42
4.2.1. Elektrik enerjisi sərfinin ölçülməsi müəyyən edir
Elektrik enerjisi sərfinin ölçülməsi
Elektrik enerjisi sərfiyyatını ölçmək üçün elektrik enerji sayğaclarından istifadə
olunur. Sayğacların vattmetrlərdən
fərqi ondan ibarətdir ki, vattmetrlər
zamanın hər hansı anında dövrənin gücünü göstərir.
Sayğaclar isə müxtəlif
zaman intervalında sərf olunan gücün qiymətini göstərir. Hazırda dəyişən
cərəyan dövrəsinin enerji sərfini ölçmək üçün
induksion sistemli cihazlardan,
sabit cərəyan dövrəsinin enerji sərfini ölçmək üçün elektrodinamik ölçü mexanizmli cihazlardan
istifadə olunur.
Sayğacların dövrəyə qoşulma sxemləri vattmetrlərin dövrəyə
qoşulma sxemlərindən
fərqlənmir. Sayğaclarda ölçü həddini genişləndirmək məqsədilə ölçü transformatorlarından istifadə
edilir. Birfazalı cərəyan dövrəsinin aktiv enerji sərfini ölçmək üçün Sxem 4.2 1.-də sayğacın
dövrəyə
qoşulması verilmişdir.
Sxem 4.3 Sayğacın dövrəyə
qoşulması
Şəkil 4.1 Sayğacın quraşdırılması
Şəkil 4.2 Birfazalı elektrik dövrəsinin sayğaca qoşulması
43
Şəkil 4.3 Üçfazalı elektrik dövrəsinin sayğaca qoşulması
Üçfazalı dövrənin enerji sərfini ölçmək üçün sayğacların dövrəyə müxtəlif növ qoşulma
sxemləri ilə tanış olaq.
G - generator; Y - yük.
Sayğac iki dolaqdan ibarət olan maqnit sistemindən təşkil olunmuşdur.
Bu dolaqlardan biri
dövrəyə ardıcıl, o biri isə paralel qoşulmuşdur.
Hər bir dolaqdan keçən dəyişən cərəyan dəyişən maqnit seli yaradır. Dəyişən maqnit seli
alüminium diski kəsərək burulğanlı cərəyan yaradır və bu fırlanmağa başlayır.
Fırlanma hərəkəti dişli çarx vasitəsilə hesablama mexanizminə ötürülür.
Üçfazalı sayğacların müxtəlif tipləri mövcuddur. Bu sayğaclar induksiya sistemli ölçü cihazlarıdır
ki, onlar 50 Hs tezlikli şəbəkə üçün nəzərdə tutulur. Belə sayğacların dəqiqlik sinfi 2-dir.
Reaktiv
sayğaclarda isə dəqiqlik sinfi 3-dür.
Sxem 4.4 Üçfazalı elektrik dövrəsinin sayğaca qoşulması sxemi
44
4.2.2.
Tələbələr üçün fəaliyyətlər
Üçfazalı sayğacın istehlakçıya qoşulma sxemini internet vasitəsi ilə araşdırın və izah
edin.
Sxem 4.5
Müzakirə iş üsulundan istifadə edərək “Dəyişən cərəyan dövrəsinin enerji sərfini ölçən
cihazla sabit cərəyan dövrəsinin enerji sərfini ölçən cihazı” araşdırın və müzakirə edin.
Sayğacların dövrəyə qoşulma sxemi ilə vattmetrin dövrəyə qoşulma sxemi arasında nə
kimi fərq var?
4.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: