Make the children play



Yüklə 0,66 Mb.
səhifə12/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   8   9   10   11   12   13   14   15   ...   60
Çatışmayan Vəkillər

Ədalətin bərpası üçün indiki vəkillərin oynadıqları rolu və onların (vəkillərin) cavabdehlərin hüquqlarını tam şəkildə təmsil etməməklərinə aydınlıq gətirmək üçün Azərbaycanda Hüquq İxtisası İslahatları İndeksin-dən verilmiş sitatlara nəzər salaq17.

" Sovet Konstitusiyasına vəkillik hüququ və günahsız olma haqda ilkin fərziyyənin olması maddələrinin daxil edilməsinə baxmayaraq vəkillərin rolu məhdud idi: yəni cavabdehin günahı demək olar ki, qəbul edilirdi və vəkilin rolu ancaq məhkəmədən nisbətən yumşaq qərarları verməyi xahiş etmək olurdu. (....) Amma məlum olduğu kimi Qərbdə özəl hüquqi praktikada bu cür hallara demək olar ki, rast gəlinmir.(....) "

"Cinayət hallarında zərər çəkən və ya şikayət edən tərəfin də təmsil olunmaq üçün konstitusion hüququ var. Şikayət edən tərəfin təmsilçisi Vəkillər Kollegiyasının üzvü olmaq şərti ilə vəkil olmalıdır.(....) Vəkillər haqda Qanuna əsasən Kollegiyaya üzv olmaq üçün, hüquq ixtisası üzrə universitet dərəcəsi, üç il təcrübə və peşəkar fəaliyyətə başlamaq üçün yazılı imtahan tələb olunur. Bunun başlanğıc forma olmasına baxmayaraq, yeni üzvlərin qəbul edilməsi üçün mexanizm hələ ki, yoxdur. 1999-cu ildən Vəkillər Kollegiyasına qəbul olunanlar üzv deyillər." "Vəkillər Kollegiyasına daxil olmaq istəyən üzvlərin uğursuzluğu barədə qərar vermək hüquqşünasın peşəsidir və bu da ölkənin tələbləri və ehtiyacları ilə heç cürə uyğun gəlmir. Vəkillər Kollegiyumunun cəmi 350 üzvü var.(....) Bu da hər şəxsə vəkil nisbəti baxımından 22.887 nəfərə 1 vəkil deməkdir. (....) İnsan Hüquqları üzrə Beynəlxalq Liqanın 1999-cu il hesabatı qapalı cinayət vəkilləri məsələsinə insan hüquqlarının pozulmasının qurbanlarının müdafiəsini azaldan əsas məsələ kimi qəbul edilir. “Müstəqil vəkillərə başqalarını müdafiə etməyə mane olmaq cinayət xarakteri daşıyır, insan haqları prinsipinə zərbə vurur və ədalətə qarşı cinayətdir".

"Az sayda vəkillərlə birlikdə müəyyən edilmiş problemlərdən biri məhkəmə salonlarında güclərin balansının olmamasıdır. (....) Kollegiyanın müstəqil omaması üzündən vəkillər polisin, təhqiqatçıların, prokurorluq orqanlarının və yüksək siyasi qüvvələrin zorakılığına məruz qalırlar.

Prokurotura orqanlarının gücü qərəzli və rüşvətxor məhkəmə orqanlarının gücü ilə birlikdə vəkillərin rolunu məhdudlaşdırır. Vəkillər vəkillik qabiliyyətlərinə görə yox, rüşvət almaq üçün sövdələşmə bacarıqlarına görə seçilirlər".

"2004-cü ilə kimi Vəkillik haqda Qanun vicdanla və tam şəkildə həyata keçirilmişdir (....) cinayətkarı müdafiə heyəti (...) amma bunlar müstəqil olmadılar və hələ də prokurotura orqanlarının təsiri altındadırlar. Bu məhkəmə sistemlərində korrupsiyanın olmasına əsas verir.Vəkillər məhkəmə salonlarında "formal fiqurlara" bənzəyirlər".

Hüquqi xidmətlərin yararsızlığı:

"Uyğun vəkillərin olmaması, hüquqi yardım xidmətlərinin icrası üçün infrastrukturun və mənbələrin yoxluğu, minlərlə fərdi şəxslərin , xüsusilə ehtiyacı olan və azadlırlarından məhrum edilmiş insanları hüquqi xidmətlər almaq hüququndan məhrum edir."18

Hüquqşünasların de fakto olmadığı şəraitdə, yeniyetmələri qanunla konfliktə düşən zaman müdafiə etmək üçün başqa fiqurlar yoxdu.19



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin