Konkret məfhumlar gerçək cisimlərin mühüm əlamətlərinin inikasından ibarətdir. Məsələn, qələm, maşın, kitab və s.
İnsan təfəkkürünün obyekti cisim və hadisələr deyil, onların keyfiyyətləri, xassələri də olur. Bu da həmin keyfiyyət və xassələr fikrən cismin özündən təcrid edilib, müstəqil surətdə düşünülə bilər. Bu cür yaranan məfhumlara mücərrəd məfhumlar deyilir. Məsələn, xoşbəxtlik, sürət, qüvvə, yaxşılıq, pislik, aclıq və s. Məfhumlar aid olduqları cisimlərin mühüm əlamətlərini əks etdirib, bir-birinə oxşayan cisim və hadisələrin ümumi, müştərək xüsusiyyətlərini göstərir. Misal üçün insan məfhumunu götürək. Məlumdur ki, yer üzərindəki insanların hər biri öz boyu, rəngi, çəkisi, mənəvi keyfiyyətləri və s. etibarilə başqalarından fərqlənir.Bunula belə, adamların hamısı üçün ümumi və mühüm olan bir sıra əlamətlər vardır. Xüsusi bədən quruluşuna, əmək və danışıq qabiliyyətinə, təfəkkürə malik olması, həmçinin ictimai varlıq olması insanın mühüm əlamətləridir. Deməli, mühüm əlamət dedikdə, elə zəruri xüsusiyyətlər nəzərdə tutulur ki, onlarsız cisim və hadisələr mövcud ola bilməz.
Məfhumlar beynin mürəkkəb fəaliyyəti nəticəsidir.
Məfhumlar, maddi aləmin cisim və hadisələri haqqında bəşəriyyətin inkişaf prosesində əldə etmiş olduğu biliklərin əsasını təşkil edir. Hər bir yeni nəsil keçmiş nəslin hazırlamış olduğu məfhumlar sistemi ilə rastlaşır, onlara yiyələnir, sonra isə, cisim və hadisələrin yeni mühüm əlamətlərini aşkar etmək hesabına, onları zənginləşdirir, dəqiqləşdirir.
Təlim zamanı obyektiv aləmin qanunauyğunluğunu əks etdirən və insan təcrübəsinin nəticələrini ümumiləşdirən müəyyən elmi məfhumlar və onlar arasındakı əlaqə tələbəyə ardıcıl olaraq öyrədilir.
Həkm, varlığın cisim və hadisələri arasında müəyyən əlaqə və münasibətin olub-olmadığını iqrar və ya inkar etməkdən ibarətdir. Hökm cismin, hadisənin bu və ya digər cəhətini əks etdir”Azərbaycan təbii sərvətlərlə zəngindir”. Burada təbii sərvətlərin zənginliyi ilə Azərbaycan arasında müəyyən əlaqə olduğu əks etdirilir.
Hökm dil materialları əsasında ifadə olunur. Onun əsas ifadə vasitəsi qarammatik, cümlələrdir. Hər hansı hökmü ifadə edən cümlədə üç əsas ünsür vardır: 1)subyekt, yaxudmübtəda-haqqında müəyyən fikir yüyrüdülən gerçək cisim; 2)predikat, yaxud xəbər-cisim haqqında söylənən fikir; 3)məfhumlar arasında işlədilən iqrari və ya inkari bağlayıcı . Məsələn, “Nizami Gəncəvi dahi Azərbaycan şairidir” Bu hökmdə, “Hizami Gəncəvi” subyekt, dahi Azərbaycan şairi ifadəsi predikat, “dır” isə subyektlə predikatı əlaqələndirən bağlayıcıdır.
Dostları ilə paylaş: |