Ümumi, xüsusi və fərdi hökmlər vardır. “Bütün quşlar uçur” ümumi, “Bəzi quşlar suda üzür” xüsusi, “Bu quş gözəldir” isə fərdi hökmdür.
Hökmlər iqrar və inkari olur. “Təxəyyül insana məxsusdur” iqrari, “heyvanlarda şüur yoxdur” inkari hökmdür.
Cisimdə hər hansı hər hansı bir sifətin iqrar və ya inkar edilməsinin səviyyəsinə görə şərti, təqsimi və qəti hökmlər vardır.
Hər hansı bir fikrin həqiqiliyi hökmdə söylənilmiş şərtlərdən aslıdırsa, bu, şərti hökm adlanər. Məsələn, “Əgər tələbə müntəzəm surətdə çalışırsa, dərslərindən eri qalmaz”.
Təqsimi hökmlərdə hər hansı cisimə aid olan bir neçə xüsusiyyət iqrar və ya inkar edilir. Məsələn, “Tural ya birinci, ya ikinci, ya da üçüncü kursda oxuyur”.
Hökm cisimdə bu və ya başqa bir əlamətin olduğunu şərtsiz, danışıqsız iqrar və ya inkar edirsə, o qəti hökm hesab olunur. Məsələn, “Bakı Xəzər dənizinin sahilində yerləşir”, “Materiyasız hərəkət yoxdur”.
İnsanlar həmişə öz hökmlərinin doğru olub-olmamasını yoxlamağa çalışırlar. Bu cəhətdən hökmlərin üç növünü xüsusilə qeyd etmək lazımdır. Buraya mümkünlük, gerçəklik və zərurət hökmləri daxildir.
Mümkünlük hökmündə, cisimlə onun əlaməti və ya keyfiyyəti arasındakı əlaqə ehtimal kimi başa düşülür. “Bəlkə bu gün hava tutuldu, yağış yağdı”, “Ola bilsin ki, başqa planetdə həyat vardır”. Bu hökmlərdə deyilən əlamət cisimdə ola da bilər, olmaya da . Belə hökmlərin həqiqiliyi təcrübə ilə yoxlanılır.
Gerçəklik hökmü cisimlə, onun xassəsi, sifəti arasındakı əlaqəni əks etdirir. Məsələn, “Bu gün hava tutqundur”, “Üzeyir Hacıbəyov milli operaməzın banisidir”.
Zərurət hökmü cisim və hadisələrdə onların əlamətləri arasında mövcud olan zəruri əlaqələri əks etdirir. Bu, hökmün ən yüksək forması hesab olunur. Çünki zərurət hökmləri və cəmiyyət qanunları haqqında elmin son sözünü qeyd edir. Məsələn, “Yer günəş ətrafında fırlanır”, “Ayda həyat yoxdur” Deyilənlərdən aydın olur ki, mümkünlük hökmü ola biləcəkləri, gerçəklik hökmü olanları, zərurət hökmü isə hökmən olmalıları əks etdirir. Bu da təfəkkürün təşəkkül etməsində mühüm rol oynayır.
Hökmün bütün növlərinə adam birdən-birə yiyələnmir. İnsanın fərdi həyat prosesində hökmlər sadə formalardan mürəkkəbə doğru tədriclə inkişaf edir. Buna təlim prosesi ciddi təsir göstərir.
Təfəkkürün formalarından biri də istiqlal və ya əqli nəticələrdir. Cisim və hadisələr arasındakı əlaqələri ifadə edən hökmlər ya doğru, ya da yanlış ola bilər. Məsələn “Bu gün hava çox istidir”, “Bu parça qırmızıdır”,-kimi hökmlər bilavasitə aşkar olur. Lakin bir çox hallarda hökmün doğru və ya yanlışlığını bilavasitə müşahidə ilə müəyyənləşdirmək mümkün olmur, müəyyən hökmün doğruluğunu əqli əməliyyat vasitəsilə sübut etmək lazım gəlir. Hər hansı hökmün doğruluğu başqa hökmlərin düzgünlüyündən nəşət edirsə, belə təfəkkür formasına istidlal və ya əqli nəticə deyilir. İstidlal obyektiv aləm hadisələrinin məlum əlaqələri əsasında naməlum əlaqələrini bilməkdən ibarət olan təfəkkür formasıdır.
Əqli nəticənin üç növü var: induksiya, deduksiya, təşbih.
Dostları ilə paylaş: |