Təftiş Metodologiyası
İnformasiya əsasən dörd əsas mənbələrdən toplanmışdır:
* hüquq və məcəllələrdən sitat gətirilmişdir. Aydın başa düşülür ki, uşaqların müdafiəsi ilə bağlı qanunların və qaydaların kiçik hissəsi təhlil edilə bilərdi. Aidiyyəti hüquqi sisteim sistematik təsvirini vermək sənədin məqsədi olmamışdır (həmçinin artıq qeyd edilən faktı nəzərə almaqla, baxmayaraq ki, bir neçə uşaq hüquqlarının tanınması kağız üzərindədir, və praktikada belə hüquqların icrası hələ də əhəmiyyətli çətinliklərlə üzləşir). Hüquqi sənədlər hər yerdən toplanmış əhəmiyyətli fərziyyələrlə konsultasiya edilmiş, və xəritələrə institusional qurumların mümkün mandatları və hesabat mexanizmlərini qiymətləndirmək daxil edilməmişdir.
* xüsusi məsələlər barəsində BT-lar/QHT-lər tərəfindən hazırlanan milli statistika nəşrləri və hesabatları. Statistik baxımından, gözlənilə bilərdi ki, çoxlu həddlərin olması əhəmiyyətli nəticələrə çatmağa imkan verməmişdir: (i) etibarlı məlumat toplanılması mexanizminin olmaması (və məlumatların verilməsində xüsusilə bölmələr tərəfindən göstərilən aidiyyəti zəiflik); (ii) bir neçə hesabatlarda məlumat toplanması metodologiyalarının xüsusiyyətlərin olmaması xüsusi məsələlər üzrə yeganə məlumat mənbəyi olaraq qalır; və (iii) müxtəlif mənbələrdən gələn məlumatlar arasında tez-tez uyğunsuzluğun olması. Hesabat rəqəmlərin müqayisəsinə əsas diqqət verməyəcək, lakin məlumat toplanmasının daha da təkmilləşdirilməsinə olan ehtiyac və zərurətlə bağlı məqamlara toxunacaqdır. Konsultasiya edilən sənədlərin siyahısı Əlavə I-də hesabat formasında verilir.
* Həm institusional sistem və beynəlxalq qurumlar və QHT-lərin dairələri arasında ssas qurumlar görüşlər. Rəsmi təhlil və hesabatların olmadığı, uşağın rifah sisteminə cəlb olunmuş, aidiyyəti sahədə çalışan bir neçə şəxslərin təcrübəsi və fikirləri sənədin nəticələri üçün fundamental dərəcədə əhəmiyyətli olmuşlar. Eyni zamanda, belə əlaqələrin mövcud təbiəti, verilən məlumatda bəzi qeyri-dəqiqliklərə yol verilməsinə səbəb olmuşdur.
* Bəzi institutlara səfərlər, uşaqlarla fokus-qruplar (açıq-sual müsahibələri).
Uşaqlarla birbaşa əlaqə, və onların yaşayış şəraitlərinin qiymətləndirilməsi, -bir daha-yorucu səhnə verməkdənsə-bəzi aspektlərin dərindən keyfiyyətli təhlilinin hərtərəfli qiymətləndirilməsinə yer ayırlmışdır. Təəssüf ki, bəzi planlaşdırılmış səfərlər vaxt məhdudiyyətləri və bürokratik əngəllər səbəbindən təşkil edilə bilməmişdir.
Görüşlər və yerlərə səfərlər Əlavə I-də göstərilir5.
Dostları ilə paylaş: |