Make the children play


Qanunvericiliklə problemi olan uşaqlar



Yüklə 0,66 Mb.
səhifə8/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

Qanunverici istiqamət


Qanunlar bir palatalı Milli Məclisdə müzakirə olunur və qəbul edilir, ümumxalq səsverməsi ilə bura 5 illik xidmət müddəti üçün 125 üzv (tək mandat sahibliyi əsasında) seçilirlər. Qanunlar, qəbul edilmiş qurumlar və şəxslər tərəfindən təqdim olunmaqla, oxunuşlar prosesi vasitəsilə (adətən 3 olur) və yekun olaraq onları qəbul etməmək hüququna malik Prezident tərəfindən qəbul edilir8.

11 Daimi Kommissiyalardan ibarət olan Milli Məclis onların mandatı ilə bağlı qanunlara texniki məsləhət təmin edirlər. Belə kommissiyalar arasında uşaq müdafiəsi məsələləri ilə əlaqədar olanlar bunlardır: İnsan Hüquqları Komissiyası, Təhsil Kommissiyası və Sosial Siyasət Kommissiyası. Son qeyd olunan kommissiyanın başçısı uşaqların hüquqları üzrə bu yaxınlarda koordinator təyin edilmişdir.

Uşaqların rifah sistemi hüquqi baxımdan 1995—ci ildə qəbul edilmiş Konstitusiyaya əsaslanır ki, burada proseslər ən yüksək hüquqi qüvvəyə malikdir; Mülkü və Cinayət Məcəllələri, Cinayət Prosedur Məcəlləsi və Məhkəmə Qərarlarının İcrası Məcəlləsi (2000-ci ildə qəbul edilmişdir); və Ailə Məcəlləsi (1999-cu ildə qəbul edilmişdir). Bir neçə qanunlar, fərmanlar, təlimatlar və qətnamələr beynəlxalq konvensiyalar əsasında uşaqların hüquqlarının tənzimlənməsini tənzimləyir.

Hüquqi istiqamət

Azərbaycan Konstitusiyası siyasi və fərdi hüquqlar ehtiva edir və səlahiyyətlərin bölüşdürülməsi və məhkəmə sisteminin müstəqilliyinə səlahiyyət verir.

Məhkəmə hakimiyyəti 4 səviyyədə icra olunur: Əyalət Məhkəməsi, Apelyasiya Məhkəməsi, Ali Məhkəmə və Konstitusiya Məhkəməsi, burada Konstitusiyada və Məcəllələrdə qeyd olunan prinsiplərlər yeni qanunların uyğunluğuna baxılır, lakin 2004-cü ilin yanvarında isə fərdi şikayətlərə də baxacağını bəyan etmişdir9.

Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyasına da tərəfdar olduğuna görə, hüquqpozmalar barədə ölkə səviyyəsində bütün vasitələrdən istifadə olunudqan sonra Strasburqdakı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilə bilər10.

Hakimlərə nəzarət orqanı Hüquqi-Məhkəmə Şurasıdır; bu hakimlərin müstəqilliyi barəsində müəyyən narahatlıqlar yarada bilər ki, onlar muxtar qurum olmaqdan daha çox Ədliyyə Nazirliyinin bir hissəsi olan Şuranı təmsil edirlər.

Hüquq səlahiyyətlərinin icrasında Dövlət, Dövlət İttihamçıları qismində təmsil olunur ki, onlar da Respublika Prezidenti tərəfindən təyin olunan və ona hesabatlı olan Baş Prokuror tərəfindən əyalətlər üzrə təyin olunur və hesabat verirlər.

2002-ci ildə Avropa Şurasının tövsiyyəsi əsasında, İnsan Hüquqları üzrə Ombudsman Ofisi Respublika Prezidentinin təklifi əsasında Milli Məclis tərəfindən təyin edilmişdir. Ombudsmanın mandatı ölkədə insan hüquqlarının hərtərəfli həyata keçirilməsini monitorinq etmək və Milli Məclisə illik hesabat verməkdən ibarətdir.

2001-ci ildən bəri Azərbaycan Hökuməti CAT, CERD və CEDAW –a fərdi müraciətlər etmişdir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin