1.2. Uşaqların Müdafiəsi üzrə İnstitusional Sistem
Uşaqlar özlərinin xüsusi yaşayış şəraitləri, və ya əsas hüquqlarının pozulması və ya zorakılığa məruz qalmalı ilə əlaqədar daima Dövlət tərəfindən çoxmərhələli müdafiə sisteminə ehtiyca duyurlar.
İnstitusional qurumlar şəbəkəsi gündəlik əsasda milli və yerli səviyyədə, uşaqlar və onların ailələrinə yardım etmək üçün kompleks quruluşa malikdir. Təyinat mexanizmləri, hesabat və qərarqəbul etmə prosesləri tez-tez bir-biri ilə kəsişən bir neçə səviyyələrdə, qurumlarda və peşə sahiblərində, müxtəlif xidmətlərin göstərilməsində bölüşdürülmüşdür.
Aşağıda təsvir olunan qayda segmentasiya əsasında verilmişdir və birinci olaraq milli (siyasi) səviyyədə qərarvermə səlahiyyətlərindən başlayır və benefisiarlarla birbaşa əlaqədə olan səviyyəyə qədər tabelilik xəttləri ilə davam edir.
Hər bir qurumun rəsmi mandatı sistematik surətdə verilmir, buna səbəb təsdiqlənmiş və tez-tez bilərəkdən hazırlanmayan məlumat mənbələri (qaydalar, peşə təlimatları, missiyanın qeydləri) izləmək çətinliyinin olmasıdır; eyni zamanda, hər bir rol uşaqların müdafiəsi ilə əlaqəli olması baxımından təsvir olunur.
Buna oxşar olaraq, hər bir quruma cəlb olunmuş peşə sahiblərinin profili və sayı yalnız bəzi hallarda qeyd olunur; uşaqların rifah sistemində kadr ehtiyyatlarını ölçmək baxımından əhatəli tədbirlərin görülməsi zamanı bunun düzgün qiymətləndirilməsinə ehtiyac olacaqdır.
Peşə fəaliyyətlərinin (müntəzəm qiymətləndirmələr, dəyərləndirmələr) və xidmətlərin keyfiyyətinin monitorinqi (şikayətlər mexanizmləri, müntəzəm yoxlamalar, özünü-qiymətləndirmə tapşırıqları) demək olar ki, qeyd olunmur çünki, bu Azərbaycan Dövlət Aparatının iş stilinə aid komponenti təqdim etdiyi kimi görünmür. Sistem çərçivəsində nəzarət qurumları keyfiyyət qiymətləndirmə təkliflərindən daha çox nəzarət və audit funksiyalarına malikdir. Bir neçə monitorinq təşəbbüsləri qeyri-hökumət təşkilatları tərəfindən aparılmaqdadır.
Uşaq müdafiəsi üzrə institusional sisteminin ümumi təmsilçiliyi Əlavə I-in II Xəritəsində əyani surətdə verilir-məlumdur ki, abzasların bir-birini təkrarlaması və ya kəsişməsi oxumağı asanlaşdırmır.
1.2.1. Daxili İşlər Nazirliyinin nəzdində olan qurumlar
Daxili İşlər Nazirliyinə tapşırılmışdır ki, ictimai asayiş və təhlükəsizliyi təmin etsin. Ölkə ərazində təşkil olunmuş polis stansiyaları polis qurumları və patrol xidmətlərini koordinasiya edir. Onlar tez-tez uşaqlarla ünsiyyətdə olurlar: həm qanunla ziddiyyət təşkil edən yetkinlik yaşına çatmayanlar və uşaq alveri və ya zorakılığının qurbanları ilə. Tez-tez polislər uşaqların qayğı göstərən institutlara köçürülməsinə cəlb olunurlar. Polis stansiyaları müvəqqəti saxlama kameraları ilə (rus ixtisarında KPZ kimi işlənir) təmin olunurlar. Şübhəli hüquqpozucuları-yetkinlik yaşına çatmayanlar daxil olmaqla- təhqiqatların birinci mərəhələsində belə qurumlar tərəfindən saxlanılırlar. Hər bir rayon iki Polis Müfəttişi xidmətlərindən faydalınırlar, əsasən onlar uşaqların törətdiyi cinayətlərin təhqiqatına cəlb olunurlar. Onlar “müdafiə” profilindən daha çox “günahlandırıcı” yanaşma üsulu ilə işləyirlər; eyni sözlər qaba davranışları və ya uyğunlaşa bilməyən uşaqlarla işləyən bütün işçilər barəsində demək olar. Uşaq Müfəttişləri Milli Təhlükəsizlik Nazirliyinin Departamenti nəzdində olan Cavanların Qorunması və Profilaktik Tədbirlər Qurumuna hesabat verirlər (1 məsul, 5 tam-ştatlı əməkdaş, hamısı polisə mənsub olmaqla); onun mandatı polisin uşaqlarla işləməsinə nəzarət etmək və qanunu pozmaqda günahıandırılan yetkinlik yaşına çatmayanlar və il ərzində hökm oxunmuşlar barəsində məlumat toplamaqdır(cinayətin tipinə görə ixtisaslı şöbələr vasitəsilə). Bu qurum həmçinin patrol qurumları vasitəsilə küçələrədə rast gəlinən uşaqların gətirildikləri və valideynləri/qəyyumları tapılana qədər, və ya digər həll yolu tapılana qədər saxlandıqları 2 köçürmə mərkəzlərinin (biri Bakıda və biri Gəncədə) fəaliyyətlərinə nəzarət edirlər. Daxili İşlər Nazirliyi nəzdində Xüsusi İnsan Alverinə Qarşı Mübarizə Qurumu Daxili İşlər Naziri müavininin məsuliyyətində olmaqla bu yaxınlarda yaradılmışdır ki, bu nazir müavini Respublika Prezidentinin may 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş, İnsan Alveri ilə Mübarizə üzrə Fəaliyyət Planının Milli Koordinatoru kimi təyin olunmuşdur11.
Dostları ilə paylaş: |