Modulun adı: Elektrik ölçmələri Modulun kodu: Modul üzrə saatlar: 161 Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə elektrik ölçü cihazlarının texniki xarakteristikasını, təyinatını, voltmetr, ommetr, vattmetr, tezlikölçən, fazometrlər, sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrəsində gücü, aktiv gücü, reaktiv gücü, körpü ölçmə metodlarını biləcəkdir. Təlim nəticəsi 1: Ölçmə xətaları və ölçmə üsulları barədə bilir Qiymətləndirmə meyarları 1. Əsas anlayışları sadalayır; 2. Ölçmə üsullarını izah edir; 3. Elektrik ölçü cihazlarının təyinatını izah edir; 4. Elektrik-ölçmə növləri və metodlarını müəyyən edir. Təlim nəticəsi 2: Elektromexaniki cihazları təyin edə bilir Qiymətləndirmə meyarları 1. Elektrik dövrəsində cərəyanın ölçülməsini təyin edir; 2. Elektrik dövrəsində gərginliyin ölçülməsini izah edir; 3. Müqavimətin ölçülməsi qaydasını şərh edir; 4. Elektrik dövrəsinin parametrlərinin ölçülməsi barədə məlumat verir. Təlim nəticəsi 3: Elektron ölçmə cihazlarını təyin edə bilir Qiymətləndirmə meyarları 1. Elektron ölçmə cihazları haqqında məlumat verir; 2. Elektron voltmetrləri vəommetrləri haqqında məlumat verir; 3. Elektron vattmetrlərinin işini izah edir; 4. Rəqəmsal cihazları haqqında məlumat verir. Təlim nəticəsi 4: Güc və enerjinin ölçülməsi barədə bilir Qiymətləndirmə meyarları 1. Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrəsində gücü təyin edir; 2. Elektrik enerjisi sərfinin ölçülməsini müəyyən edir; 3. Üçfazalı elektrik dövrəsində aktiv gücü, enerjini təyin edir; 4. Üçfazalı elektrik dövrələrində reaktiv gücü ölçür.
6
Təlim nəticəsi 1: Ölçmə xətaları və ölçmə üsulları barədə bilir
1.1.1. Əsas anlayışları sadalayır