İnduksiya, ayrıayrı faktlar, hallar üzərində aparılan müşahidələr əsasında ümumi nəticə çıxarmaqdan ibarət olan, xüsusidən ümumiliyə gedən əqli nəticədir. Bu qayda ilə əldə edilən ümumi nəticə bütün hallara, hətta müşahidə edə bilmədiklərimizə də şamil edilir.
Deduksiya məlum olan üumi müddəaya əsasən xüsusi hallar haqqında nəticə çıxaemaqdan ibarət olan, ümumidən xüsusiyə gedən əqli nəticədir. Riyazi teoremlərin isbatı ən çox deduktiv yolla gedir.
Təşbih zamanı hadisələr arasındakı qismən oxşarləıq əsasında nəticə çıxarılır. Deməli, təşbih iki cismin, iki hadisənin bu və ya başqa cəhətdən bir-birinə oxşamasına əsaslanaraq, həmin cisim və ya hadisənin başqa cəhətlərdən bir-birinə oxşaması hökmünün çıxarılmasından ibarət əqli nəticədir. Təşbih xüsusiyyətləri-xüsusiyə gedən istidlaldır. Məsələn, Yerin və Marsın fiziki quruluşundakı oxşarlıq əsasında Marsda da həyatın olması ehtimalını irəli sürmüşdülər. Təşbih çox da etibarlı əqli nəticə hesab edilə bilməz. Onun nəticəsi bəzən doğru, bəzən də yanlış olur.
Təşbih düzgünlüyü müqayisə edilən cisim və hadisə haqqında biliyin genişliyindən, dərinliyindən, müqayisə üçün görülən əlamətlərin mühüm olmasından, onlar arasındakı fərqləri dərindən dərk etməkdən asılıdır.\Əqli nəticənin göstərilən növləri birdən-birə təşəkkül etmir. Buna uşağın həyat təcrübəsi və təlim-tərbiyəsi ciddi təsir göstərir. Müşahidələr göstərmişdir ki, kiçik uşaqlar tək-tək faktları müşahidə edib, onlarda olan oxşar cəhətləri ayıraraq ümumiləşdirməyi bacarırlar. Bununla uşaqlar ayrı-ayrı faktlardan ümumi nəticəyə gətirmək mümkündür. Bu halda qanun və nəticələr şagirdə başa düşülmədən əzbərlədilmir, şüurlu surətdə mənimsədilir. Buna görə də dərsdə fənləri elə tədris etmək lazımdır ki, uşaq hər bir nəticəni, qanunu sadəcə əzbərləyib yadda saxlamaqla kifayətlənməsin, onları özünün canlı müşahidələrinə əsasən çıxardığı nəticələr kimi mənimsəsin.
Dostları ilə paylaş: |