Make the children play


Uşaq alverinin qurbanları



Yüklə 0,66 Mb.
səhifə7/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   2   3   4   5   6   7   8   9   10   ...   60

1. Azərbaycanda Uşaqların Müdafiəsi üzrə İnstitusional Sistem



1.1. Uşaq Müdasiəsi ilə Dövlətin Səlahiyyətləri: İcraçı, Qanunverici və Hüquqi


Azərbaycanda rifah sisteminin uşaqların müdafiə komponentlərini tam başa düşmək üçün, əhalinin iqtisadi, social və mədəni həyatın bütün aspektlərinə aid olan əsas Dövlət səlahiyyətlərindən qısaca başlamaq lazımdır.

Əlavə II-də I Xəritə dövlət səlahiyyətinin icrası üzrə üç qola ayrılır.




İcraçı istiqamət


Dövlətin başçısı 5 il müddətinə ümumxalq səsverməsi ilə seçilən Prezidentdir. Hökumətin başçısı, -Kabineti təşkil edən 18 Nazirliklər daxil olmaqla- Prezident tərəfindən təyin olunan və Milli Məclis tərəfindən təsdiqlənən Baş Nazirdir. Nazirlər Kabinetinin digər üzvləri humanitar məsələlər; MK-lar və Qaçqınlar daxil olmaqla xüsusi məsələlərə məsul olan 5 Baş Nazir Müavinləridirlər (qeyd olunan məsələyə məsul olan Baş Nazir müavini həm də ayrıca Dövlət Komitəsinin sədridir).

İcra səlahiyyəti Respublika Prezidentinin digər qərarları, fərmanları və təlimatları ilə birgə (parlament tərəfindən qəbul olunmuş ratifikasiyalı qanunlar və əalvə direktivlər) və Nazirlər Kabinetinin qətnamələri ilə icra olunur.

Azərbaycan inzibati cəhətdən 76 rayona bölünür (63 rayon- üztəgəl şəhərlər, Bakıda 11 rayon və Gəncədə 2 rayon daxil olmaqla); rayonlar İcra Komitələri tərəfindən idarə olunur, və icra hakimiyyətlərinin yerli nümayəndələri kimi Konstitusiyada müəyyən olunurlar. İcra Hakimiyyətlərinin Başçıları Respublika Prezidenti tərəfindən təyin olunur, və Prezidentlə birbaşa bağlı olan sılahiyyətlərin böyük hissəsini icra edən Prezident Aparatının Başçısı vasitəsilə hesabat verirlər. Uşaqların müdafiəsi ilə əlaqədar bir neçə rayon kommissiyaları yerli səviyyədə İcra Hakimiyyəti Başçılarına və milli səviyyədə isə müvafiq Nazirlirliklərə6 hesabat verirlər.

Bələdiyyələr hakimiyyətin ən desentralizasiya olunmuş səviyyəsini təşkil edir: onlar özlərini-idarə qurumlarıdırlar, icra hakimiyyətindən təmamilə müstəqildirlər lakin məhdud rola malikdirlər: bütün rifah, maliyyə və idarəçilik qurumları İcra Hakimiyyətlərində cəmlənmişdir. Bələdiyyələrin cəmi 2735-dir, hər rayona əhali sıxlığı və bələdiyyə sakinlərinin sayından asılı olaraq bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir: minium 300 ilə maksium 50 000 nəfər olmaqla. Bələdiyyə Üzvləri (21647) demokratik surətdə seçilirlər7.





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin