. Bu müqavimət 10
8
÷10
13
Om-a qədər 
olur, bu da onlardan çox kiçik güclü dövrələrdə ölçmələr aparmağa imkan verir. 
Elektron voltmetrlər elektromexaniki cihazlara nisbətən daha artıq yüklənmə qabiliyyətinə 
malikdir. 
Voltmetrin tərkibində sabit və dəyişən cərəyan gücləndiriciləri sabit gərginliyi dəyişən 
Analoq elektron 
cihazların 
qrupları
?
?
?
?


33 
gərginliyə, dəyişən gərginliyi isə sabit gərginliyə çevirən ölçü çeviriciləri olur. Elektron voltmetrlərin 
çıxış qurğusu kimi maqnit-elektrik mikroampermetrdən istifadə edilir. 

Sabit cərəyan voltmetrləri 
Sabit cərəyan voltmetrlərində ölçülən gərginlik bölücüdən B sabit cərəyan gücləndiricisinin 
GCG girişinə daxil olur ki, onun da çıxışına maqnitoelektrik mikroampermetr C qoşulmuşdur. 
U

Gərginlik bölücüsü voltmetrin ölçmə diapazonunu seçməyə xidmət edir. Onu ardıcıl 
birləşdirilmiş rezistorlar qrupundan yığırlar. Onların hər biri müəyyən gərginlik düşgüsünə 
hesablanmışdır. Ölçmə diapazonunu uyğun rezistorlar qrupunun kommutasiyası vasitəsilə seçirlər. 
Şəkil 3.2 Sabit cərəyan elektron voltmetri 
4-30v
Şəkil 3.3 Sabit cərəyan elektron voltmetrin 
prinsipial sxemi 
Elektron voltmetrin sabit cərəyan gücləndiricisi elektrovakuum və ya yarımkeçirici cihazlar 
əsasında körpü sxemi üzrə yerinə yetirilmişdir. Nümunə kimi sxem 3.2.1.-də voltmetrin tranzistorlu 
sadə sxemi verilmişdir. Belə cihazda körpü sxemi R1, R2, R3 rezistorları və tranzistorun VT kollektor-
emitter keçidinin müqaviməti ilə yaradılmışdır. Dəyişən R1 rezistoru ilə cihazın sıfrını quraşdırırlar. Belə 
voltmetrin çatışmazlığı – sxemin parametrlərinin qeyri – stabilliyidir, bu da əslində onun xətasını 
yaradır. Qeyri – stabilliyi azaltmaq üçün gücləndiricini simmetrik sxem üzrə iki tranzistorda yerinə 
yetirirlər. 


Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin