2.Qavrayışın sabitliyi. Sabitlik xassəsi sayəsində biz ətrafdakı cisimləri sabit qavrayırıq. Məlumdur ki, cisim insandan uzaqlaşdıqca gözün torlu qışasında onun təsviri kiçilir. Lakin buna baxmayaraq həmin cismi malik olduğu böyüklükdə qavrayırıq. Sabitlik olmasaydı eyni cisim müxtəlif şəraitdə müxtəlif cür qavrayardıq. Qavrayışın sabitliyinin anadangəlmə olmadığını təsdiq etmək olar. Məsələn, sıx meşəlikdə yaşayan və əvvəllər cisimləri uzaq məsafədən görməyən adamlara uzaqda olan obyektləri gözlədikdə, onlar bu əşyaları uzaqda olanəşya kimi deyil, kiçik əşya kimi qavrayırlar. Hündür evin yuxarı mərtəbəsinin pəncərəsindən baxanda da bizə elə gəlir ki, obyektlər sanki balacadır. Deməli, sabitlik insanın həyat təcrübəsi və əməli fəaliyyəti sayəsində yaranır.