Təxəyyül və yaradıcılıq. Təxəyyül və yaradıcılığın qarşılıqlı əlaqəsi. Ədəbi – bədii yaradıcılıqda təxəyyülün yeri.
Təxəyyül haqqında anlayış
İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim və hadisələri qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada salaraq onların surətlərini beyində yaradır, həm də heç zaman bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün olmayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bilir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud fantaziya adlanır.