Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə36/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   32   33   34   35   36   37   38   39   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Paleosen-Eosen. Kiçik Qafqazda alt Paleogen nisbətən geniş yayılmışdır (Acar-Trialet, Göyçə, Ordubad, İrəvan, Talış geo­­sink­linal çö­kəkliklərində), vulka­nogen və fi­liş fasiyasından ibarətdir. Acar-Trialet çökəkliyində Paleosen və Eo­sen çöküntüləri ki­fa­yət qədər böyük qalınlığa malikdir, səciyyəvi kəsilişlə səciy­yələnir. Borjomi filiş dəs­tə­si adlanan Paleosen-alt Eosen ritmik növbələşən argil­lit, qumdaşı, mergel və əhəngda­şın­dan ibarətdir. Paleosenə müvafiq gələn alt hissədən (90-1000 m), alt Eo­senə müvafiq gələn üst hisssə tufagen materialın (tufagenqum­da­şı və tuf) olması ilə seçilir.

Borjomi filişinin porfiritləri örtüyündən, onların tuflarının, tufagenbrekçiyanın, tufa­gen­qumdaşının və eləcə də argillitlərinin növbələşməsindən ibarətdir. Orta Eo­sen­də filiş böyük qalınlığa (1-4 km) malik vulkanogen qatla əvəz olunur.

Acar-Trialet zonasının qərb hissəsində üst Eosen andezit, andezit-bazalt və ba­zaltdan, onların piroklastiklərinin qumlu-gilli süxurların növbələş­mə­sindən ibarətdir, qalınlığı 1 km-dir. Zonanın şimal-qərb ətrafında (Quri­də) üst Eosen vül­kanogen-çök­mə qatdan (tuf, tufogenbrekçiya, qayma brekçiyası, qə­ləvi lava) və onu örtən mergel və gildən ibarətdir, qalınlığı 1 km-ə qədərdir.

Acar-Tralet zonasının nisbətən şərq rayonlarında üst Eosen qumlu-gilli, qismən də mergelli çöküntülərdən ibarətdir. Acar-Trialet zonasında Paleosen və Eosen qalın­lığı onun qərb hissəsində 5-7 km, şərq hissəsində isə 4-5 km-dir.

Gəncə rayonunda alt Paleogen çöküntüləri az qalınlıqlı gilli-mergelli çöküntü­lər­dən ibarətdir. Ümumiyyətlə Paleosen qonuru-qırmızı əhəngdaşı, mergel və əhəng­li gillərdən ibarətdir, qalınlığı 100 m-dir. Eosen blzumtul-yaşıl, qonuru-qırmızı mergelli gil və qumdaşı təbəqəli mergel­lər­dən ibarətdir, qalınlığı 280 m-ə qədərdir.

Ağstafa çayının aşağı hissəsində qazılan quyu ilə gil, mergel, əhəngdaşı, incədə­nəli qumdaşındın ibarət­ orta (100 m) və üst (215 m), Eosen çöküntüləri açılmışdır.

Göyçə çökəkliyində Paleogen çöküntüləri geniş yayılmışdır. Burada Danimar­ka-Paleosen çöküntüləri tünd-boz və qonuru rəngli qumlu əhəngdaşı və mergeldən təşkil olunmuşdur, qalınlığı 120 m-ə çatır. Alt Eosen dəstəsinin çöküntüləri qumdaşı, alev­ro­lit, ar­gillit və mer­­gelin ritmik növbələşməsin­dən ibarətdir, əhəngdaşı və əhəngli qum­daşı iştirak edir, qalınlığı 250 m-dir. Yuxarıda qalınlığı 200 m-dən çox olan boz və sarı əhəng­da­şı və əhəngli qumdaşı (alt və orta Eosen faunaları var) qatı yatır. Daha yu­xa­rıda böyük qa­lın­­lı­ğa (1,5-2,0 km) malik vulkanogen dəstə yatır. Bu dəstədə bir-bi­ri­ni örtən 2 qat ayrılır:


  1. Tufagen qat- laylı tufoalevrolitlər, tufogenqumdaşı, tufagenkonqlomerat, tuf və tufo­gen­­brek­çiyadan ibarətdir.

  2. Əsasən lava qatı - porfirit, kvarslı porfir, xeratofirdən ibarətdir.

Orta Eosen qalınlığı 1,0 km-ə çatan vulkanogen qatdan ibarətdir. Göyçə gölün­də Paleosen-Eosenin ümumi qalınlığı 3-4 km-ə çatır.

Ordubad çökəkliyində alt Paleogenin çöküntülərinin kəsilişi Göyçə çökəkliyi­nin kəsilihinə uyğun gəlir. Naxçıvanda və Ordubadda alt Paleogen qalınlığı 100-600 m-ə çatan gilli-qumlu çöküntülərlə başlayır. Onun üzərində böyük qalınlığa malik vul­kanogen qat və onların piroklastitləri (1-1,0 km) yatır.

Orta Eosen böyük qalınlığa malik (1km-ə qədər) vulkanogen-çökmə qat uyğun gəlir. Bu qat tufagenqumdaşı, alevrolit, argillit, əhəngdaşı, mergeldən ibarətdir. Bu qat qalınlığı 700 m-ə çatan tufagenkonqlomerat, tufagenbrekçiya, tufagenqumdaşı qat ilə örtülür. Yuxarıda qalınlığı 750 m-ə çatan əhəngli qumdaşı, argillit, konqlome­rat­dan iba­rət olan çökmə qat (orta-üst Eosen) yatır. Paleogen çöküntülərinin ümumi qalınlığı 3,5-4,0 km-ə çatır və qərb istiqamətdə kəskin azalır.

Üst Eosen Ordubad çökəkliyinin şimali-şərq hissəsində, Arpaçayın üst hissəsin­də öyrənilmişdir, tufagen-qırıntı qatından ibarətdir, qalınlığı bir neçə yuz metrə çatır.

İrəvan çökəkliyində Paleosen alt Eosen tufagen-çökmə qatdan (1km-ə qədər); or­ta Eosen əhəngdaşı (800 m); üst Eosen isə qumlu-gilli (500 m) çöküntülərdən iba­rətdir. Eosenin ümumi qalınlığı İrəvan çökəkliyində 2,3-2,5 km-ə çatır.

Maykop çöküntüləri Kiçik Qafqazın şimal-şərq hissəsində, Gəncə şəhəri və Tər­tər çayı arasında yer səthinə çıxır. Kür çökəkliyi istiqamətdə onun qalınlığı 1,7 km-dən 3,5 km-ə qədər artır. Maykop çöküntüləri litoloji tərkibcə qonuru-boz gillərin, qumların, qum­daşının, eləcə də gilli brekçiya, konqlomerat, tək-tək vulkan külü təbə­qə­lərinin (orta hissədə) növbələş­məsindən ibarətdir.

Acar-Trialet zonasının cənub hissəsində yerləşən Axalsix rayonunda Oliqose­nin qa­lın­lığı 600-1000 m-ə çatır, kəsilişin alt hissəsində dəniz mənşəli, üst hissəsin­də laqun və kontinental mənşəli çöküntülərdən ibarətdir.

İrəvan çökəkliyində üst Eosenin üzərində alt-orta Oliqosen yaşlı yaşılımtıl-boz tufagen qumdaşı, gil qatı (300 m-ə qədər); qumdaşı təbəqəli gipsli gil (500-600 m) yatır. Onların üzərində üst Oliqosen-alt Miosen yaşlı gipsli gil, qum, qumdaşı, tufo­gen mate­riallar yatır, qalınlığı 600 m-dir. Orta və üst Miosen çöküntüləri Araz dağ­arası (Naxçıvan və İrəvan çökəkliklə­rin­də), qismən də Göyçə çökəkliyində geniş ya­yılmışdır. Axalkalaki və Dağlıq Er­mə­nistanda vulkanogen, vulkanogen-çökmə kon­­tinental qatdan ibarətdir, qalınlığı 1,0 km-ə çatır.

Naxçıvan çökəkliyində orta-üst Miosen çöküntüləri Maykop seriyasının və ayrı-ayrı sahələrdə daha qədim törəmələrin (Paleozoy da daxil orlmaqla) üzərində yatır. Kəsilişin alt hissəsində malyuskalı, foraminiferli mergel və əhəngdaşı qatı, eləcə də qra­velit və qumdaşından, üstdə isə böyük qalınlığa malik gipsli-duzlu qatdan ibarət­dir. Orta Miosenin alt hissəsinə aid olunan laqun-dəniz çöküntülərinin ümumi qalın­lığı 60-575 m arasında dəyişir.

Karaqan horizontu qonuru, bəzən yaşılımtıl boz əhəngli gillərdən, daş duz lin­zalı qumdaşı və alevrolit təbəqələrindən ibarətdir, qalınlığı 200-700 m arasında dəyişir.

Konq horizontu yaşılımtıl-boz rəngli əhəngli gillərin, qumdaşı və alevrolitin növbə­ləşməsindən ibarətdir, qalınlığı 62-145 m-dir.

Sarmat alt və üst şöbələrlə təmsil olunmuşdur. Alt və orta Sarmat, qonuru-qır­mı­zı, çəhrayı və yaşılımtıl gillərdən, qumdaşı və tək-tək əhəngdaşı, mergel və alev­ro­lit və elə­cə də vulkan külü təbəqələrindən ibarətdir, qalınlığı 450-735 m-dir. Üst Sarmat yaşılım­tıl-boz və çəhrayi-boz əhəngli gillərdən, mergel, qumdaşı, gips, Daş-duz linzalarından, eləcə də vulkan külü təbəqələrindən ibarətdir, qalınlığı 200-440 m-dir.

İrəvan çökəkliyində duzlu qatın qılınlığı 1,5-2,5 km-ə çatır. Burada əlvan rəngli dəs­tənin üzərində aşağıdakı lay dəstələri yatır.



  1. Əlvan rəngli gipsli gil, mergel və qumdaşı dəstəsi (300-800 m). Bu dəstə orta Miosen-alt Sarmata uyğun gəlir.

  2. Razdan dəstəsi. Yaşılımtıl-boz, qırmızı montmorillonit, əhəngli gil, qumdaş, oolitli və qabıqlı əhəngdaşı, eləcə də gips və bitumlu şist təbəqələrdən ibarətdir, qalınlığı 400-800 m-ə qədərdir.

Göyçə çökəkliyində gilli qatdan ibarət Sarmatın görünən qalınlığı 500 m-dir. Ki­çik Qafqazın mərkəzi hissəsində (Ermənistan zonasında) Miosen vul­kanogen qatın Mio­sen-alt Pliosen yaşlı vulkanogen, vulkanogen-çökmə qatı ilə örtülür.

Kiçik Qafqazda alt Pliosen törəmələri üst Miosen çöküntüləri ilə sıx əlaqədardır. Göyçə çökəkliyini dolduran çöküntülərinin orta Pliosen yaşlı olduğu ehtimal olunur.

Üst Eosen yaşlı vulkanogen və kontinental vulkanogen-çökmə çöküntülər kəs­kin Relyefə malikdir. Vulkanogen kompleksin qalınlığı 500-100 m-ə çatır (Basarke­çər və.s rayonlarda).

Kiçik Qafqazda Dördüncü dövr örtüyünün quruluşuna müvafiq olaraq aşağıdakı zonalarda ayrılan 4 tipi qeyd olunur:



  1. Şimal-Şərq və Şimal silsilələrin denudasiya zonaları (Acar-Trialet, Mu­rov­dağ, Qarabağ və s.).

  2. Dağlıq vulkanik zona.

  3. Denudasiya relyefinin cənub zonası (Daralagöz və Zəngəzur silsiləsi).

  4. Arazyanı düzənlik zonası.

Bu zonalarda yayılmış Dördüncü dövr çöküntüləri əsasən allyuvial, allyuvial-prolyuvial, göl və çay çöküntülərindən ibarətdir.

Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin