Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə29/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   25   26   27   28   29   30   31   32   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Cənub yamacı zonası. Cənub yamacın Yurayaqədər strukturları İnqur, Sxenis­kal, Mzımtin Alp antiklinal qalxımlarının nüvəsində müəyyən olunmuşdur. Bun­lar­dan İnqur və Sxeniskal antiklinalları Svanet antiklinoriumunun hissəsi hesab olunur.

İnqur qalxımı horst-antiklinal quruluşa malikdir. Onun şimal qanadında Yuraya qədər qat alt Yuranın Svanet dəstəsi ilə transqresiv örtülmüşdür.

Cənub-qərb qanad şimal istiqamətdə kəskin meyl edən əks fayla mürək­kəb­ləş­miş­dir. Bu qırılma boyunca Yurayaqədər süxurlarla alt Yuranın aspid şistlər dəstəsi kompakta gəlir.

Uzununa istiqamətdə Böyük Qafqaz meqantiklinoriumu tektonik quruluşuna və inki­şa­fına görə bir-birindən fərqlənən 4 əsas seqmentə (Şimali-qərbi, Mərkəzi, Şər­qi və Cə­nub-şərqi Qafqaz) ayrılır. Bunlardan Şimali-Qərbi Qafqaz və Cənubi-Şərqi Qaf­qaz seqmentləri ensiz, zəif qalxmaya məruz qalmış, enli, kəskin asimmet­rik qu­ru­luşa malik olan Şərqi və Mərkəzi Qafqaz seqmentləri Hərbi-Gürcüstan yolu meri­di­anında ensizləşən sahə ilə ayrılırlar.



Şimali-Qərbi Qafqaz- bu seqment Pşex-Adler eninə qırılma zonasından qərbdə yer­ləşir. Qərbi-Kuban çökəkliyinin yaranması və inkişafı Böyük Qafqazın şimal-qərb seq­menti ilə əlaqədardır.

Pşex-Adler qırılma zonasının təzahürü ilə əlaqədar olaraq bünövrə süxurları yer səthinə çıxmır. Belıy və Pşex çaylarının üst hissəsində Çuquş qalxımını əmələ gə­ti­rir (Baş silsilə antiklinoriumunun uzaq qərb hissəsi).

Çuquş qalxımının enməsi ilə əlaqədar olaraq, Qoytx antiklinoriumu mərkəzi qalxım rolunu oynayır. Qoytx qalxı­mı Baş Qafqaz silsiləsini cənubdan əhatə edən alt Yura zolağının qərb davamı da­xilində yaranır. Qoytx antiklinoriumunun üstünü örtən alt və orta Yura (Toar-Ba­yos) olduqca sadə quruluşa malikdir.

Qoytx antiklinoriumunun cənubunda üst Yura, Təbaşir və alt Paleocen filişin­dən təşkil olunan Novorosiyski sinklinoriumu yerləşir.

Şimli-Qərbi Qafqazda meqantiklinoriumun şimal və cənub qanadlarının quru­luşu kəskin fərqlənir. Onun üstünü ortən üst Yura-Təbaşir struktur mərtəbəsinin tö­rə­mələri Çuquş qalxımının, Qoytx antiklinoriumunun pereklinalını təş­kil edən Alen-Bayos təbəqələrini transqressiv və qeyri-uyğun örtür.

Şimal-Qərbi Qafqaz seqmentində qeyd olunan struktur elemenlərdən başqa Ax­su-Kasırxa qalxımı, Soçi (düzənliyi) sinklinoriumu, Semiqor antiklinalı və s. kimi struk­turlar da qeyd olunur.



Taman yarımadası zonası. Bu qırışıqlıq Krım istiqamətli (qərb-cənub-qərb, şərq-cə­nub-şərq istiqamətli) qırılmalarla və palçıq vulkanizmi ilə mürəkkəbləşən braxi­an­tikli­nal, diapir quruluşlu tavalardan təşkil olunan antiklinal zonalar sistemin­dən iba­rətdir.

Taman yarımadası qırışıqlığı Kerç yarımadası və Şərqi Krımın qırışıqlığı ilə sıx bağ­lı olub, onun tam davanı təşkil edir. Taman qırışıqlıq zonası Qafqaz və Krım qı­rı­­şıqlıq sis­temləri arasında birləşdirici seqment hesab olunur.



Mərkəzi Qafqaz seqmenti- Böyük Qafqaz meqantiklinoriumunun tektonik və oro­qra­fik cəhətdən ən çox qalxmaya məruz qalmış seqmenti hesab olunur. Qafqazın Alp in­kişaf mərhələsi ərzində burada əyilmənin amplitudası ən az olmuşdur. Paleo­zoy bünov­rəsinin nisbətən yüksək vəziyyət tutaraq (az dərinlikdə yerləşməsi) onun qayma qurulu­şuna ma­lik olduğunu və eninə dərinlik qırılmaları (sub en və şi­mal-qərb istiqamətli) ilə mürək­kəb­ləşdiyini izləməyə imkan verir. Mərkəzi Qafqaz seqmen­tin­­də meqantiklinorium kəskin asimmetrikliklə səciyyələnir. Burada mərkəzi Paleo­zoy nüvəsindən şimala Mezozoy çö­kün­tüləri nisbətən az qalınlığa malik olub, mo­no­k­linal yatım əmələ gətirdiyi halda, cənub yamacda onun qalınlığı kifayət qədər çox olub, mürəkkəb qırışıqlıq strukturu örtür.

Mərkəzi Qafqaz meqantiklinoriumunun ən şimal hissəsini Laba-Malka zonası (Şima­li Qafqaz monoklinalı) təşkil edir. Bu zona platformaya yaxın olan iki mərtə­bə­li (alt və üst) quruluşa malikdir. Alt struktur mərtəbə qırışıqlıq Paleozoy törə­mə­lə­rin­dən: üst isə- monoklinalı yatmış Mezokaynozoy örtüyündən təşkil olunmuş­dur. Pa­leo­zoy bünövrəsinin quruluşunda üç eninə sahə ayrılır.



  1. Xasaut çökəkliyi ilə iki xüsusi qalxıma ayrılan Malka eninə qalxımı. Bu qal­xım Şimali Qafqaz Hersin geosinklinalı daxilində daha erkən konsolidasiya olmuş sa­hədir (aralıq massiv tipli).

  2. Kuban-Zelençuk çökəkliyi intensiv enməyə məruz qalmış və olduqca kəskin dis­lokasiya olunmuş orta Paleozoy metamorfik törəmələrindən təşkil olunmuşdur, üst Paleozoy (C-P) yaşlı molassla uyğun örtülmüşdür.

  3. Laba qalxımı Malka eninə qalxımına nisbətən zəif qalxmışdır, orta və üst Pa­leozoy törəmələrindən təşkil olunmuş və Uruşten kompleksinin orogenə qədər orta Paleozoy intruziyası ilə yarılmışdır.

Alp inkişaf mərhələsinin əsas hissəsində Laba-Malka zonası Qafqaz qarşısı Epi­hersin plitəsinin cənub hissəsini təşkil etmişdir. Yalnız Neogendə Böyük Qaf­qa­zın qalx­ması­na cəlb olunmuşdur.

Laba-Malka zonası hər tərəfdən dərinlik qırıdmaları ilə hüdudlanır və sərbəst blok­dan ibarətdir. Bu zona şimaldan Çerkas qırılması, cənubdan isə Pşekiş-Tırnauz ti­kiş zona­sı­nın quruluşunda intensiv qırışıqlığa məruz qalan Paleozoy törəmələri bö­yük qalınlığa malik alt-orta Yura geosinklinal kompleksi ilə örtülmüşdür. Paleozoy törəmələrinə görə bu zona ensiz qraben və qraben-sinklinallardan ibarətdir.

Pşekiş-tırnaus zonasının en kompleksinin quruluşunda 5 eninə sahə ayrılır:


  1. Belloreçen (Pşekiş horst-antiklinalı)- nisbətən qərbdə, enməyə məruz qalmış qon­şu sahələrin arasında yerləşir.

  2. Laba (Zaqedan qraben-sinklinalı)- Belloreçen zonasından şərqdə yerləşir. Qon­­­şu Paleozoy qalxımları arasında yerləşən Laba zonası intensiv əyilməyə məruz qalmış və alt Yura yaşlı çöküntülərlə dolmuşdur.

  3. Tırnnaus zonasının qalxmış, Poleozoy törəmələrindən təşkil olunan hissəsi. Bu zo­­na Baş silsilə zonasına qovuşur və şimalda Laba-Malka zonasının enməyə mə­ruz qalan Kuban sahəsindən qırılma ilə ayrılır. Malka eninə qalxımından cənuba Tır­­naus zonasının Alp kompleksinin qurulu­şun­da Malka və Çeçem arasında olduqca en­siz, hər iki tərəfdən alt Yura çöküntüləri ilə dolmuş qraben-sinklinalla əhatə olu­nan horst ayrılır. Bu horst mərkəzi hissədən qranit massivi ilə yarılmışdır. Bu eninə sahə qərbdən və şərqdən dərinlik qırılması ilə hüdudlanır. Çeçem çayından şərqə Tır­naus və qonşu zonaların Paleozoy bünöv­rə­si enməyə məruz qalır və Mezokay­no­zoy yaşlı çökmə qatı ilə örtülür.

Laba-Malka zonasından cənubda ondan Pşekiş-Tırnaus tikiş zonası ilə ayrılan Baş sil­silə antiklinoriumu yerləşir. Mərkəzi Qafqazın ox qalxımını təşkil edən Baş sil­silə an­tiklinoriumu kristallik şistlərdən, qneyslərdən ibarətdir, Hersin batolitləri ilə yarılmışdır.

Baş silsilə antiklinoriumu dərinlik yamacı üzrə cənub yamacın qırışıqlıq zonası üzə­ri­nə gəlmişdir. Bəzi sahələrdə bu üstəgəlmənin üfüqi yerdəyişmə amplitudu 10-15 km-ə çatan tektonik örtüklə müşaət olunur. Planda baş silsilə horst-antikdino­riu­mu qey­ri-uyğun paraleloqram formasında olub (en və qərb-şimali qərb istiqamətli) dərin­lik qırıl­ması ilə hüdudlanır. Qərb istiqamətli qırılma ilə əlaqədar olan qraben və qra­ben-sinklinallar (Adılsu, Ştulu-Xares, Argis-Klıç) qeyd olunur ki, onlar da baş silsilə horst-antiklinoriumu ku­lisvari yerləşmiş 4 bloka ayrılır.



  1. Teberdin- nisbətən böyük olan və mərkəzdə qalxmış blok.

  2. Bolkar-Diqor- nisbətən böyük olan və mərkəzdə qalxmış blok.

  3. Sodqi (şimal-qərbdə)- nisbətən ensiz, zəif denudasiya olmuş blok.

  4. Osetin (cənub-şərqdə)- nisbətən ensiz, zəif denudasiya olmuş blok.

Baş silsilə horst-antiklinoriumdan cənuba Mərkəzi Qafqazın cənub yamacı ev­geo­sinklinal zonası (Svanet zonası) yerləşir. Bu zonada vaxtıilə Alp geosinklinalının ox his­sə­si yerləşirmiş. Bu zona üçün(xüsusən də onun mərkəzi hissəsi üçün) Hersin və Alp struk­tur mərtəbələri arasında fasilə və uyğunsuzluğun olmaması səciyyəvi xü­susiyyət hesab olunur.

Cənub yamacı evgeosinklinal zonası orta Paleozoy-alt Yura yaşlı metamorfik­ləş­miş qatdan və üst Mezazoy filişindən təşkil olunmuşdur.

Bu zonada yenidən külisvari yerləşmiş strukturlar qeyd olunur. Mərkəzi Qaf­qa­zın en hissəsində 5 əsas element ayrılır.

Svanet antiklinoriumu- alt Yuranın aspid şistlərindən təşkil olunmuşdur. Nü­və­­də horstvari iki strukturun (Layla silsiləsi və Sxenis-Sxali çaylarında) arasında me­ta­morfik­ləş­miş orta və üst Paleozoy və Trias yer səthinə çıxır.

Şərqdən Svanet antiklinoriumuna üst Yura və alt Təbaşir filişi ilə dolmuş Ra­çin-Trianet sinklinoriumu (Çiaur sinklinalının şimal qərb hissəsi) birləşir. Alt Yura­nın planına görə şimal-qərbdə Çiaur sinklinoriumunun davanı Baş silsilə zonasının Ar­xız-Klıç qra­ben-sinklinalı hesab olunur.

Şərq istiqamətdə Baş silsilə horst-antiklinoriumu arasında orta-üst Paleozoy, son Hersin intruziyası və alt Yura aspid şistlərdən ibarət olan zolaq ayrılır. Bu zolaq Ose­tin horst-antiklinalının enməsi ilə Qafqazın mərkəzi ox qalxımı rolunu (Şərqi Qafqa­zın yan silsilə antiklinoriumu Daryal-Boqos) alır.

Abxaz-Raçin zonası- Baş silsilə horst antiklinoriumundan dərinlik qırılması ilə ay­rı­lır. Alp kompleksi iki mərtəbəli quruluşa malikdir. Alt mərtəbə terrigen (Leyas, Aaalen), porfirit (Bayos) və kömürlü reqresiya qatından (Bat) ibarətdir; üst komp­leks alt komplek­sin üzərində qeyri-uyğun yatır, əsasən yst Yura, Təbaşir, Paleocen yaşlı karbonat çökün­tü­lə­rindən təşkil olunmuşdur. Bu kompleks zonanın zəif qalx­maya məruz qalan qərb his­səsində geniş yayılmışdır, şərq hissərin isə əksər sahə­sin­də kiçik sinklinallarda və onun cənub ətrafı boyunca saxlanılmışdır.

Abxaz-Raçin zonası və Məkəzi Qafqaz sistemi ümumiyyətlə, cənubda Zaqaf­qa­­ziya dağarası çökəkliyinin qərb hissəsi (Gürcüstan aralıq massivi və Rion çökək­liyi) ilə birlə­şir. Şərqi Abxazın və Meqrelin Zaqafqaziya dağarası çökəkliyinə keçidi ayrı-ayrı sahə­lər­də qırılmalarla mürəkkəbləşən, vertikal, amplitudası kilometrlərlə ölçü­lən fleksura bo­yun­ca qeyd olunur.

Gürcüstan qaymasında (Leçxum, Raçe, Cənubi Asetiya) bünövrənin kəskin qalx­ması (3-4 km-dən çox) qeyd olunur və Böyük Qafqaz sisteminin cənub sərhəd­dinin xüsusiyyəti dəyişir. Burada Abxaz-Raçin zonası və Gürcüstan qaymasının Ok­rib-Saçxer zonası arasın­da üst Yura, Paleocen və Miosen çöküntüləri ilə dolmuş ensiz (2,5-3 km) Raça-Leçxum sinklinoriumu yerləşir. Şərq hissədə bu çökəklik da­ha en­siz olan (2-3 km), Oli­qo­sen-Miosen molassı ilə dolmuş Raça-Osetin qraben-sink­lina­lına keçir. Ensiz Osetin-Ra­ça-Leçxum çö­kəkliyi qırılma üstü struktur olub, nəhəng tekto­nik tikiş zonasında forma­laşmışdır. Bu ti­kiş zonası Abxaz-Raçin zona­sının qərb­də da­vamı Abxaz-Meqrel kənar fleksurası, qərb­də isə Dzau-Kaxet antik­li­nal zonası hesab olunur. Ümumiyyətlə, bu zo­nanı Kaxet-Leç­xum tikiş zonası adlan­dı­rırlar.

Şərqi Qafqaz. Şimal-şərq istiqamətli eninə Kazbek dərinlik qırılmalarından şər­qə Böyük Qafqazın Alpa qədər bünövrəsi böyük dərinliyə enir və demək olar ki, yer səthinə qalxmır. Bu­nun­la əlaqədar olaraq, dağlıq sistemin mərkəzi hissəsini alt Yu­ra qismən də orta Yura təşkil edir. Onlardan nisbətən qədimləri iki nəhəng horst antik­linorium (Yan və Baş silsilə) əmə­lə gətirir. Şərqi Qafqazın Yan silsilə antik­li­noriumu Gürcüstan-hərbi yo­lun­dan şərq­də, Mərkəzi Qafqazın Baş silsilə antiklino­riu­munun cə­nub qanadının geniş­lənən hissəsin­də yaranır və Svanet antiklinori­u­mu­nun davamı hesab olunur.

Baş və Yan silsilə horst-antiklinoriumları bir-birindən Beəkitin horst-sinklino­riu­mu ilə ayrılır. Şimaldan Yan silslə antiklinoriumu alt-orta Yura, daha şimaldan isə (Çeçen-İn­qu­şet və Şimali Dağıstan) üst Yura-Təbaşir çöküntülərdən təşkil olu­nan qı­rı­şıqlarla sər­həd­ləntr.

Əhəngdaşli Dağıstan zonası olduqca səciyyəvi tektonik quruluşa malikdir. Onun da­xilində nəhəng, kifayət qədər uzun, səciyyəvi sandıqvari qırışıqlar üstünlük təşkil edir. Qərb­­dən şərqə qırışıqların oxu öz uzununa istiqamətini en istiqa­mətindən qərb-şi­mal-qərb-şərq-cənub-şərq və hətta şimal-qərb-cənub-şərqə dəyişir. Ümumiy­yət­lə, tek­to­nik xüsusiyyətinə görə əhəngli Əhəngdaşli Dağıstan struktur terrasıdır.

Cənubi Dağıstanda ayrılan əsas strukturlardan biri şimal-şimali-qərb-cənub-cə­nubi-şərq istiqamətli Ulluçay antiklinoriumu hesab olunur. Onun tağında Aalen-Ba­yos çökün­tü­ləri çıxır. Ulluçay antiklinoriumu Yan silsilə antiklinoriumundan Bəybu­laq antiklino­riu­mu ilə ayrılır. Şimalda Bəybulaq sinklinoriumu əhəngli Dağıstan zo­nasının cənub-qərb hissəsinə qovuşur.

Şərqi Qafqazın Baş silsilə antiklinoriumundan cənubda yerləşən hissəsi (filiş zo­nası) asimmetrik quruluşa malik Çiaur-Dübrar sinklinoriumunu təşkil edir. Cənub­dan bu sinkli­no­rium Böyük Qafqazın cənub ətraf qalxımlarını təşkil edən Svanet, Ka­xet və Vəndam an­tiklinoriumları ilə hüdudlanır. Çiaur-Dibar sinklinoriumu cə­nub-şərqə (Xəzər dənizi isti­qamətində) genişlənir və üst Təbaşirin, Paleocenin ya­yıl­masına, fi­­liş qatının qalın­lığının dəyişməsinə görə Gürcüstanda Çiaur (Ksan və Alazan çayları ara­sında) və şərqi Azərbaycanda Dübrar (Göyçay çayından şərqdə) çö­­kəklikləri ayrılır.

Cənubi-Şərqi Qafqaz. Samur çayının aşağı axımlarından Böyük Qafqazın qu­ru­luşu yenidən kifayət qədər dəyişir və bu da qırışıqlıq sisteminin cə­nub-şərq hissə­si­nə xüsusi tek­to­nik əyalət kimi baxmağa əsas verir. Samur qırıl­ma­sına görə meqantik­li­noriumun şimal qana­dı kifayət qədər aydın hiss olunacaq dərə­cədə en­­məyə məruz qa­lır və əsas hissədə yerini törəmə Qusar-Dəvəçi çökək­liyinə dəyişir. Bu Qusar gö­mül­­müş qalxım formasında davan edən Ulluçay antik­li­noriu­mu­na aid edilir.

Yan silsilə antiklinoriumu bir qədər fasilədən sonra yenidən Çoqadjukçay ça­yın­da Təngi-Beşbarmaq antiklinoriumu formasında meydana çıxır. Eni bir neçə km olan bu an­tiklinoriumun uzunluğu 120 km-ə çatır və şərqdə Giləzi burnuna kimi iz­lənilir. Şimaldan Təngi-Beşbarmaq antiklinoriumu Siəzən dərinlik qırılması ilə Qu­sar-Dəvə­çi çökəkliyin­dən ayrılır. Kaxet-Vəndam antiklinoriumu kimi Təngi-Beş­bar­­maq antik­li­noriumuda şov qırışıqlıq olub, Mezozoyda paleocoğrafi cəhətdən kor­dil­yer forma­sın­da ifadə olunur.

Baş silsilə antiklinoriumu Cənubi-Şərqi Qafqazın daxilində Vəlvələçay çayına kimi davam edir, ondan sonra onu təşkil edən orta Yura çöküntüləri ilə transqressiv örtülür.

Yan (Təngi-Başbarmaq) Baş (Tfan) silsilə antiklinoriumları arasında yerlə­şən struk­tur Cənubi-Şərqi Qafqazda Şahdağ-Xızı sinklinoriumu adlanır. Bu sinkli­no­rium­un şi­mal-qərb hissəsi Şahdağ massivini və onun şərq davamını əhatə edir, üst Yura-Nea­kom (Berrias-Barrem) əhəngdaşlarından və üst Senom mergellərindən təş­kil olun­­­muşdur.

Şahdağ əhəngdaşı massivi cənubdan en istiqamətli konsedimentasion Budaq qı­rıl­ma­sı ilə kəsilir və bu qırılmadan cənubda Xızı struktur-fasial zonası ayrılır.

Tfan antiklinoriumu və onun şərq davamı cənubda qırılmalar sistemi- Malxa­mud üs­tə­gəlməsi (qərbdə), Xaltan-Germian (şərqdə) ilə haşiyələnir.

Bu qırılma zonasından cənuba Dübrar (Xaltan) Yaşma sinklinoriumu yerləşir. Bu sink­linoriumun cənubundan ensiz kəskin ifadə olunan Altıağac-Kürkəçidağ an­tik­li­no­riu­mu ilə hüdudlanır.

Altıağac-Kürkəçidağ antiklinoriumundan cənubda isə Təbaşir və Paleosen fliş­in­­dən ibarət kifayət qədər enli zolaq ayrılır. Pirsaat çayından şərqə sinklinalda Mio­sen çökün­tü­ləri yatır.

Kovdağ-Sumqayıt zonası (Göyçay, Girdimançay və Ağsunun hövzəsi) cənub­dan yas­­tı Zənkan üstəgəlməsi ilə hüdudlanır. Burada üst Təbaşir filişi Paleocenin üzə­rinə itələnmişdir. Lahıc çökəkliyi tektonik mənşəli olub, Dübrar filiş zonasını Vəndam qal­­xı­­mın­dan ayrılan qırılma ilə əlaqədardır.

Şamaxı rayonunda Vəndam antiklinoriumu tamamilə Maykop seriyası ilə trans­qres­siv örtülür. Qravimetrik və palçıq vulkanının püskürmə materiallarına görə göm­rül­müş for­mada Xəzər dənizinin sahilinə kimi (Sanqaçal və Ələt stansiyaları arasın­da) izlənilir.

Vəndam antiklinoriumu cənubdan qırılmalarla və ya transqressiv kontaktla (Bas­­kal tektonik örtüyü) sərhədlənir.

Şamaxıdan şərqə Paleocen, Miosen, Pont, Ağcagil çöküntülərindən təşkil olun­muş Şa­­maxı-Qobustan sinklinoriumu yerləşir. Bu sinklinoriumun oxu Şamaxının cə­nubundan və Mərkəzdən şərqə keçir. Cənubda Paleocenin çıxışlarının genişlənməsi və Təbaşirin yer sçthinə yaxınlaşması ilə Şamaxı-Qobustan sinklinoriumu Ləngə­biz-Ələt antiklinoriu­muna keçir.

Şamaxı-Qobustan sinklinoriumunun və Ləngəbiz-Ələt antiklinoriumunun qırı­şıq­­lıq qu­ruluşu Kovdağ-Sumqayıt zonasının strukturuna anoloji olaraq, qərbdən şər­qə xətti qı­rıl­malardan səciyyəvi braxiformalı qırışıqlara keçir və diapirinin, paçıq vul­kanizmi ilə mü­rəkkəbləşir.

Böyük Qafqazın uzaq cənub-şərqində, Abşeron yarımadasının əksər hissəsində və cənubi-şərqi Qobustanda Paleocen-Potun kifayət qədər sıxılmış Qafqaz istiqa­mətli qırı­şıq­lıq sistemləri təmamilə başqa quruluşa malik olan, sərbəst struktur mər­tə­bə təş­kil edən Pliosen Antropogenə keçir.

4.5. Böyük Qafqazın geoloji inkişaf tarixi


Qafqaz qırışıqlıq sisteminin tektonik inkişaf tarixində Baykal-Salair (üst Rifey-alt Kembri), Hersin (Paleozoy-Trias) və Alp (Yura-Kaynozoy) inkişaf mərhə­lələri ay­­rı­­lır. Qafqazın Hersinə qədər mərhələsi (Baykal-Kaledon) kifayət qədər dəqiq öyrə­nil­­mə­sədə Malka qalxımında, Baş silsilə zonasında, Dzirul massivində, eləcə də Ki­çik Qaf­qazın bir sıra qalxımlarında əldə olunan məlumatlar bu mərhə­lə­nin (üst Pro­te­rozoy-alt Paleozoy yaşlı böyük qalınlığa malik vulkanogen-çökmə qatı­nın top­lan­dı­ğı­nı) geosinklinal rejimlə xarakterizə olunduğunu və onun intensiv qırı­şıqlıq və me­ta­mor­­fizmlə başa çatdı­ğı­nı göstərir. Qafqazda Kembri və Ordovik yaşlı süxur­la­rın ol­ma­ması bu zaman regional fasiləyə səbəb olan ümumi qalxmanın oldu­ğunu söy­ləmə­yə əsas verir.

Qafqazın Hersin inkişaf mərhələsi Avroasiyanın Hersin qırışıqlıq əyalətlərini xa­tır­ladır, və Silur-erkən Karbon (geosinklinal çökəkliklərin yaranması və inkişafı), or­ta-Kar­bon-erkən Perm (geosinklinal çökəkliklərin qapanması, qırışıqlıq sistemlərin, dağ­­arası və ön çökəkliklərin formalaşması) etaplarına ayrılır.

Şərqi Avropa platformasından cənuba (Qafqaz qarşısında) orta Paleozoyda ge­niş ərazini əhatə edən və qumlu şistli qatla dolmuş miogeosinklinal çökəklik for­ma­laşmışdır. Onun daxilində Stavropolun cənub hissəsində erkən Paleozoyun əvvəlin­də bütün Stavropol massivini əhatə edən antiklinal qalxım mövcud olmuşdur.

Erkən Karbon ərzində Qərbi Qafqazarxası, erkən Permin sonundan etibarən isə şər­­qi Qafqazarxasıda qalxmaya və qırışıqlığa cəlb olunmuş və Qafqazqarşısının ye­rin­də qırı­şıqlıq sistem formalaşmışdır. Qafqazqarşısı geosinklinaldan cənuba Laba-Mal­­­ka zonasının şərq və şimal hissələrində orta Paleozoyda qalıxım yaranır (alt və or­­­ta Paleozoydan təşkil olunmuş) ki, bu da orta Paleozoyun sonunda hiperbazit, Perm­­də isə qırmızı qranitlərlə mürəkkəbləşir.

Tırnauz tikiş zonası daxilində və Laba-Malka zonasının cənub hissəsində orta Paleozoyda ensiz, dərin evgeosinklinal tipli Şimali Qafqaz çökəkliyi inkişaf edir.

Erkən Karbonun sonunda Tırnauz dərinlik qırılması boyunca baş verən və müx­təlif tərkibli Uruşten intruziv kompleksinin (orta Devon-alt Karbon) təzahürü ilə mü­şayət olunan qırışıqlıq və qayma hərəkətləri nəticəsində çökəkliyin cənub his­sə­si qra­ben-sinklinoriuma çevrilir. Onun nisbətən intensiv maqmatizm və metamor­fi­zm pro­seslərinə məruz qalan şimal-qərb hissəsində isə Laba antiklinal qalxımı yara­nır.

Gec Paleozoyda Şimali Qafqaz çökəkliyində yenidən əyilmə baş verir; Pşekiş-Tır­na­uz tikiş zonasında ensiz qraben-sinklinal tipli dağarası çökəklik yaranır; Laba-Malka zonasında isə izometrik formalı bir neçə törəmə kasavari çökəklik formalaşır. Bu çökək­lik­də ümumi qalınlığı 5-8 km-ə çatan orta-alt Karbon yaşlı boz rəngli kö­mür­lü molas və qırmızı rəngli Perm molası toplanır. Tırnıauz zonasının qırlma­yanı çö­­kəkliklərində qır­mızı rəngli molasın toplanması Triasın əvvəllərinə kimi da­vam et­mişdir.

Hersin mərhələsində daha böyük geoantiklinal Mərkəzi Qafqazın Baş silsilə zo­na­sında inkişaf edir. Devondan qalxmağa başlayan bu geoantiklinal Karbondan baş­la­yaraq intensiv aşınmaya məruz qalır. Aşınma müəyyən fasilələrlə Paleozoyun sonuna kimi da­vam edir. Gec Karbon-erkən Permdə bu geoantiklinalın alt Paleozoy bünöv­rə­si qranit­ləş­mə proseslərinə məruz qalır. Onun cənub ətrafında qranitləşmə prosesi gec Perm-Triasda da davam etmişdir.

Baş silsilə geoantiklinalından cənuba Hersin mərhələsində (Devon-Permdə) geo­­­sink­linal çökəklik mövcud olmuşdur və burada əsasən qumlu-gilli, qismən kar­bonatlı çö­küntülər toplanmışdır. Bu geosinklinal çökəklikdən daha cənuba isə Hersin mərhə­lə­sində Qafqaz­ar­xa­sı aralıq massiv (erkən Paleozoyda konsolidasiya olunmuş) yerləş­miş­dir. Kiçik Qaf­qa­zın ucqar cənub hissəsində və İranın, Türkiyənin qonşu əyalətlə­rində orta Pa­leo­zoyda miogeosinklinal xarakterli Arazqarşısı çökəklik yerləşmişdir. Bu­rada Devon-alt Karbon terrigen-karbonat çöküntüləri toplanmışdır. Arazqarşısı çö­kəklik erkən Kar­bonun sonunda zəif qalxmaya cəlb olunsa da erkən Permdə yenidən əyilməyə məruz qalır.

Ümumiyyətlə, Qafqaz seqmentində geosinklinal qurşağın eni Hersin mərhə­lə­sin­də gec Baykal-Salair mərhələsi ilə müqayisədə kifayət qədər qısalmışdır. Belə ki, onun (Kiçik Qafqazı və ondan cənuba yerləşən İran, Şərqi Türkiyə ərazilərini və ola bil­sin ki, Qafqazarxası dağarası zonanın ərazisni də əhatə edən) Vend-Kembridə kon­salidasiyaya məruz qalmış və Afrika-Ərəbistan platformasına birləşmişdir.

Hersin mərhələsində aydın ifadə olunan və bir-birindən seçilən qranitləşmə, dağ­əmələgəlmə və dağarası çökəkliklərdə molasın toplanması ilə nəticələnən geo­sinkli­nal və orogen mərhələlər ayrılır.

Geosinklinal mərhələdə ilkin və yetkin yarımmərhələlər (etaplar) ayrılır. İlkin ya­­­­rım­mərhələ Ordovik-Devonun əvvəllərini əhatə edir, yer qabığının (üfüqi) dartıl­ma­­­sı (spre­dinq) okeantipli qabığın yaranması, geosinklinal çökəkliklərin yaranması, ofiolit as­so­siasiyası və toleit bazalt vulkanizminin təzahuru ilə xarakterizə olunur.

Yetkin yarımmərhələ ilkin sıxılma (kolliziya) və əhəngli-qələvi vulkanizmlə xa­rak­terizə olunur.

Qafqazın başlıca tektonik zonaları (şimaldan cənuba); Beçasin geoantiklinal zo­na­sı (Xasaut çökəkliyi ilə birlikdə); ön silsilə evgeosinklinal zonası (Ordovik-Silurda yaranmış və erkən karbonda sıxılmaya məruz qalmış okean tipli daha geniş çökək­li­yin qalığı); Baş silsilə geoantiklinal zonası (Paleozoydan mövcud olan və ya erkən Her­­sin geosinklinal çö­kəkliyinin inversiyası nəticəsində yaranan); cənub yamacı mio­­­geosinklinal zonası (Sva­ne­tiya).



Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin