3
4.1.1. Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrəsində gücü
təyin edir
40
4.1.2. Tələbələr
üçün fəaliyyətlər
41
4.1.3. Qiymətləndirmə
41
4.2.1. Elektrik enerjisi sərfinin ölçülməsi müəyyən edir
42
4.2.2. Tələbələr üçün fəaliyyətlər
44
4.2.3. Qiymətləndirmə
44
4.3.1. Üçfazalı elektrik dövrəsində aktiv gücü enerjini təyin edir
44
4.3.2. Tələbələr üçün fəaliyyətlər
45
4.3.3. Qiymətləndirmə
46
4.4.1. Üçfazalı elektrik dövrələrində reaktiv gücü ölçür
46
4.4.2. Tələbələr üçün fəaliyyətlər
47
4.1.3. Qiymətləndirmə
48
İstifadə olunan mənbələr .............................................................................................................. 49
4
Giriş
Elm və texnikanın inkişafı ölçmə texnikasının nailiyyətləri ilə sıx əlaqədardır. Ölçmə texnikasının
vəzifəsi təbiətdə baş verən hadisələrin fiziki xarakteristikalarının alınmasına və naməlum hadisələrin
aşkar edilməsinə yeni imkanlar verən cihaz, ölçmə qurğusu və sistemlər yaratmaqdan ibarətdir.
Ölçmə texnikasının tətbiq sahəsi xeyli genişdir. Mübaliğəsiz demək olar ki, ölçmə texnikası keyfiyyətli
məhsul buraxılmasında ən mühüm amillərdən biridir.
Bir sıra cəhətlərinə görə elektrik ölçmə üsulları digər üsullardan xeyli üstündür.
Az enerji sərfini,
ölçülən kəmiyyətin məsafəyə ötürülə bilməsini, ölçmələrin və onların nəticələrinin böyük sürətlə
ötürülməsini, yüksək dəqiqlik və həssaslığı bunlara misal göstərmək olar.
Son illərdə elektrik ölçmə texnikası vasitələrinin inkişafındakı tərəqqi ölçmə
nəzəriyyəsinin daha da
inkişaf etdirilməsi və onun əsasında yeni ölçmə üsullarının yaranması, ölçmə vasitələrinin
konstruksiyalarına mikroelektronikanın, avtomatikanın, hesablama texnikasının son nailiyyətlərinin
geniş tətbiqi, həmçinin bir sıra texnoloji məsələlərin müvəffəqiyyətli həlli nəticəsində təmin edilmişdir.
Rəqəmli ölçmə cihazlarının (RÖC) yaranması və istehsalı elektrik ölçmə texnikasının inkişafında mühüm
mərhələ olmuşdur. Ölçmə prosesinin tam avtomatlaşdırılması ilə yanaşı,
RÖC yüksək dəqiqliyi, cəld
işləməni, maneəyə dayanıqlığı, ölçmə obyektindən az güc sərfini oxunma əlverişliliyini, ölçmə
nəticəsinin kod şəklində başqa qurğulara ötürülməsini və s. təmin edir.
Bu modulu tamamladıqdan sonra tələbə elektrik ölçü cihazlarının texniki xarakteristikasını, təyinatını,
ampermetr,
voltmetr, ommetr, meqommetr, vattmetr, loqometr, rəqəmsal cihazı,
sabit cərəyan,
birfazalı və üçfazalı dəyişən cərəyan dövrəsində gücü, aktiv və reaktiv gücü,
elektrik enerjisi sərfinin
ölçülməsini biləcəkdir.
5
“Elektrik Ölçmələri” modulunun spesifikasiyası
Dostları ilə paylaş: