Təhsil Nazirliyinin uşaqların yaşadıqları institutlarda geniş məsuliyyətləri vardır, burada bir sıra tədbirlər istisna olunur çünki, onların təhsil funksiyasını icra etməsi gözlənilmir28.
Aşağıdakı institutların İbtidai Məktəblər üçün iki Departmentlər üzərində nəzarəti vardır (sorğu edilən ərazi bölgüsünə uyğun olaraq biri rayonlar və digəri şəhərlər üzrə məsuldur)- buradan məlumatlar Dövlət Statistika Komitəsinə illik əsasda göndərilirlər29:
* valideyn qayğısından məhrum olmuş 8 institut (uşaq evləri), bunlardan ikisi internatlar (və bununla “cəmi institutlara” çevrilirlər çünki uşaqlar xarici xidmətlərlə ünsiyyətdə olmaqdan məhrum olunmuşlar). Bunlar “bioloji” yetimlərə xəstəxana xidməti kimi yaradılmışdır, əslində isə “social yetimlər” kimi adlandırılması qəbul edilmişləri də belə institulara qəbul edilirlər, yəni valideynlərin yaşayış çətinliklərinə görə ailələrindən ayrılmış uşaqlar (yoxsulluğa görə və social baxımdan yaxşı uyğunlaşmamış);
* Əlilliyi olan Uşaqlar üçün 12 Xüsusi İnternat Məktəbləri. Sovet vaxtlarından miras qalmış Azərbaycanda təhsil sistemi, lazımı praktikalar təşəbbüsünə son səylərin göstərilməsinə baxmayaraq xüsusi ehtiyacı olan uşaqların istiqamətləndirilməsinə imkan yaratmır30. Bu uşaqların təhsil ehtiyaclarına uyğunlaşmaq üçün sistemin potensialına deyil daha çox “məhsuldarlıq” qabiliyyətləri üzərində əsas diqqət saxlayan pedaqoji modelə əsaslanır; buna görə də, “normallıqdan” kənar olan bütün uşaqların çıxarılmasına yönümlüdür. Bu səbəbdən, xüsusi məktəblər (internat rejimi olan və olmayan) hazırda əlilliyi olan uşaqlar üçün(və xroniki xəstəlikləri olan) təhsil almaq üçün yeganə seçimi özündə təmsil edir. Belə məktəblər fiziki və digər qabiliyyətlər baxımından əlilliyi olan uşaqlar üçün yalnız açıqdır;
* ümumi tipli 39 internat məktəbləri31, burada uşaqların yalnız məktəb ili ərzində qalmaları nəzərdə tutulub. Əslində, uşaqların geniş əksəriyyəti institularda demək olar ki, bütün il ərzində qalırlar; tez-tez çox yoxsul olan və məktəblərdən uzaqda yaşayan ailə ilə əlaqələri pozulur və təmamilə kəsilir.
Bütün yaşayış avadanlıqları baxımından, məktəblərdə yaşayış şəraitləri daha çox alınmış şəxsi ianələr və direktorların idarəçilik potensialları hesabına yaşayır (ehtiyyatlar xərci, təhsil qaydaları və tərbiyəçilər üzərində nəzarət).
Bu insitutlar arasında xüsusi qeyd edilməli olan “təfriqi davranışları olan” oğlanlar üçün xüsusi rejimli iki “təkrar-tərbiyə” məktəbləridirlər. Çətin uşaqlar yerli səlahiyyət qurumlarının təklifi (hüquqi qurumlar daxil olmaqla)32 və valideynlərin qərarı ilə göndərilirlər ki, burada cəzalandırılsınlar-məktəblərin direktorlarından birinin dediyi kimi. Ailədən və icmadan ayrılma-bir ildən üç ilə qədər müddətə-uşaqların öz səhv davranışları barəsində xəbərdar olmalarının artırılması, və peşiman olmaları məqsədini daşıyır(demək olar ki, həmişə uğurla nəticələnir). İlkin vaxtlar ərzində belə məktəblərin əsas məqsədi hərbə-oxşar qaydalarla ciddi intizam almaları üçün idi. Son illərdə, həmin direktorun dediyinə görə, intizam tədbirləri əhəmiyyətli dərəcədə yenidən baxılmış, və proqramlar hazırda digər internat məktəblərinin biri ilə müqayisə olunur33.
Tibbi-Psixi-Pedaqoji Kommissiya Nazirlik nəzdində yaradılmış və milli səviyyədə xüsusi ehtiyacları olan uşaqlar üçün həll yolları barədə qərarlar qəbul edir. 11 üzvdən ibarət olmaqla, əksəriyyəti tibb təhsilinə malik olan, kommissiya xüsusi məktəblərdə (və ya ağır əlilliyi olan uşaqlar üzun-müddətli institularda), və ya ev təhsili almaq üçün uşaqların yerləşdirilməsi barədə qərar qəbul edir.
* Ev təhsili üçün 3 mərkəz (Bakı, Gəncə və Sumqayıtda yerləşir), xidmətlər almaq və müəllimləri evə göndərmək üçün hüquqlu olan uşaqları qeydə alır. Digər rayonlarda ev təhsili məktəblər tərəfindən təmin olunur. Müəllimlər və təhsil proqramları üzərində nəzarətin necə icra ediləcəyi hələ aydın deyildir; qeyri-formal fikir mübadilələri belə yekun verməyə əsas verir ki, yerlərdə strukturlu monitorinq sistemi yoxdur ki, ev təhsilinə real imkanı olan uşaqları bu xidmətlə təmin etsin. Eyni zamanda, dərslər müntəzəm surətdə təşkil olunmur, və təhsilin keyfiyyətinin aşağı olduğu bildirilir34.
Səhiyyə Nazirliyi kimi, Təhsil Nazirliyi də Övladlığa Götürmə üzrə Departamentə malikdir (rayon və şəhərlərdə məsul olan 2 tam ştatlı işçi),4-18 yaşlar arasında uşaqların övladlığa götürülməsi məsələləri koordinasiya edir: ailə ehtiyacında olan uşaqlar və potensial ailələr barədə məlumat müqayisə edilir və məhkəmələrin cəlb edilməsi yekun qərarlar qəbul edilir.
Beynəlxalq övladlığa götürmə məsələləri Xarici İşlər Nazirliyinin məsuliyyətindədir35.
Dostları ilə paylaş: |