Azərbaycanın Kİçİk qafqaz meqantİklinoriumu daxilİndə ayrılan geostrukturları, onların lİtostratİqrafiyası, tektonİkası, geolojİ inkişaf Tarixİ və faydalı qazıntıları
4.1. Geomorfologiya Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Kiçik Qafqaz- 6 silsilədən- Şahdağ silsiləsi, Murovdağ silsiləsi (Qamışdağ-3724 m), Şərqi Göyçə silsiləsi, Qarabağ silsiləsi (Böyük Kirs-2725 m), Zəngəzur silsiləsi (Qapıcıq-3904 m), Dərələyəz silsiləsi (Kükü dağ- 3120 m) və Qarabağ vulkanik yaylasından ibarətdir. Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik yayla (Qarabağ yaylasının çox hissəsi), çökəklik (Başkənd-Dəstəfur çökəkliyi və s.) ilə təmsil olunmuşdur.
Kiçik Qafqazda Şahdağ, Şərqi Göyçə (Sevan) silsilələri Ermənistanla sərhəd təşkil edir. Onlardan şərqə doğru Murovdağ silsiləsi uzanır. Ən hündür zirvəsi Gamışdağ 3724 m-dir. Murovdan cənub-şərqə doğru Qarabağ silsiləsi Araz çayına qədər davam edir. Ermənistan sərhəddi ilə Qarabağ silsiləsi arasında Qarabağ vulkanik yaylası yerləşir. Burada Dördüncü dövrün vulkan məhsulları üstünlük təşkil edir. Sönmüş vulkan konusları, zirvələr- Qızılboğaz (3581 m), İşıqlı (3552 m), Dəlidağ (3616 m) və s. ucalır. Murov silsiləsinin şimal yamacında Gəncə-Qazax düzü yerləşir. Ermənistan və Naxçıvan sərhəddi qövsvari uzanır. Dərələyəz silsiləsində Küküdağ (3120 m), Zəngəzur silsiləsində isə Biçənək aşırımı yerləşir. Zəngəzur silsiləsinin ən hündür zirvəsi Qapıcıq- 3904 m, Qazangəldidağ- 3829 m, Yağlıdərə- 3825 m-dir. Arazboyu düzənlik 600 m-dən artıq yüksəkdədə yerləşir.
Şahdağ silsiləsi Azərbaycanla Ermənistan sərhəddi boyunca uzanaraq Göyçə gölü hövzəsi ilə Kür çayı hövzəsi arasında suayrıcı təşkil edir və şimal-qərbdə hündürlüyü 2901 m olan eyni adlı zirvədən başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi (Gamışdağ, 3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz d. (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır. Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m).
Murovdağ silsiləsi Şahdağdan şərqə doğru uzanır, onun ən uca zirvəsi Gamışdağdır (3724m).
Qarabağ silsiləsi Murovdağdan cənub-qərbə doğru uzanır və Araz çayına doğru davam edir, mütləq hündürlüyü Böyük Kirs dağında 2725 m-ə çatır. Bu silsilə Böyük və Kiçik Kirs, Qırxqız dağlarından və onların tirələrindən ibarətdir.
Qarabağ silsiləsi Kiçik Qafqazın cənub-şərq qurtaracağı olub, Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir.