Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə33/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   29   30   31   32   33   34   35   36   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır. Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zir­vələri (Qapıçıq d. -3906 m, Qazangöldağ- 3814 m və s.) silsilənin cənub hissə­sindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətin­də çoxlu köndələn qollar ayrı­lır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ- 2410 m, Xanağa- 1910 m, Əlincə- 1810 m və s.) səciyyəvidir.

Dərələyəz silsiləsi Zəngəzur silsiləsindən qərbdə Araz çayı dərəsinə tərəf yerlə­şir (Kükü d. -3210 m, Keçəldağ- 3115 m). Silsilədən cənubda, ön dağlıqda tirə və platolar (Qıvraq, Duzdağ və s.) əsas yer tutur. Əsasən, Zəngəzur və Qarabağ sil­si­lələri arasında yerləşən, dalğavarı səth üzərində iri sönmüş vulkan konusları (Qızıl­boğaz- 3581 m, Böyük İşıqlı- 3552 m, Ala Göllər- 3175 m və s.) olan Qarabağ yay­lası nisbətən geniş yer tutur. Burada orta hündürlük 2000-2500 m-dir. Yayla şimaldan cənuba daralaraq alçalır. Bazarçay və Həkəri çaylarının birləşdiyi yerdə qurtarır.

Qarabağ vulkan yaylası Ermənistan sərhəddi ilə Qarabağ silsiləsi arasında Qa­ra­bağ vulkanik yaylası yerləşir. Bu yayla Qarabağ silsiləsindən qərbdə, Murovdağın cə­nubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların ko­nus­ları və Dördüncü dövr lavaları üzərində yerləşir. Kayno­zoy era­sında əmələ gəl­miş­dir, 2,0-3,0 km mütləq yüksəkliyə malikdir. Dördüncü dövrün vul­kan püskürmə­ləri məh­sulları yaylanın səthini örtmüş, vulkanın sönmüş konusları isə yüksəkliklər əmələ gə­tirmişdir. Qa­ra­bağ Vulkan yayla­sı­nın üzərində çoxlu hamarlaşmış tirələr və sönmüş vulkanlar var, ən böyük vulkanlar İşıqlı və Qızılboğaz­dır. Böyük İşıqlı (3552 m) vul­ka­­nın iki konusu yaylanın cənub qərbində, Ermənistan sərhəddindən ucalır. La­va ör­tü­yündən şərqə Mezozoyun turş intruziv süxurlarından ibarət Dəlidağ (3616 m) yerləşir. Qarabağ Vulkan yaylası qərb hissələri ekzotikliyi ilə fərqlənir. Qara­ba­ğın dü­zən­lik hissəsinin mütləq hündürlüyü 0-400 m arasında dəyişir. Bu ərazilər ancaq 4-cü dövrdə çayların gətirdiyi daşlardan, qumlardan, gillərdən yaranmışdır.

Qarabağ ərazisindəki Mıx­tökən silsiləsinin ən yüksək zirvəsi olan Dəlidağ maqmatik mənşəli dağdır, alp və sub alp çəmənlikləri var­dır, yamaclarında qə­dim buzlaq izləri qalmışdır. Dəlidağ Kəlbəcər və Laçın rayonları sər­hədindədir. Ke­çəl­dağ isə Qarabağ yaylasında yerləşir, hündür­lüyü 3171 m olan sönmüş vulkan konusudur. Pliosenin vulkan süxurlarından təşkil olunmuşdur, yamac­la­rında qə­dim buzlaq relyefi formaları inkişaf etmişdir.



Naxçıvanın relyefi mürəkkəbdir. Dərələyəz və Zəngəzur silsilələri Ermənistanla sərhəddə yerləşib, cənub-qərbə doğru alçalır. Kiçik Qafqazın ən hündür zirvəsi Qapı­cıq və Biçənək aşırımı Zəngəzur silsiləsindədir. Araz çayı boyu ilə hündürlüyü 600 m-dən artıq olan maili Arazboyu (Şərur, Sədərək, Böyük düz, Ordubad, Yaycı) dü­zən­liyi yerləşir.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin