Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə5/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   2   3   4   5   6   7   8   9   ...   30
elktrik-olcmalari

Əsas anlayışlar 
Fiziki kəmiyyətin ölçülməsi nəticəsində onun qiyməti təxmini təyin edilir. 
Ölçmə nəticəsində alınan bu qiymət kəmiyyətin əsl qiymətindən həmişə 
fərqlənir. Həmin fərq ölçmə xətası olub, müxtəlif səbəblərdən yaranır. Aşağıda 
ölçmə xətaları və onların yaranma səbəbləri ətraflı nəzərdən keçirilir.
Ölçünün mütləq xətası onun nominal qiyməti ilə ölçünün təcəssüm 
etdirdiyi kəmiyyətin əsl qiyməti arasındakı fərqə bərabərdir.
Elektrik ölçmə cihazının mütləq xətası cihazın göstərişi ilə ölçülən kəmiyyətin əsl qiyməti 
arasındakı fərqə bərabərdir.
Çeviricinin mütləq xətası (girişə görə) ölçülən kəmiyyətin çeviricinin girişində dərəcələmə 
xarakteristikası əsasında çıxış siqnalının əsl qiymətinə görə müəyyən olunmuş qiyməti ilə giriş 
kəmiyyətinin əsl qiyməti arasındakı fərqə bərabərdir. 
Şəkil 1.1 Elektrik şiti 
Ölçülən kəmiyyətin (giriş siqnalının) əsl qiyməti məlum olmadığına görə “həqiqi qiymət” 
terminindən istifadə olunur. Belə qiymət kimi ölçmə vasitələrinin köməyi ilə müəyyən oluna bilən 
qiymət qəbul edilir. Həqiqi qiymət təcrübədən alınır; əsl qiymətin əvəzinə istifadə oluna bilməsi üçün 
həqiqi qiymət əsl qiymətə çox yaxın olmalıdır.
Mütləq xətanın ölçülən kəmiyyətin əsl qiymətinə olan nisbətinə nisbi xəta deyilir.
Ölçmə nəticəsi həqiqi qiymətdən artıq alınarsa, xəta müsbət, əks halda isə, mənfi olur.
Bəzi hallarda ölçmə vasitəsinin xarakteristikası kimi ölçmə vasitələrinin dəqiqliyi anlayışından 
istifadə olunur. Dəqiqlik-ölçmə vasitəsinin xətasının sıfıra yaxınlığını əks etdirən keyfiyyəti kimi başa 
düşülür. 
Ölçülən kəmiyyətin zaman ərzində dəyişməsindən asılı olaraq ölçmə vasitələrinin aşağıdakı 
xətaları vardır:
1) Statik xəta-zaman ərzində sabit qalan kəmiyyəti ölçdükdə yaranan xətadır.
2) Dinamik xəta-dinamik rejimdəki xəta ilə baxılan zaman anında ölçülən kəmiyyətin qiymətinə 
uyğun olan statik xəta arasındakı fərqdir.
Ölçmə vasitələrinin xətalarının dəyişmə xarakterindən asılı olaraq aşağıdakılar mövcuddur:
1) sistematik xətalar-eyni bir kəmiyyətin təkrar ölçülməsində ya sabit qalır, ya da müəyyən 
qanunla dəyişir;
2) təsadüfi xətalar-eyni bir kəmiyyətin təkrar ölçülməsində təsadüfi olaraq dəyişir;
3) kobud xətalar-təcrübədə kobud səhvlər buraxılması nəticəsində gözlənildiyindən artıq 
alınan xətalardır. 



Yaranma şəraitindən asılı olaraq aşağıdakı xətalar mövcuddur:
1) əsas xəta-normal şəraitdə istifadə olunan ölçmə vasitəsinin xətası; 2) əlavə xəta-ölçmə 
vasitəsinə təsir edən kəmiyyətlərdən birinin normal qiymətə nisbətən meyletməsi və ya normal 
qiymətlər həddindən kənara çıxması nəticəsində yaranan xətadır. 
1.1.2.
 
Tələbələr üçün fəaliyyətlər 

Qrupu 3-5 nəfərdən ibarət qruplara bölün. Iri ağ kağızda “Ölçmə xətaları və onların 
növlərini karusel üsulundan istifadə edərək qeyd edin” tapşırığı verilir. Kağızı saat əqrəbi 
istiqamətində digər qruplara ötürün. “Karusel” üsulundan istifadə edərək tapşırıq verilmiş 
kağızı bütün qruplara ötürərək axırda öz qrupuna qaytarın. Sonda təqdimatı yazı 
lövhəsinə yapışdırın. Müzakirələr edib, ümumiləşdirmələr aparın.
Sxem 1.1 

Statik xəta ilə dinamik xətanı araşdırın və müqayisə edin. 

Ölçmə vasitələrinin xətalarının dəyişmə xarakterindən asılı olaraq növlərini şaxələnmə 
iş üsulundan istifadə edərək araşdırın və sxemdə qeyd edin. 
Bu üsula əsasən m
üəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun 
mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. 
Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə 
birləşdirilir. Vaxt bitənə kimi mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək 
tövsiyə olunur. Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə 
aparılır.

Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin