4.Qavrayışın seçiciliyi. Seçicilik müəyyən obyektləri başqalarından ayıraraq daha aydın, aşkar surətdə əks etdirməklə əlaqədardır. Bu halda aydın qavradığımız cisim qavrayışın obyekti, yerdə qalanlar isə fon olur. Obyektlə fonun yerinin dəyişdirilməsi və ya aydın seçilməsindən praktik məqsədlər üçün istifadə olunur. Məsələn, yolda işləyənlər çəhrayı paltar geyirlər ki, boz fonda tez seçilsinlər. Yaxud, obyektin ayırd edilməsini çətinləşdirmək üçün onu fona uyğun şəkildə gizlədirlər. Qavrayışın seçiciliyi obyektiv və subyektiv səbəblərdən asılıdır. Obyektiv səbəblərə qıcıqlandırıcının qüvvəsi, həcmi, rənginin parlaqlığı, yeniliyi, habelə cismi əhatə edən şəraitin qarşılıqlı təsiri aiddir. Subyektiv səbəblərə insanın qavranılan cismə bəslədiyi münasibət, qavrayış prosesində qarşıya çıxan məqsəd, qavranılan cisim və hadisənin əhəmiyyəti, adamın tələbat və maraqları, habelə keçmiş təcrübəsi və s. daxildir.
Qavrayış uşaqlarda çox erkən inkişaf etməyə başlayır. Adətən, iki aylığın sonunda qavrayış çox sadə şəkildə özünü büruzə verir. Bu əsasən şərti reflekslərin yaranması ilə əlaqədardır. Üç yaşına qədər uşaqlarda qavrayış dəqiq olmur. Məsələn, bu yaşda olan uşaqlar çəkməsinin sağ və sol tayını fərqləndirə bilmirlər. Məktəbəqədər dövrdə, xüsusən məktəbə daxil olduqdan sonra uşağın qavrayışı getdikcə təkmilləşir. O, hərfləri, rəqəmləri, müxtəlif cisimləri planlı şəkildə qavramağa və öz qavrayışını idarə etməyə başlayır. Şagirdlərin qavrayışının inkişafında valideynlər və uşaq bağçaları mühüm rol oynayır. Məktəbə daxil olduqda isə onların qavrayışı daha tam, düzgün və planlı şəkildə müəllimin rəhbərliyi altında həyata keçirilir.
Bəzən qavrayış prosesində müəyyən pozuntular özünü göstərir. Qavrayış pozuntuları dörd qrupa bölünür.1.Aqnoziya-yəni tanıma qabiliyyətinin pozulması.
2.İllüziya-yəni yalnış qavrama
3.Hallüsinasiya-(qarabasma, sərsəmləmə)
4.Psixosensor pozuntular-yəni əşyalar həm həcmcə, həm də forması dəyişilmiş şəkildə qavranılır
Mövzuya aid test sualları
1.Qavrayış nəyə deyilir?
Dostları ilə paylaş: |