Make the children play


Əlil və xroniki xəstəliyi olan uşaqlar



Yüklə 0,66 Mb.
səhifə4/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   2   3   4   5   6   7   8   9   ...   60

Giriş. Təfsiri məlumat

Mövcud vəziyyətin şərhi


Ümumi əhalinin 35%-ni təmsil edən (8266000) 0-18 yaşlarında olan1 2907500 sayda uşaqla, Azərbaycan Sovet İttifaqının dağılması və 1991-ci ildə müstəqilliyin yaranması günündən bəri ağır keçid dövrünün çətinlikləri ilə hələ də üz-üzədir.

Dağlıq Qarabağ bölgəsinin işğalı ilə əlaqədr Ermənistanla silahlı münaqişə nəticəsində vəziyyət xüsusilə çətinləşmişdi ki, bu da Azərbaycanda 800 000 yaxın MK-lar və qaçqınların yaranmasına səbəb oldu və onlardan 1/3-ü (üçdə biri) uşaqlardırlar.

1996-cı ildən iqtisadi artım nəticəsində yaranan ÜDM-in adam başına düşən payında artımın olmasına baxmayaraq, əhalinin iqtisadi şəraitləri olduqca zəifdir: orta aylıq əmək haqqı 100$, və adam başına ərzaq səbəti 50$ məbləğində hesablanmış, əhalinin 1/3 (4 milyon nəfər) tam yoxsulluq həddindən aşağıda (aya /adama 27$) yaşamaları hesab olunur. Qeyd etməyə dəyər ki, səhiyyə və sosial xidmətləri və təhsil xidmətləri üzrə çalışan işçilərin orta aylıq əmək haqqı orta səviyyədən 81% və 37% aşağıdır2.

Fərdlərin iqitsadi potensiallarının keçid dövrü ilə əlaqədar itirilməsi-kütləvi miqrasiya, ailələlərin dağılması, sosial baxımdan pis uyğunlaşmış həyat tərzinin artmasına səbəb olmaqla-rifah sisteminin dağılması ilə nəticələnmədi, bu sistem hələ də Sovet modelinə uyğun olsa da fəaliyyət göstərir, lakin onu işlətmək üçün lazımi ehtiyyatlara malik deyildir. Bazar iqtisadiyyatına keçid və desentralizasiya prosesi icma-əsaslı, kollektiv deyil fərdi ehtiyaclar üzərinndə cəmlənən xidmlətlərə cavab verməmişdir.

İnsan hüquqlarına gəldikdə isə, Azərbaycan bir sıra beynəlxalq konvensiyalar və öhdəliklər ratifikasiya etmişdir, bura həm Uşaq Hüquqları Konvensiyası (1992-ci ildə qəbul edilmişdir), və Bütün Növdən olan İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması Konvensiyası daxil olmaqla (CERD), Qadıblara qarşı Bütün Növdən olan Ayrıseçkiliyin Aradan Qaldırılması Konvensiyası (CEDAW), İşkəncə və digər Qəddar, Qeyri-insani, Alçaldıcı Rəftar və Cəzaya qarşı Konvensiya (CAT)3 da daxildir. Beynəlxalq qaydaların xüsusi çəkisi Azərbaycan Konstitusiyasının 151-ci Maddəsində aydın müəyyən edilmişdir; “Azərbaycan Respublikası qanunvericilik sistemində normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı, beynəlxalq müqavilələr arasında ziddiyyət yarandıqda beynəlxalq müqavilələrin müddəalarına üstünlük veriləcəkdir”.

Bundan əlavə, son il ərzində, ölkənin qanunvericiliyi əsaslı şəkildə yeniləşdirilmiş və təkmilləşdirilmişdir. Güclü impuls 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına qəbul edilməsindən irəli gəlir ki, bu zaman bir neçə Avropa konvensiyaları və milli qanunların ratifikasiyası təmin edilmişdir. Mətbuat tərəfindən son vaxtlar yazıldığı kimi, Avropa Şurası istiqamətində bütün normativ öhdəliklər bu yaxınlarda yerinə yetirilmişdir.

Uşaqlar mövzusu ətrafında isə, Uşaq Hüquqları Konvensiyasının ratifikasiya edilməsindən sonra ölkədə uşaq rifah sisteminin yaxşılaşdırılması məqsədini daşıyan əhəmiyyətli sayda qanunlar, Prezident fərmanları və Nazirlər Kabinetinin qətnamələr qəbul edilmişdir.

Eyni zamanda, dəyişiklik vasitəsilə xidmətin səviyyəsini qaldırmaq üçün ümumi və lazımı qanun-mühafizə tədbirləri təmin edilməmişdir. Çətin sosial-iqtisadi vəziyyətin olması uşaqların daha çox zorakılğa məruz qaldıqları riskin nümayiş olunduğu Azərbaycan səhnəsini müəyyən etməyi asanlaşdırır və onları qorumaq təşəbbüsləri qeyri-kafi və kəsaddır.


Bir qayda olaraq, hesabatın bütün məzmununda bizimlə olacaq bir fikri demək olar ki, yadda saxlanılmalıdır ki, çox tez-tez qanunlarda və konvensiyalarda qəbul edilən yaxşı prinsiplər yaxşı praktikalarla yerinə yetirilmir; və müstəqil monitorinq və məlumat xidməti mexanizmlərinin demək olar ki, təmamilə olmaması vətəndaşların imkanına-və xüsusilə uşaqların-öz hüquqlarına hörmət edildiyini görmək imkanına ciddi surətdə maneə yaradır.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin