Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
elktrik-olcmalari

Ölçmə çeviriciləri – ölçmə informasiyasını ötürmək, sonradan çevirmək, işləmək və ya 
yadda saxlamaq üçün münasib formada siqnallar yaradan elektrik ölçmə vasitəsidir. Lakin ölçmə 
çeviricilərinin yaratdığı siqnalları müşahidəçi bilavasitə qəbul edə bilmir. 
Ölçülən kəmiyyətin növündən asılı olaraq ölçmə çeviricilərini iki qrupa ayırmaq olar: 
1) elektrik kəmiyyətlərini elektrik kəmiyyətlərinə çevirənlər. Bunlara şuntlar, gərginlik 
bölücüləri, ölçmə transformatorları və s. aid ola bilər. 
2) qeyri-elektrik kəmiyyətlərini elektrik kəmiyyətlərinə çevirənlər. Bunlara termorezistorlar, 
induktiv çeviricilər, pyezoelektrik çeviricilər və s. daxildir. 
Elektrik ölçmə qurğuları – ölçmənin səmərəli təşkili üçün olan funksional və konstruktiv 
cəhətdən birləşmiş ölçmə vasitələri və köməkçi qurğular cəminə deyilir. Ölçmə qurğusu müəyyən 
ölçmə metodunun nəzərdə tutulmasına və əvvəlcədən ölçmə xətasının qiymətləndirilməsinə imkan 
verir. 
Şəkil 1.6 Elektrik ölçmə cihazları 
İnformasiya – ölçmə sistemləri (İÖS) – bir sıra mənbələrdən ölçmə informasiyasını avtomatik 
olaraq toplayan, onu rabitə kanalı ilə məsafəyə ötürən və təsvir edən ölçmə vasitələri və köməkçi 
qurğular cəminə deyilir. İÖS-də ölçmə informasiyası daşıyan eyni siqnal çeviricilərindən dəfələrlə 
istifadə olunur. 
İÖS dörd qrupa bölünə bilər: 
1. Ölçmə sistemləri. Bunlar yuxarıda göstərilən funksiyaları yerinə yetirir və ölçmə 
informasiyasını müşahidə, yaxud qeyd etmək üçün müvafiq formada təsvir edir. 
2. Avtomatika nəzarət sistemləri. Bunlar nəzarət olunan kəmiyyətlərin qiymətlərinin nominal 
qiymətlərdən kənara çıxması haqqında informasiya almaq üçündür. 
3. Texniki diaqnostika sistemləri. Bu sistemlər nasazlığın səbəblərinin aydınlaşdırılmasına və 
onların lokallaşdırılmasına imkan verir. 
4. Təsvirləri tanıma sistemləri. Bunlar obyektləri müəyyən təsvirə uyğun etmək üçündür. 


13 
1.3.2. Tələbələr üçün fəaliyyətlər 

Göstərici cihazlar ilə qeydedici cihazlar arasındakı fərqi müqayisə edin. 

Karusel iş üsulundan istifadə edərək “Elektrik ölçmə cihazları iş prinsipinə və 
konstruktiv quruluşuna görə növlərini” araşdırın və qrafikdə qeyd edin. 
Sxem 1.5

Klaster iş üsulundan istifadə edərək “Elektrik ölçü cihazlarının ölçülən kəmiyyətin 
növü”nə görə araşdırın və müzakirə edin. 
 Sxem 1.6

İnformasiya – ölçmə sistemlərini araşdırın və öyrənin. 

Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin