Make the children play


UNİCEF Perspektivində üstünlüklər



Yüklə 0,66 Mb.
səhifə5/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   2   3   4   5   6   7   8   9   ...   60

Məqsədlər və Məzmun


Yuxarıda qeyd olunanları nəzərə almaqla, bu hesabatın məqsədi uşağın rifahı ilə əlaqədar institusional sistemin xəritəsini çəkmək və ölkədə uşaqların müdafiə ehtiyacları prioritetini müəyyən etməkdir.

Xüsusilə, hesabatın birinci hissəsi uşaqların müdafiəsi idarəçiliyi və əlaqədar strukturlar/xidmətlərin səviyyələrini sadalayır, və sistemin əhatəsini və qərar-vericilik və hesabat mexanizmlərini təsvir etməyə çalışır4.

Bunun təsviri II Əlavədə göstərilən əyani xəritələrdə (Dövlət Səlahiyyətləri və Uşaq Müdafiəsi üzrə İnstitusional Sistem) verilmişdir ki, bu da sistemin mürəkkəbliyi barəsində dərhal təsəvvür oyadır. Xəritələrdə, institusional(və qeyri-institusional) qurumlar arasında əlaqələr aşağıdakı qaydada təmsil olunur:


  • Tabeçilik cərgələri (qara);

  • Məsul cərgələr (qırmızı, həmişə tabeçilik cərgələrinə uyğun olur, lakin əks istiqamətdə). Faktiki olaraq, biz görə bilərik ki, ümumiyyətlə, nəzarətçilər qərarvermə prosesinin başında dayanır və hər bir tabeli orqan öz nəzarətçisinə hesabat verir. Eyni zamanda, hər bir kəsin seçilməsi və digər münasibətlər bu sənəd çərçivəsində aidiyyatlı olması baxımından qiymətləndirmə ilə müəyyən edilir; bundan əlavə, bəzi hallarda hesabat verən cərgə tabeli münasibətlərdə olmur);

  • Məlumat-xidmət cərkələri(açıq göy), vətəndaşlar və institutlar arasında əlaqələrin ardıcıllığını göstərir-uşaqların müdafiəsi ilə əlaqədar məsələlərə əsas diqqət verir. Bəzi hissələr xəritələrə əlaəv edilmiş cədvəllərdə daha ətraflı təsvir olunur;

  • Monitorinq cərkələri (sarı).

Hesabatın ikini hissəsi müdafiəyə ehtiyacı olan uşaqların xüsusi qruplarının vəziyyətini göstərir, və bunun üçün mümkün ikinci-mənbə məlumatını əks etdirir.

Azərbaycanda, xüsusən uşaqların az təminatlı qrupu milli və beynəlxalq təşkilatların diqqəti altındadır: MK və qaçqın uşaqlar-bu qrupa biz sığıncaq axtaranları da əlavə etmişik- bir neçə ildir ki, qeyri-sabit şəraitlərdə yaşayırlar, və silahlı münaqişənin travmatik nəticələrini daşıyırlar.

Təhlillər valideyn qayğısından məhrum olanlardan başlayır, birincilərə müdafiə mexanizmlərini fəallaşdırmaq üçün dövlət tərəfindən tədbirlərin görülməsi tələb olunur, çünki onlar öz ailələrini ya itirmiş və ya məcburən ayrılmışlar. Davamı olaraq, əlil və çətin davranışlara malik uşaqlara xüsusi diqqət yetirməyə dəyər, çünki onların sosial təcrid olunması riski çox yüksəkdir, hətta onlar ailələrdə yaşasalar belə. Bundan əlavə, ailələrin idarə olunmaq qabiliyyətləri azaldığı cəmiyyətlərdə, bir sıra uşaq yüksək templə icma həyatının mərkəzində toplaşırlar və bu səbəbdən ətrafa daima təhlükə yaradırlar. Biz xüsusilə küçə uşaqları, məktəbdən erkən çıxarılmış, bir neçə vəziyyətlərdə zorakılığın asan qurbanına çevrilmiş, cinsi və əmək istismarı ilə insan alverinə cəlb olunmuşlar barəsində fikirləşirik. Xüsusilə geniş yayılan və həyacan təbili vuran məsələlərə uşaqlara və uşaq əməyinə qarşı olan zorakılıqdır, hər ikisi yerli və xarici səviyyədə. Müdafiə baxımından xüsusi diqqət tələb edən digər uşaqlar qrupu qanunla ziddiyyət təşkil edənlər(ziddiyət təşkil etmək riskində olanlardırlar). Bütün bu uşaqların vəziyyətlərini təsvir edərkən, əsas diqqət təyinat prosedurlarının təsvir edilməsinə veriləcəkdir-yəni uşaqların rifah xidmətləri almaq üçün əlaqəni yaradan addımlar və xidmətlərin keyfiyyəti. Təhlillər imkan verir ki, uşağın müdafiə mühitində boşluqlar, açıq və gizli yardımlar və uşaq hüquqları baxımından prioritetlər müəyyən edilsin; bir neçə hallarda, təyinat sisteminin özü, az səmərəlilik və ya müdafiə mexanimzlərinin olmaması səbəbindən “fövqəladə yardımı” hal yaradır.

Bu hesabatın yekun sənədinin tam olması və ya mövcud vəziyyəti ətraflı təsvir etməsi gözlənilmir-bununla xüsusi aspektlər üzrə əlavə təhlillər və sənədlərə baxışların keçirilməsinə ehtiyac vardır. Bu daha çox Azərbaycanda uşaqların yaranmaqda olan müdafiə problemlərini əks etdirən birinci analitik layihədir, və məsələyə həm xidmət təchizatçıları və həm də yararlanan tərəflər qütbündən nəzər salır. Əsas səy göstərilmişdir ki, uşağın rifahının yaxşılaşdırılması üçün kollektiv görülən işlər barədə faydalı məlumatın yaranmasına töhfə verilsin.

Yekunda, demək olar ki, tövsiyyələ UNİCEF-in qısa və uzun-müddətli fəaliyyət planı üçün qısa təmin edilir-həmçinin mümkün resurslar və əsaslandırılmış mümkün çıxış yolları nəzərə alınmaqla layihə təkliflərində gələcəkdə işlənib-hazırlanacaqdır.

Bir neçə faktorlar-təsvir olunan sistemin mürəkkəbliyi, məlumat bazasının böyük olması, və missiyanın vaxt imkanı məhdudiyyəti kimi faktorlar- bu sənəddə “işin hələ aparılması ehtiyac” duyulmasını, və bəzi məlumatların mümkün qeyri-dəqiqliyini əks etdirməyə məcburdur.

Məsələlərin çoxu digər beynəlxalq təşkilatlar və milli QHT-lər tərəfindən hazırlanan hesabatlarda təmamilə təsvir edilmişdir və ətraflı təhlil və innovativ təklifləri təmin edilməsi baxımından onların səyləri etiraf olunmalı və diqqətəlayiq görülməlidir. Bu səbəbdən digər sənədlərə qayıtmaq tez-tez müşahidə olunur.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin